Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Tətbiqi mexanika
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Tətbiqi mexanika” fənni ümumi texniki fənlərin əsaslarını özündə cəmləşdirir və bu fənləri qarşılıqlı əlaqədə öyrənir. Fəndə “Qarşılıqlı əvəz olunma”, “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Materiallar müqaviləsi”, “Maşın hissələri” fənlərinin əsas bölmələri öz əksini tapmışdır. Mühəndis ixtisasını seçən mütəxəsislər mütəmadi olaraq maşın, mexanizm, avadanlıqlarla təmasda olurlar. Ona görə də həmin mütəxəsislərin mexaniki sistemlərin strukturu, konstruksiyası, möhkəmliyi, iş qabiliyyəti, təmiri, texniki göstəriciləri və s. haqqında təməl biliklərə malik olması vacibdir.
Fənn təlim nəticələri
CLO 1: Tətbiqi mexanikanın əsas anlayışlarını, qanunlarını və prinsiplərini izah edə biləcək. Mexaniki sistemlərə təsir edən qüvvələri, momentləri və tarazlıq şərtlərini müəyyən edə biləcək. Cisimlərin hərəkətini və hərəkətə təsir edən qüvvələri mexanikanın əsas qanunları əsasında təhlil edə biləcək. Mexaniki sistemlərdə statik və dinamik prosesləri hesablaya və qiymətləndirə biləcək. Maşın və mexanizmlərin əsas elementlərinin iş prinsipini və qarşılıqlı təsirini izah edə biləcək. Mexaniki konstruksiyaların möhkəmlik, dayanıqlıq və davamlılıq göstəricilərini müəyyənləşdirə biləcək. Tətbiqi mexanikanın metodlarından istifadə etməklə mühəndislik məsələlərini həll edə və alınmış nəticələri texniki baxımdan əsaslandıra biləcək.