Fənn · İnformasiya təhlükəsizliyi

Veb proqramlaşdırma (front-end)

İFS-2220yn4 kreditPayız semestriSeçmə1

Fənn haqqında

Kredit

4

İş yükü

75saat

Semestr

Payız

Tədris ili

1

Fənnin təsviri

“Veb proqramlaşdırma (Front-end)” fənni müasir veb səhifələrin və istifadəçi interfeyslərinin hazırlanması üçün tələb olunan əsas texnologiya və yanaşmaları əhatə edir. Fənn çərçivəsində tələbələr HTML vasitəsilə veb səhifələrin strukturlaşdırılmasını, CSS ilə dizayn və tərtibatın yaradılmasını, JavaScript ilə interaktiv və dinamik funksionallığın təmin edilməsini öyrənirlər. Müxtəlif cihaz və ekran ölçülərinə uyğun responsiv interfeyslərin hazırlanması, DOM manipulyasiyası və müasir JavaScript imkanlarının tətbiqi nəzərdən keçirilir. Tədris prosesində Bootstrap və SASS kimi texnologiyalardan istifadə, həmçinin React kitabxanasının əsas anlayışları öyrədilir. Kodun düzgün təşkili, performansın optimallaşdırılması, əlçatanlıq və axtarış sistemləri üçün optimallaşdırma prinsiplərinə diqqət yetirilir. Tədrisin sonunda tələbələr müasir texnologiyalardan istifadə etməklə funksional, responsiv və istifadəçi yönümlü veb interfeyslər hazırlamaq bacarığına yiyələnirlər.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.