Fənn haqqında
Kredit
5
İş yükü
90saat
Semestr
Yaz
Tədris ili
2
Fənnin təsviri
Fənn tələbələrdə ehtimal nəzəriyyəsinin fundamental anlayışları və metodları üzrə nəzəri bilik və analitik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində təsadüfi hadisə və proseslərin riyazi modelləşdirilməsi, ehtimalın əsas anlayışları və tərifləri, ehtimal qanunauyğunluqları və onların praktik məsələlərin həllində tətbiqi öyrənilir. Təsadüfi kəmiyyətlər, onların paylanma qanunları və əsas ədədi xarakteristikalarının hesablanması, eləcə də ehtimal nəzəriyyəsinin əsas teoremlərinin tətbiqi nəzərdən keçirilir. Kütləvi bircins hadisələrin qanunauyğunluqlarının təhlili, statistik verilənlərin toplanması və emalı, nəticələrin dəqiqliyinin və etibarlılığının qiymətləndirilməsi prinsipləri araşdırılır. Fənn çərçivəsində real proseslərin ehtimal modelləri ilə ifadə edilməsi, təsadüfi amillərin nəticələrə təsirinin qiymətləndirilməsi və ehtimal nəzəriyyəsi və riyazi statistika üsullarından istifadə etməklə praktik məsələlərin təhlili öyrənilir. Fənn tələbələrdə real vəziyyətləri ehtimal sxemləri vasitəsilə modelləşdirmək, uyğun ehtimal metodlarını seçmək, statistik məlumatları təhlil etmək və əldə olunan nəticələrin etibarlılığını qiymətləndirmək bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.