Ümumi məlumat
- Fənn kodu
- İFS-2217yn
- Kredit
- 6
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 3
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- İngilis
- Auditoriyadaxili saatlar
- a) 60 saat - seminar
- Auditoriyadan kənar saatlar
- a) 60 saat – sərbəst iş b) 60 saat- layihə işi və ya məsləhət saatı və s.
Fənn haqqında
“Texniki xarici dil” fənni tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici dil üzrə peşəkar kommunikasiya bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur. Fənn çərçivəsində tələbələr ixtisaslarına aid terminologiyanı mənimsəyir, texniki və elmi mətnləri oxuyub anlamaq, təhlil etmək və şərh etmək bacarıqları əldə edirlər. Tədris prosesində şəbəkələr, kibertəhlükəsizlik, hücum növləri, müasir müdafiə mexanizmləri və təhlükəsizlik əməliyyatları ilə bağlı xarici dildə materiallardan istifadə olunur. Tələbələr ixtisas sahəsi üzrə şifahi və yazılı ünsiyyət qurmaq, peşəkar müzakirələrdə iştirak etmək, fikir və mülahizələrini əsaslandırılmış şəkildə ifadə etmək bacarıqlarını inkişaf etdirirlər. Fənn, həmçinin tələbələrin xarici dildə elmi və texniki mənbələrdən müstəqil istifadə etməsinə və ixtisas üzrə məlumat əldə etməsinə imkan yaradır. Tədrisin sonunda tələbələrin informasiya təhlükəsizliyi sahəsində xarici dildən akademik və peşəkar məqsədlərlə istifadə etmək bacarığı formalaşır.
Tədris metodları
- təqdimatlar
- seminar
- interaktiv müzakirə
- case study
- komanda işi
- layihə əsaslı öyrənmə
- problem-based learning
- mühazirə
Fənn təlim nəticələri (CLO)
CLO 1: Understand, correctly use, and explain English terminology related to cybersecurity and information technology.
CLO 2: Read, analyze, and identify key information from technical texts, scientific articles, and professional documents in their field of specialization.
CLO 3: Prepare and deliver presentations in English on technical topics, including networking technologies, operating systems, databases, security mechanisms, and other IT-related subjects.
CLO 4: Use foreign-language academic resources, technical documentation, and international standards relevant to their field, and critically analyze the information obtained.
CLO 5: Apply the fundamental principles of writing professional correspondence, reports, and technical documentation in English.
CLO 6: Effectively collaborate in an international professional environment by using appropriate technical terminology and communication skills in English.
Mövzu planı
- 1.Kompüter şəbəkələrinin əsaslarıMühazirə
Kompüter şəbəkələrinin əsas anlayışları, şəbəkə növləri, topologiyalar, OSI və TCP/IP modelləri, şəbəkə komponentləri və məlumatların şəbəkə üzərindən ötürülməsi prinsipləri izah edilir.
- 2.Şəbəkə infrastrukturu və arxitekturasıMühazirə
Şəbəkə infrastrukturunun əsas komponentləri, serverlər, marşrutlaşdırıcılar, kommutatorlar, təhlükəsizlik qurğuları və simsiz şəbəkə elementləri araşdırılır. Şəbəkə arxitekturaları və onların qurulması prinsipləri öyrənilir.
- 3.Şəbəkə protokolları və kommunikasiya texnologiyalarıMühazirə
TCP/IP protokol dəsti, Ethernet, IP, TCP, UDP, ICMP, DNS, DHCP və digər əsas şəbəkə protokollarının iş prinsipləri araşdırılır. Simli və simsiz kommunikasiya texnologiyalarının xüsusiyyətləri izah edilir.
- 4.Şəbəkə protokolları və kataloq xidmətləriMühazirə
Şəbəkə protokolları ilə yanaşı, kataloq xidmətlərinin, xüsusilə Active Directory və LDAP texnologiyalarının iş prinsipləri araşdırılır. İstifadəçilərin, kompüterlərin və resursların mərkəzləşdirilmiş idarə olunması izah edilir.
- 5.Şəbəkə təhlükəsizliyi texnologiyaları və mexanizmləriMühazirə
Firewall, IDS/IPS, VPN, şəbəkə seqmentasiyası, girişə nəzarət, şifrələmə və digər şəbəkə təhlükəsizliyi texnologiyaları araşdırılır. Şəbəkə resurslarının qorunması üçün istifadə olunan təhlükəsizlik mexanizmləri izah edilir.
- 6.Şəbəkə əsaslı hücumlar və əks tədbirlərMühazirə
Şəbəkə səviyyəsində həyata keçirilən hücumlar, o cümlədən sniffing, spoofing, DoS/DDoS və digər hücum üsulları araşdırılır. Hücumların aşkarlanması, qarşısının alınması və təsirlərinin azaldılması üçün müdafiə mexanizmləri öyrənilir.
- 7.Kiberhücumlar, təhdidlər və hücum texnikalarıMühazirə
Müasir kiber təhdidlərin əsas növləri, hücum mərhələləri, hücum vektorları və istifadə olunan texnikalar araşdırılır. Sosial mühəndislik, zərərli proqramlar, hesabların ələ keçirilməsi və digər hücum ssenarilərinə nəzər salınır.
- 8.Penetrasiya testinin metodologiyaları və texnikalarıMühazirə
Penetrasiya testinin məqsədi, mərhələləri, kəşfiyyat, skanlama, zəifliklərin müəyyənləşdirilməsi, istismar və nəticələrin hesabatlaşdırılması prosesləri öyrənilir. Testlərin qanuni və etik çərçivədə həyata keçirilməsi prinsipləri izah edilir.
- 9.Kibertəhlükəsizlik komandaları və məsuliyyətlərMühazirə
Kibertəhlükəsizlik üzrə SOC, CERT/CSIRT, Red Team, Blue Team, Purple Team və digər komandaların funksiyaları və məsuliyyətləri araşdırılır. Təhlükəsizlik hadisələrinin idarə olunmasında komandalararası əməkdaşlıq prinsipləri izah edilir.
- 10.Kiber təhdid kəşfiyyatı və açıq mənbəli kəşfiyyatMühazirə
Kiber təhdid kəşfiyyatının əsas anlayışları, təhdid indikatorları, məlumatların toplanması və təhlili, həmçinin açıq mənbələrdən məlumat əldə etmə metodları araşdırılır. OSINT-in kibertəhlükəsizlik araşdırmalarında tətbiqi və etik prinsipləri öyrənilir.
- 11.Verilənlər bazasının təhlükəsizliyi və girişə nəzarətMühazirə
Verilənlər bazalarının təhlükəsizlik prinsipləri, istifadəçi və rol əsaslı girişə nəzarət, autentifikasiya, avtorizasiya və imtiyazların idarə olunması mexanizmləri araşdırılır. Verilənlərə icazəsiz girişin qarşısının alınması üsulları öyrənilir.
- 12.Verilənlər bazası təhdidləri və məlumatların mühafizəsiMühazirə
SQL Injection, icazəsiz giriş, məlumat sızması, zəif autentifikasiya və digər verilənlər bazası təhdidləri araşdırılır. Şifrələmə, ehtiyat nüsxələmə, audit və məlumatların bütövlüyünün qorunması kimi mühafizə üsulları öyrənilir.
- 13.Qabaqcıl kibertəhlükəsizlik texnologiyaları və təhlükəsizlik monitorinqiMühazirə
SIEM, EDR/XDR, SOAR, davranış analitikası və digər müasir təhlükəsizlik texnologiyalarının iş prinsipləri araşdırılır. Təhlükəsizlik hadisələrinin real vaxt rejimində monitorinqi, logların toplanması və analizi öyrənilir.
- 14.Təhlükəsizlik əməliyyatları, avtomatlaşdırma və çoxqatlı müdafiəMühazirə
Təhlükəsizlik əməliyyatlarının təşkili, hadisələrin aşkarlanması və cavablandırılması, təhlükəsizlik proseslərinin avtomatlaşdırılması və Defense-in-Depth konsepsiyası araşdırılır. Müxtəlif təhlükəsizlik qatlarının birgə tətbiqi prinsipləri izah edilir.
- 15.Layihələrin təqdimatı və yekun müzakirəMühazirə
Kurs ərzində əldə edilmiş nəzəri bilik və praktiki bacarıqlar əsasında hazırlanmış layihələrin təqdimatı həyata keçirilir. Layihələrin metodologiyası, əldə edilmiş nəticələri və tətbiq olunan təhlükəsizlik yanaşmaları müzakirə edilir.
Ədəbiyyat
- Deborah Russell, G.T. Gangemi, Computer Security Basics, 2015.
- Complete IELTS (4-5). Guy Brook-Hart and Vanessa Jakeman. Cambridge University press 2012
- İngiliscə-Azərbaycanca-rusca-türkcə texniki abreviaturlar lüğəti. I cild. Bakı: Avropa nəşriyyatı, 2021, 956 s. f.e.d., dos.S.M.Alməmmədova
- Password Security http://www.you tube.com/
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |