Fənn · İnformasiya təhlükəsizliyi

Veb proqramlaşdırma (front-end)Mövzu planı

İFS-2220yn4 kreditPayız semestriSeçmə1

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

8 mövzu
  1. 1. Veb proqramlaşdırmaya giriş və Git ilə versiyaların idarə olunması

    Mühazirə

    Mövzu veb proqramlaşdırmanın əsas anlayışlarını, veb texnologiyaları və veb tətbiqlərin işləmə prinsiplərini əhatə edir. Front-end proqramlaşdırmanın veb tətbiqlərin hazırlanmasındakı rolu və istifadə olunan əsas texnologiyalar haqqında ilkin biliklər verilir. Proqramlaşdırma və tədris prosesində süni intellekt vasitələrindən etik və məsuliyyətli istifadə qaydaları izah olunur. Git vasitəsilə proqram kodunun versiyalarının idarə edilməsi, dəyişikliklərin izlənilməsi və layihələrin təşkili prinsipləri öyrənilir. Həmçinin GitHub platformasının kod repozitoriyalarının saxlanılması, idarə olunması və birgə iş prosesində istifadəsi nəzərdən keçirilir.

  2. 2. HTML-in əsasları

    Mühazirə

    Mövzu veb səhifələrin strukturunun yaradılması üçün istifadə olunan HTML dilinin əsas anlayışlarını və elementlərini əhatə edir. HTML elementləri və atributlarının istifadəsi, başlıqların, paraqrafların və keçidlərin yaradılması prinsipləri öyrənilir. Veb səhifələrə şəkillərin əlavə edilməsi və elementlərə əsas üslub xüsusiyyətlərinin verilməsi üsulları nəzərdən keçirilir. Məlumatların cədvəl və siyahılar vasitəsilə strukturlaşdırılması qaydaları izah olunur. Həmçinin HTML elementlərinin qruplaşdırılması və fərdi şəkildə müəyyənləşdirilməsi üçün class və id atributlarından istifadə prinsipləri öyrənilir.

  3. 3. HTML-də səhifə strukturu, formalar və multimedia

    Mühazirə

    Mövzu HTML vasitəsilə veb səhifələrin strukturlaşdırılması və müxtəlif məzmun elementlərinin yaradılması üsullarını əhatə edir. Səhifə tərtibatının qurulması üçün layout və semantik elementlərdən, həmçinin xüsusi simvolların göstərilməsi üçün HTML symbols imkanlarından istifadə prinsipləri öyrənilir. İstifadəçi məlumatlarının daxil edilməsi üçün formaların yaradılması, forma atributları, forma elementləri və müxtəlif giriş tiplərinin tətbiqi izah olunur. Veb səhifələrə video və audio məzmunun əlavə edilməsi və idarə olunması üsulları nəzərdən keçirilir. Həmçinin müxtəlif cihaz və ekran ölçülərinə uyğun veb səhifələrin hazırlanması üçün responsiv dizaynın əsas prinsipləri öyrənilir.

  4. 4. CSS-in əsasları

    Mühazirə

    Mövzu veb səhifələrin vizual görünüşünün və tərtibatının formalaşdırılması üçün istifadə olunan CSS texnologiyasının əsas anlayışlarını əhatə edir. CSS sintaksisi, selektorlar və şərhlər, həmçinin rənglər, fonlar və sərhədlərdən istifadə prinsipləri öyrənilir. Elementlərin xarici və daxili boşluqlarının, hündürlük və en ölçülərinin idarə olunması, eləcə də CSS Box Model və outline xüsusiyyətləri izah olunur. Mətnlərin, şriftlərin, ikonların və keçidlərin üslublaşdırılması üsulları nəzərdən keçirilir. Həmçinin siyahı və cədvəllərin vizual tərtibatının CSS vasitəsilə idarə olunması öyrənilir.

  5. 5. CSS-də səhifə tərtibatı və responsiv dizayn

    Mühazirə

    Mövzu CSS vasitəsilə veb səhifə elementlərinin yerləşdirilməsi, görünüşü və qarşılıqlı əlaqəsinin idarə olunması üsullarını əhatə edir. display, position, z-index və overflow xüsusiyyətləri, həmçinin elementlərin üfüqi və şaquli istiqamətdə düzləndirilməsi prinsipləri öyrənilir. Kombinatorlar, psevdosiniflər, psevdoelementlər və atribut selektorları vasitəsilə HTML elementlərinin daha dəqiq seçilməsi və üslublaşdırılması izah olunur. Veb səhifə tərtibatının qurulması, CSS ölçü vahidlərinin və !important qaydasının istifadəsi nəzərdən keçirilir. Həmçinin Flexbox və Media Queries vasitəsilə müxtəlif cihaz və ekran ölçülərinə uyğun responsiv veb interfeyslərin hazırlanması öyrənilir.

  6. 6. JavaScript-in əsasları və DOM vasitəsilə istifadəçi qarşılıqlı əlaqəsi

    Mühazirə

    Mövzu JavaScript proqramlaşdırma dilinin əsas anlayışlarını və veb səhifələrdə interaktivliyin yaradılması prinsiplərini əhatə edir. Dəyişənlər, verilənlər tipləri, dövrlər və funksiyaların yaradılması və istifadəsi öyrənilir. Document Object Model (DOM) vasitəsilə HTML elementlərinin strukturuna proqramlaşdırma yolu ilə müraciət edilməsi və ayrı-ayrı və ya çoxsaylı elementlərin seçilməsi üsulları izah olunur. Seçilmiş elementlərin CSS xüsusiyyətlərinin JavaScript vasitəsilə dəyişdirilməsi və veb səhifənin dinamik şəkildə idarə olunması nəzərdən keçirilir. Həmçinin hadisələrdən (events) istifadə etməklə istifadəçi əməliyyatlarına cavab verən interaktiv veb interfeyslərin hazırlanması öyrənilir.

  7. 7. TypeScript, JavaScript Frameworkləri və React əsasları

    Mühazirə

    Mövzu müasir front-end proqramlaşdırmada istifadə olunan TypeScript, JavaScript freymvörkləri və React texnologiyasının əsas anlayışlarını əhatə edir. TypeScript-in JavaScript-ə əlavə etdiyi statik tipləşdirmə imkanları və daha etibarlı proqram kodunun hazırlanmasındakı rolu izah olunur. JavaScript freymvörkləri və kitabxanalarının müasir veb tətbiqlərin hazırlanmasında istifadəsi və əsas üstünlükləri nəzərdən keçirilir. React-in komponent əsaslı arxitekturası, komponentlərin yaradılması və istifadəçi interfeyslərinin strukturlaşdırılması prinsipləri öyrənilir. Bu texnologiyaların dinamik, təkrar istifadə edilə bilən və idarəolunan front-end tətbiqlərin hazırlanmasında tətbiqinə diqqət yetirilir.

  8. 8. Fəlsəfədə və müasir təbiətşünaslıqda şüur problemi

    Mühazirə

    Mövzunun məqsədi şüurun mahiyyətini, mənşəyini və funksiyalarını fəlsəfi və elmi baxımdan izah etməkdir. Şüur və beyin münasibətləri, süni intellekt və idrak problemləri müzakirə edilir. Müasir elmi yanaşmalar təhlil olunur.