Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Sənaye təhlükəsizliyi.

İF-4156y6 kreditPayız semestriMəcburi2025 - 2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025 - 2026

Fənnin təsviri

Sənaye təhlükəsizliyi istehsalat sahələrində insanların və avadanlıqların təhlükəsizliyini təmin edən qaydalar və tədbirlər sistemidir. Onun əsas məqsədi qəzaların, yanğınların və istehsalat xəsarətlərinin qarşısını almaqdır. Sənaye təhlükəsizliyi işçilərin sağlamlığını qorumağa kömək edir. Bu sahədə təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Təhlükəsizlik tədbirləri müəssisələrin normal və təhlükəsiz fəaliyyətini təmin edir.

Fənn təlim nəticələri

  1. CLO 1: Sənaye təhlükəsizliyinin əsas anlayışlarını, normativ-hüquqi bazasını, standartlarını və təhlükəsiz istehsal prinsiplərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edərək yazılı və şifahi formada təqdim edir.

  2. CLO 2: İstehsalat proseslərində yaranan təhlükələri müəyyən edir, riskləri qiymətləndirir, onların ehtimalını və nəticələrini müvafiq analitik və riyazi metodlardan istifadə etməklə təhlil edir.

  3. CLO 3: Sənaye obyektlərində istifadə olunan avadanlıqların, texnoloji sistemlərin, avtomatlaşdırma və monitorinq vasitələrinin təhlükəsiz istismarını qiymətləndirir, kompüter və müasir proqram təminatından istifadə etməklə texniki məlumatları emal edir.

  4. CLO 4: Yanğın, partlayış, kimyəvi qəza və digər fövqəladə halların yaranma səbəblərini təhlil edir, profilaktik tədbirləri, mühafizə üsullarını və risklərin idarə olunması metodlarını tətbiq edir.

  5. CLO 5: Sənaye müəssisələrində fövqəladə hallara hazırlıq, təxliyyə, fərdi və kollektiv mühafizə vasitələrinin tətbiqi, ilkin tibbi yardım və qəza-xilasetmə tədbirlərini planlaşdırır və təşkil edir.

  6. CLO 6: Sənaye obyektlərində təhlükələrin proqnozlaşdırılması, dayanıqlığın qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üzrə əsaslandırılmış qərarlar qəbul edir, təhlükəsizlik üzrə tövsiyələr hazırlayır.