Fənn · İnformasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyinin əsasları
Fənn haqqında
Kredit
6
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
1
Fənnin təsviri
Fənn tələbələri informasiya təhlükəsizliyi ixtisası ilə tanış etməyi və bu sahənin əsas anlayışları, prinsipləri, məqsədləri və əhatə dairəsi üzrə fundamental biliklər formalaşdırmağı nəzərdə tutur. Fənn çərçivəsində informasiya təhlükəsizliyi təhdidləri, kiberhücumlar, zərərli proqramlar, etik hakinq və informasiya müharibəsinin əsas istiqamətləri öyrənilir. Tələbələr informasiya təhlükəsizliyi risklərinin və insidentlərinin idarə edilməsi, təhlükəsizliyin təmin edilməsi metodları və informasiya təhlükəsizliyi arxitekturaları ilə tanış olurlar. İnformasiya təhlükəsizliyinin təşkilati məsələləri, standartlaşdırma, sertifikatlaşdırma və audit prosesləri fənnin əsas istiqamətləri sırasındadır. Həmçinin kriptoqrafiyanın əsas anlayışları, açıq açarlı kriptoqrafiya və rəqəmsal imza sxemləri haqqında ilkin biliklər verilir. Fənn tələbələrdə informasiya təhlükəsizliyi mütəxəssisinə xas sistemli düşüncə tərzinin və gələcək peşə fəaliyyətində istifadə ediləcək ilkin bilik və bacarıqların formalaşdırılmasına yönəlmişdir.
Fənn təlim nəticələri
CLO 1: İnformasiya təhlükəsizliyi sahəsində vacib anlayışları, həmçinin sənədlərdə və ya işgüzar müzakirələr zamanı istifadə olunan terminologiyanı bilməlidir. İnformasiya təhlükəsizliyi sahəsində ümumi və xüsusi tələblərin əsaslarını, həmçinin onların formalaşma xüsusiyyətlərini bilməlidir.
CLO 2: İnformasiya təhlükəsizliyinin konseptual modelini bilməli, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tələblərin formalaşdırılması üçün sadə düşüncəyə sahib olmalıdır.
CLO 3: İnformasiya təhlükəsizliyi sahəsində rəhbər hüquqi aktları, onun tələblərini və tətbiqi qaydalarını bilməli, həmçinin belə aktların inkişafını izləməyi bacarmalıdır. İnformasiya təhlükəsizliyi sahəsində qlobal, regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalı və tətbiqinə dair fikirlərə sahib olmalıdır.
CLO 4: İnformasiya təhlükəsizliyinin təmin olunmasında təşkilati forma və metodları bilməlidir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçun əsas prinsipləri bilməli, həmçinin texniki üsul və vasitələri öyrənməlidir.
CLO 5: İnformasiya təhlükəsizliyi sahəsində riskləri, onların xüsusiyyətlərini, həmçinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiya təhlükəsizliyi siyasətinin aktuallığı, formalaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmçinin təmin olunması üsullarını bilməlidir. İnformasiya təhlükəsizliyi üzrə auditin əsasları, xüsusiyyətləri, aktuallığı, həmçinin prosedur qaydalarına dair ümumi biliklərə sahib olmalıdır.
CLO 6: İnformasiyanı mühafizə vasitələrinin hüquqi, təşkilati və texniki əsasları, tətbiq sahələri, həmçinin bu vasitələrin yaradılması və qaydalara uyğun şəkildə sertifikatlaşdırılmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiyanı mühafizə vasitələrinə verilmiş xarici sertifikatların tanınması qaydalarını bilməlidir.