Fənn · İnformasiya təhlükəsizliyi

Nüfuzetmə sınaqlarının əsasları

İF-2212y8 kreditYaz semestriMəcburi3

Fənn haqqında

Kredit

8

İş yükü

165saat

Semestr

Yaz

Tədris ili

3

Fənnin təsviri

Fənn tələbələrdə nüfuzetmə sınaqlarının planlaşdırılması, hazırlanması və həyata keçirilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində nüfuzetmə sınaqlarının əsas anlayışları, hüquqi və etik çərçivələri, metodologiyaları və mərhələləri öyrənilir. Tələbələr informasiya sistemləri və şəbəkə mühitləri haqqında aktiv və passiv üsullarla məlumat toplamaq, mövcud zəiflikləri müəyyən etmək və onların yaratdığı riskləri qiymətləndirmək yanaşmaları ilə tanış olurlar. Laboratoriya şəraitində şərti hücum ssenarilərinin icrası, aşkar edilmiş zəifliklərin nəzarətli şəkildə yoxlanılması, səlahiyyətlərin yüksəldilməsi və mümkün təsirin qiymətləndirilməsi məsələləri nəzərdən keçirilir. Həmçinin şəbəkə infrastrukturu, veb tətbiqlər, IoT və digər texniki mühitlərdə nüfuzetmə sınaqlarının əsas prinsipləri araşdırılır. Fənn tələbələrdə potensial təhdid və hücum ssenarilərini analitik şəkildə qiymətləndirmək, əsas risk faktorlarını müəyyən etmək, uyğun təhlükəsizlik tədbirləri üzrə tövsiyələr hazırlamaq və nüfuzetmə sınaqlarının nəticələrini peşəkar formada hesabatlaşdırmaq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Nüfuzetmə sınaqlarının prinsip və texnikaları ilə tanış olacaqsınız.

  2. CLO 2: Nüfuzetmə sınağının mərhələlərini öyrənəcəksiniz.

  3. CLO 3: Aktiv və passiv məlumat toplama metodlarıyla tanış olacaqsınız.

  4. CLO 4: Verilmiş hədəf üçün təhlükəsizlik boşluqlarını aşkarlama, istismar etmə, riskini ölçmə və qarşısını alma yollarını təklif etməyi öyrənəcəksiniz.

  5. CLO 5: Nüfuzetmə testi zamanı istifadə olunan alətlərlə tanış olacaqsınız.

  6. CLO 6: Nüfuzetmə testinin nəticələri əsasında professional hesabat hazırlamaqla bağlı biliklər əldə edəcəksiniz.