Fənn haqqında
Kredit
6
İş yükü
135saat
Semestr
Payız
Tədris ili
3
Fənnin təsviri
Java ilə Proqramlaşdırmanın Əsasları fənni tələbələrə obyektyönlü proqramlaşdırma (OOP) konsepsiyalarını və müasir proqram təminatının işlənilməsində geniş istifadə olunan Java dilinin fundamental prinsiplərini öyrədir. Kurs çərçivəsində dəyişənlər, idarəetmə strukturları, massivlər, metodlar və OOP-nin əsas sütunları (Kapsulyasiya, İrsiyyət, Polimorfizm, Mücərrədləşdirmə) praktiki tapşırıqlarla tədris olunur. Fənnin əsas məqsədi tələbələrdə alqoritmik təfəkkür formalaşdırmaq, Java platformasının (JDK, JRE, JVM) iş prinsiplərini mənimsətmək və sərbəst şəkildə konsol tətbiqləri, xətaların idarə edilməsi (Exception Handling) və məlumat strukturları (Collections) ilə işləyən proqramlar yazmaq bacarığı aılamaqdır. Fənni bitirən tələbələr obyektyönlü kod arxitekturası qurmaq və praktiki layihələr hazırlamaq imkanı əldə edirlər.
Fənn təlim nəticələri
CLO 1: Java proqramlaşdırma dilinin əsas anlayışlarını, sintaksisini, verilənlər tiplərini və proqram strukturunu izah edir və tətbiq edir.
CLO 2: Java dilində dəyişənlər, operatorlar, şərt və dövr konstruksiyalarından istifadə etməklə verilmiş məsələlərin həlli üçün proqramlar hazırlayır.
CLO 3: Massivlər, sətirlər, metodlar və digər əsas Java verilənlər strukturlarından istifadə etməklə proqram kodunu hazırlayır və təhlil edir.
CLO 4: Obyekt-yönümlü proqramlaşdırmanın əsas prinsiplərini – sinif, obyekt, irsiyyət, polimorfizm və abstraksiyanı – Java proqramlarında tətbiq edir.
CLO 5: Java proqramlarında yaranan səhvləri və istisnaları müəyyənləşdirir, təhlil edir və aradan qaldırır.
CLO 6: Verilmiş problemin tələblərinə uyğun olaraq Java proqramını layihələndirir, reallaşdırır və nəticəsini qiymətləndirir.