Ümumi məlumat
- Fənn kodu
- İFS-2222yn
- Kredit
- 6
- Tələbənin iş yükü
- 135
- Semestr
- Payız semestri
- Akademik il
- 3
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 60 saat – sərbəst iş b) 75 saat – layihə işi və ya məsləhət saatı.
Fənn haqqında
Java ilə Proqramlaşdırmanın Əsasları fənni tələbələrə obyektyönlü proqramlaşdırma (OOP) konsepsiyalarını və müasir proqram təminatının işlənilməsində geniş istifadə olunan Java dilinin fundamental prinsiplərini öyrədir. Kurs çərçivəsində dəyişənlər, idarəetmə strukturları, massivlər, metodlar və OOP-nin əsas sütunları (Kapsulyasiya, İrsiyyət, Polimorfizm, Mücərrədləşdirmə) praktiki tapşırıqlarla tədris olunur. Fənnin əsas məqsədi tələbələrdə alqoritmik təfəkkür formalaşdırmaq, Java platformasının (JDK, JRE, JVM) iş prinsiplərini mənimsətmək və sərbəst şəkildə konsol tətbiqləri, xətaların idarə edilməsi (Exception Handling) və məlumat strukturları (Collections) ilə işləyən proqramlar yazmaq bacarığı aılamaqdır. Fənni bitirən tələbələr obyektyönlü kod arxitekturası qurmaq və praktiki layihələr hazırlamaq imkanı əldə edirlər.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- laboratoriya işi
- problem-based learning
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Java proqramlaşdırma dilinin əsas anlayışlarını, sintaksisini, verilənlər tiplərini və proqram strukturunu izah edir və tətbiq edir.
CLO 2: Java dilində dəyişənlər, operatorlar, şərt və dövr konstruksiyalarından istifadə etməklə verilmiş məsələlərin həlli üçün proqramlar hazırlayır.
CLO 3: Massivlər, sətirlər, metodlar və digər əsas Java verilənlər strukturlarından istifadə etməklə proqram kodunu hazırlayır və təhlil edir.
CLO 4: Obyekt-yönümlü proqramlaşdırmanın əsas prinsiplərini – sinif, obyekt, irsiyyət, polimorfizm və abstraksiyanı – Java proqramlarında tətbiq edir.
CLO 5: Java proqramlarında yaranan səhvləri və istisnaları müəyyənləşdirir, təhlil edir və aradan qaldırır.
CLO 6: Verilmiş problemin tələblərinə uyğun olaraq Java proqramını layihələndirir, reallaşdırır və nəticəsini qiymətləndirir.
Mövzu planı
- 1.Java proqramlaşdırma dilinə girişMühazirə
Java proqramlaşdırma dilinin əsas xüsusiyyətləri, Java platforması və proqramların icra prinsipi izah edilir. JDK, JRE və JVM anlayışları, Java proqramının əsas strukturu və kompilyasiya və icra mərhələləri araşdırılır
- 2.Java-da verilənlər tipləri, dəyişənlər, sabitlər və operatorlarMühazirə
Java dilində primitiv və istinad verilənlər tipləri, dəyişənlərin və sabitlərin elan edilməsi, mənimsətmə, riyazi, məntiqi və müqayisə operatorları araşdırılır. Operatorların ifadələrdə tətbiqi öyrənilir.
- 3.Giriş və çıxış əməliyyatları, ifadələr və verilənlərin çevrilməsiMühazirə
Java proqramlarında istifadəçidən məlumatların qəbul edilməsi və nəticələrin ekrana çıxarılması üsulları öyrənilir. İfadələrin qurulması, verilənlər tiplərinin avtomatik və məcburi çevrilməsi və çevirmə zamanı yarana biləcək problemlər araşdırılır.
- 4.Şərt konstruksiyaları: if, else, switchMühazirə
Proqramın icra axınının idarə olunması üçün şərt konstruksiyalarının istifadəsi izah edilir. if, else if, else və switch strukturlarının sintaksisi və müxtəlif şərti ssenarilərdə tətbiqi araşdırılır.
- 5.Dövr konstruksiyaları: for, while, do-whileMühazirə
Təkrarlanan əməliyyatların avtomatlaşdırılması üçün for, while və do-while dövrlərinin iş prinsipi öyrənilir. Dövrlərin idarə edilməsi, şərtlərin müəyyənləşdirilməsi və break və continue operatorlarının istifadəsi araşdırılır.
- 6.Massivlər və çoxölçülü massivlərMühazirə
Java-da eyni tipli məlumatların saxlanılması üçün massivlərin strukturu və istifadəsi izah edilir. Birölçülü və çoxölçülü massivlərin yaradılması, elementlərə müraciət və massivlər üzərində əsas əməliyyatlar öyrənilir.
- 7.Metodlar: parametrlər, qaytarılan qiymətlər və metodların yüklənməsiMühazirə
Java-da kodun modullaşdırılması və təkrar istifadəsi üçün metodların yaradılması araşdırılır. Parametrlərin ötürülməsi, qaytarılan qiymətlər və metodların yüklənməsi (overloading) prinsipləri izah edilir.
- 8.Java-da kolleksiyalarla işMühazirə
Java Collections Framework-ün əsas strukturları araşdırılır. ArrayList, HashSet və HashMap kolleksiyalarının xüsusiyyətləri, məlumatların əlavə edilməsi, silinməsi, axtarılması və idarə olunması üsulları öyrənilir.
- 9.Obyekt-yönümlü proqramlaşdırmaya giriş: siniflər və obyektlərMühazirə
Obyekt-yönümlü proqramlaşdırmanın əsas anlayışları, sinif, obyekt, atribut və metod anlayışları izah edilir. Java-da siniflərin yaradılması və obyektlərin instansiya kimi istifadəsi öyrənilir.
- 10.Konstruktorlar, giriş modifikatorları və inkapsulyasiyaMühazirə
Konstruktorların təyinatı və obyektlərin ilkin vəziyyətinin formalaşdırılması araşdırılır. public, private, protected və default giriş səviyyələri, həmçinin məlumatların gizlədilməsi və inkapsulyasiya prinsipləri öyrənilir.
- 11.İrsiyyət və polimorfizmMühazirə
Obyekt-yönümlü proqramlaşdırmada irsiyyət və polimorfizm anlayışları araşdırılır. Siniflər arasında əlaqələrin yaradılması, metodların yenidən müəyyənləşdirilməsi (overriding) və obyektlərin müxtəlif formalarda istifadəsi izah edilir.
- 12.Abstrakt siniflər və interfeyslərMühazirə
Abstraksiya anlayışı, abstrakt siniflərin və metodların xüsusiyyətləri, interfeyslərin yaradılması və tətbiqi öyrənilir. Abstrakt sinif və interfeys arasındakı fərqlər və onların OOP-də istifadəsi araşdırılır.
- 13.Stringlər və əsas Java kitabxanalarıMühazirə
Java-da mətn məlumatlarının emalı üçün String və StringBuilder sinifləri araşdırılır. Stringlərin yaradılması, müqayisəsi, birləşdirilməsi və dəyişdirilməsi üsulları, həmçinin əsas Java kitabxanalarından istifadə prinsipləri öyrənilir.
- 14.İstisnaların emalı (Exception Handling)Mühazirə
Proqramların icrası zamanı baş verə biləcək xətaların müəyyənləşdirilməsi və idarə olunması prinsipləri araşdırılır. try, catch, finally, throw və throws konstruksiyalarının istifadəsi və proqramların etibarlılığının artırılması üsulları öyrənilir.
- 15.Java proqramlarının strukturlaşdırılması və praktiki tətbiqiMühazirə
Java dilində öyrənilmiş əsas proqramlaşdırma və OOP anlayışlarının kompleks şəkildə tətbiqi həyata keçirilir. Dəyişənlər, idarəetmə konstruksiyaları, massivlər, metodlar, kolleksiyalar, siniflər, irsiyyət, polimorfizm və istisnaların emalı birgə tətbiq edilərək praktiki proqramlaşdırma məsələləri həll olunur.
Ədəbiyyat
- Exercism. (3 April 2026 г.). Java on Exercism. Получено из Exercism: https://exercism.org/tracks/java
- Horstmann, C. S. (2022). Core Java, Volume I: Fundamentals. Nyu-York: Addison-Wesley Professional.
- Oracle. (26 March 2024 г.). Learn Java. Получено из Dev.java: https://dev.java/learn/
- Schildt, H. (2021). Java: A Beginner's Guide, Ninth Edition. Nyu-York: McGraw-Hill Education.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |