Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Texniki xarici dil (ingilis)

İFS - 4172y6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Texniki ingilis dili elm, texnologiya və istehsalat sahələrində istifadə olunan xüsusi xarici dil növüdür. Bu dil texniki terminlərin və peşəkar ünsiyyətin düzgün başa düşülməsinə kömək edir. Texniki ingilis dili mühəndislər, proqramçılar və digər mütəxəssislər üçün vacibdir. Beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsində geniş istifadə olunur. Bu dili bilmək peşəkar inkişaf üçün böyük əhəmiyyət daşıyır.

Fənn təlim nəticələri

  1. CLO 1: Texniki və peşə yönümlü ingilis dilində əsas qrammatik strukturları, terminologiyanı və təxminən 4000 tədris leksik vahidini tətbiq edərək şifahi və yazılı ünsiyyət qurur.

  2. CLO 2: Mühəndislik, sənaye təhlükəsizliyi, ekologiya və fövqəladə hallar sahələrinə aid texniki mətnləri oxuyur, təhlil edir, əsas məzmunu izah edir və peşəkar məlumatları ümumiləşdirir.

  3. CLO 3: Peşə fəaliyyəti ilə bağlı müzakirələrdə, təqdimatlarda və işgüzar ünsiyyətdə ingilis dilində fikirlərini aydın, məntiqli və terminoloji cəhətdən düzgün ifadə edir.

  4. CLO 4: Peşə fəaliyyəti ilə bağlı müzakirələrdə, təqdimatlarda və işgüzar ünsiyyətdə ingilis dilində fikirlərini aydın, məntiqli və terminoloji cəhətdən düzgün ifadə edir.

  5. CLO 5: Xarici mənbələrdən əldə olunan texniki və elmi məlumatları təhlil edir, müqayisə edir və peşə fəaliyyətində istifadə etmək üçün ingilis dilindən səmərəli şəkildə yararlanır.

  6. CLO 6: Beynəlxalq texniki standartlar, təhlükəsizlik qaydaları və elmi-texniki sənədlərlə ingilis dilində işləyir, əldə olunan məlumatları peşə fəaliyyətində tətbiq edir və təqdim edir.