Fənn · İnformasiya təhlükəsizliyi

Verilənlər bazalarının təhlükəsizliyi

İF-2209y5 kreditPayız semestriMəcburi3

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

3

Fənnin təsviri

Fənn tələbələrdə verilənlər bazalarının layihələndirilməsi, qurulması və istismarı zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində verilənlər bazaları və verilənlər bazasının idarəetmə sistemlərinin əsas anlayışları, təhlükəsizlik prinsipləri və həssas məlumatların qorunması üsulları öyrənilir. Tələbələr SQL inyeksiyası, icazəsiz giriş, məlumatların pozulması və digər təhlükəsizlik təhdidlərini müəyyən etmək və onların qarşısını almaq üçün tətbiq olunan metod və vasitələrlə tanış olurlar. Verilənlər bazalarında autentifikasiya, avtorizasiya, girişə nəzarət, audit və monitorinq mexanizmləri, eləcə də hüquqi və tənzimləyici tələblərə uyğunluq məsələləri nəzərdən keçirilir. Həmçinin bulud əsaslı və NoSQL verilənlər bazalarına xas təhlükəsizlik xüsusiyyətləri, risklərin idarə edilməsi və təhlükəsizlik insidentlərinə cavabvermə yanaşmaları araşdırılır. Fənn tələbələrdə verilənlər bazalarının təhlükəsizlik vəziyyətini qiymətləndirmək, mövcud zəiflikləri aşkarlamaq və uyğun müdafiə tədbirlərini müəyyən etmək bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Verilənlər bazalarının idearəetmə sistemlərinin əsas funksiyalarını bilir. Müasir zamanda istifadə olunan VBİS-lərdən bir neçəsi ilə işləməyi bacarır. Relyasiyalı VBİS-lərin sistem kataloqlarının necə çalışdığını, orada hansı məlumatların yerləşdiyini bilir Təhlükəsizlik və etibarlılıq üçün verilənlər bazası auditini və loqlamanı aparmağı bacarır.

  2. CLO 2: VBİSlərdə istifadəçi profilləri, parol siyasətləri, icazə (hüqüq/haqq) və rolların idarə edilməsilə VBİSdə ilkin təhlükəsizlik tədbirlərinin görülməsini bacarır.

  3. CLO 3: Verilənlər bazalarının əlçatanlıq problemlərinin səbəblərini bilir, ehtiyat nüsxələr, onlar arasında sinxronlaşdırma, yüklərin balanslaşdırılması üsullarını bilir.

  4. CLO 4: Verilənlər bazalarında tamlığın qorunması üçün üsulları bilir. Verilənlər bazalarında fərqli səviyyələrdə (fayl sistemi, cədvəl, sütun və s.) müxtəlif şifrləmə üsullarını və həllərini yerinə yetirməyi bacarır.

  5. CLO 5: Tətbiqi proqramlardan gələn təhlükələr barədə xəbərdardır. SQL inyeksiyası və bu zəmindən olan təhlükələr, onların qarşısının alınması yollarını bilir.

  6. CLO 6: NoSQL tipli verilənlər bazaları, onların iş prinsipləri, praktiki əhəmiyyətləri, ənənəvi VBİSlərdən üstün və mənfi cəhətlərini bilir.