Fənn · İnformasiya təhlükəsizliyi

Elektronikanın əsasları və IoT təhlükəsizliyi

İF-2213y5 kreditYaz semestriMəcburi3

Fənn haqqında

Kredit

5

İş yükü

105saat

Semestr

Yaz

Tədris ili

3

Fənnin təsviri

Fənn tələbələrdə elektronikanın əsas prinsipləri, mikrokontrollerlər, IoT (Əşyaların İnterneti) sistemlərinin quruluşu və onların təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində elektron komponentlərin və mikrokontrollerlərin iş prinsipləri, IoT qurğularının arxitekturası, qurğular arasında qarşılıqlı əlaqə üsulları, simli və simsiz şəbəkə texnologiyaları, fiziki interfeyslər və rabitə protokolları öyrənilir. IoT sistemlərində istifadə olunan identifikasiya və autentifikasiya mexanizmləri, müxtəlif protokol və kommunikasiya texnologiyalarının üstün və zəif cəhətləri, eləcə də IoT şəbəkələrinin konfiqurasiyasının seçilməsi prinsipləri nəzərdən keçirilir. IoT sistemlərinə və radioelektron mühitlərə yönəlmiş əsas təhlükəsizlik təhdidləri, zəifliklər və kiberhücumlar, təhdid modelləşdirilməsi, təhlükəsizlik risklərinin qiymətləndirilməsi, boşluqların aşkarlanması və insidentlərin araşdırılması üsulları araşdırılır. Həmçinin IoT sistemlərində informasiya mühafizəsi tədbirlərinin planlaşdırılması, təhlükəsizlik komponentlərinin layihələndirilməsi, qurulması, sazlanması və idarə edilməsi, standart informasiya mühafizə vasitələrinin tətbiqi və sistemlərin fasiləsiz fəaliyyətinin təmin olunması prinsipləri öyrənilir. Fənn tələbələrdə IoT sistemlərinin təhlükəsizliyini təhlil etmək, uyğun şəbəkə və təhlükəsizlik konfiqurasiyalarını seçmək, zəiflikləri qiymətləndirmək və müəyyən edilmiş risklərə qarşı uyğun mühafizə tədbirləri hazırlamaq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Əsas elektronika komponentlərini məntiqi sxemləri, çeviriciləri, rezistor, kondensator, tranzistor, induktiv sarğılar, diodları tanıyır, onlardan istifadə edərək dövrələr qurnağı bacarır.

  2. CLO 2: Elektronika dövrələrində müşahidə və sınaqlar etmək üçün simulyasiya proqramından istifadə etməyi bacarır.

  3. CLO 3: Elektrik dövrələrinin əsas kəmiyyətlərini ölçmək üçün ölçmə alətlərindən istifadə edə bilərsiniz.

  4. CLO 4: Qurğular arasında məlumat mübadiləsi üçün fərqli protokollarla tanış olmalıdır.

  5. CLO 5: Qurğular arasında simsiz rabitə üçün fərqli texnologiyalar barədə məlumatlı olmalıdır.

  6. CLO 6: IoT qurğularla bağlı informasiya təhlükəsizliyi məsələlərini öyrənməli, onlara qarşı mümkün kiber-hücumları və hücumlardan müdafiə üsullarını bilməlidir.