Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Yanma və partlayış nəzəriyyəsiSillabus

İF - 3036y4 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 3036y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazir - 30; b) seminar - 15.
Auditoriyadan kənar saatlar
a) MRTSi - 30; b) TSi - 45.

Fənn haqqında

Yanma və partlayış nəzəriyyəsi maddələrin alışması və partlaması proseslərini öyrənən sahədir. Yanma zamanı istilik və işıq ayrılır, partlayış isə ani və güclü enerji ayrılması ilə baş verir. Bu proseslər təhlükəsizlik baxımından diqqətlə araşdırılır. Yanğın və partlayışların qarşısını almaq üçün xüsusi təhlükəsizlik qaydaları tətbiq edilir. Bu sahə sənaye və fövqəladə hallar zamanı böyük əhəmiyyət daşıyır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Yanma və partlayış proseslərinin fiziki və kimyəvi əsaslarını, əsas anlayışlarını və qanunauyğunluqlarını izah edir.

  2. CLO 2: Yanğın və partlayış təhlükələrinin yaranma səbəblərini müəyyən edir və onların risk səviyyəsini qiymətləndirir.

  3. CLO 3: Yanma və partlayış proseslərinin insan sağlamlığına, istehsalata və ətraf mühitə təsirini təhlil edir.

  4. CLO 4: Yanğın və partlayış risklərinin monitorinqi, qiymətləndirilməsi və idarə olunması üçün müasir metod və vasitələrdən istifadə edir.

  5. CLO 5: Yanğın və partlayışların qarşısının alınması, mühafizə sistemlərinin seçilməsi və təhlükəsizlik tədbirlərinin tətbiqi üzrə qərarlar qəbul edir.

  6. CLO 6: Yanğın və partlayış hadisələri zamanı fövqəladə hallarda təhlükəsiz davranış qaydalarını və ilkin müdaxilə tədbirlərini tətbiq edir.

Mövzu planı

  1. 1.
    5. Yanma prosesinin mexanizmi. Yanmanın növü.Mühazirə

    Yanma prosesinin mexanizmi Yanma, yanar maddənin oksigenlə reaksiyaya girməsi nəticəsində istilik və işığın ayrıldığı fiziki-kimyəvi prosesdir. Yanmanın baş verməsi üçün üç əsas şərt lazımdır: yanar maddə; oksigen (hava); alışdırma mənbəyi (istilik, qığılcım və ya alov). Bu üç şərtdən biri aradan qaldırıldıqda yanma dayanır. Yanmanın növləri Tam yanma – kifayət qədər oksigen olduqda baş verir, daha çox istilik ayrılır və az tüstü yaranır. Natamam yanma – oksigen az olduqda baş verir, tüstü və zəhərli qazlar (məsələn, karbonmonoksid) əmələ gəlir. Sürətli yanma – alovla gedən adi yanma prosesidir. Partlayışlı yanma – çox qısa müddətdə böyük enerji ayrılması ilə müşayiət olunan yanmadır.

    • Yanma prosesinin mexanizmini izah edir. Yanmanın baş verməsi üçün zəruri şərtləri sadalayır. Tam və natamam yanmanı fərqləndirir. Yanmanın növlərini nümunələrlə izah edir. Yanmanın qarşısının alınması üçün əsas təhlükəsizlik qaydalarını izah edir.
  2. 2.
    1. Yanma anlayışı və yanğın anlayışıMühazirə

    “Yanma və partlayış nəzəriyyəsi” fənni bakalavrlara yanma və partlayışın xüsusiyyətləri, yanma və partlayışın qarşısının alınması üçün standartları və yanğın və partlayışın idarə olunması barədə davamlı biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların aşılanmasından ibarətdir.

    • Yanmanın maddənin oksigenlə reaksiyası nəticəsində istilik və işıq ayrılması ilə gedən proses olduğunu, nəzarətdən çıxmış və insan həyatı, əmlak və ətraf mühit üçün təhlükə yaradan yanma prosesi olduğunu, hər yanmanın yanğın olmadığını, yanğının isə idarəolunmaz yanma prosesi olduğunu fərqləndirir.
  3. 3.
    2. Yanğının təsnifatı və parametrləri.Mühazirə

    Açıq sahələrdəki, kütləvi, həcmi, tək, odlu fırtına yanğınları.

    • Müxtəlif yanğın siniflərini (A, B, C, D, F və s.) fərqləndirir. Yanğının temperaturu, yayılma sürəti, alovun gücü və tüstülənmə kimi göstəriciləri izah edir. Hansı yanğının daha təhlükəli olduğunu və niyə belə olduğunu əsaslandırır. Müxtəlif yanğınlar üçün su, köpük, toz və ya karbon qazlı söndürücünün hansı hallarda istifadə olunacağını müəyyən edir. Yanğın zamanı düzgün hərəkət edir, təhlükəni qiymətləndirir və uyğun tədbirlər görür.
  4. 4.
    3. Yanmanın fiziki-kimyəvi əsasları.Mühazirə

    Yanma prosesinin mahiyyəti, yanmanın baş vermə şərtləri, yanma prosesinin mərhələləri ğyrənir.

    • Yanmanın necə baş verdiyini və bunun fiziki-kimyəvi proses olduğunu izah edir. Yanar maddə, oksigen və alışdırma mənbəyinin vacibliyini bilir. Tam və natamam yanmanı müqayisə edir. İstilik və işığın ayrılması, yeni maddələrin əmələ gəlməsi kimi prosesləri izah edir.
  5. 5.
    4. Yanacağın yanma məhsulu.Mühazirə

    Yanma məhsullarının tərifini, tam və natamam yanma nəticəsində yaranan məhsullar haqqında məlumatı, əsas yanma məhsullarının növlərini və təsir dairəsini ayırd edir.

    • Mühazirənin sonunda tələbə: yanacağın tam və natamam yanma məhsullarını fərqləndirə bilir; karbon qazı, karbon monoksid və su buxarının yaranma səbəblərini izah edə bilir; yanma reaksiyalarının tənliklərini tərtib edə bilir; yanma məhsullarının tərkibini hesablaya bilir; yanma şəraitinin məhsulların yaranmasına təsirini təhlil edə bilir; tüstü qazlarının ətraf mühitə təsirini qiymətləndirə bilir; yanma məhsullarının təmizlənməsi üsullarını izah edə bilir; yanacaqdan səmərəli və ekoloji təhlükəsiz istifadə prinsiplərini tətbiq edə bilir.
  6. 6.
    6. Maddələrin yanğın təhlükəsi göstəriciləri.Mühazirə

    Maddələrin yanğın təhlükəsinin qiymətləndirilməsi üçün istifadə olunan əsas göstəricilər izah edilir. Yanğın təhlükəsi göstəricilərinin maddələrin alışma və yanma xüsusiyyətlərini müəyyən edən parametrlər olduğu öyrədilir.

    • Mühazirənin sonunda hansı maddənin daha tez alışdığını və ya daha təhlükəli olduğunu, maddənin hansı şəraitdə alovlandığını, hansı maddənin daha təhlükəli olduğunu, maddələrin düzgün saxlanılması və istifadəsi qaydalarını, yanğın təhlükəsinin qarşısını almaq üçün təhlükəsizlik qaydalarını tətbiq edir.
  7. 7.
    7. Alışma və öz-özünə alovlanma temperaturu.Mühazirə

    Alışma temperaturunun mahiyyəti, maddənin xarici alov və ya qığılcım mənbəyinin təsiri altında alovlandığı ən aşağı temperaturun alışma temperaturu olduğunun səbəbi izah olunur, alışma temperaturunun yanğın təhlükəsinin qiymətləndirilməsində rolu, alışma temperaturunda xarici alışdırma mənbəyinin tələb olunduğu, öz-özünə alovlanma temperaturunda isə belə mənbəyə ehtiyac olmadığı izah olunur.

    • Mühazirənin sonunda tələbə: alışma temperaturu anlayışını izah edə bilir; öz-özünə alovlanma temperaturunun mahiyyətini açıqlaya bilir; alışma və alovlanma temperaturu arasındakı fərqi müəyyən edə bilir; yanıcı maddələrin temperatur xüsusiyyətlərini təhlil edə bilir; maddələrin alovlanma qabiliyyətinə təsir edən amilləri izah edə bilir; yanğın təhlükəsi yaradan şəraiti qiymətləndirə bilir; yanıcı maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərini müəyyən edə bilir; yanma proseslərinin praktiki tətbiq sahələrində temperatur göstəricilərindən istifadə edə bilir.
  8. 8.
    8. Alovlanmanın (partlayışın) temperatur hədləri.Mühazirə

    Alovlanmanın baş verməsi üçün maddənin müəyyən temperatur və şəraitə çatması, temperatur hədlərinin yanğın və partlayış təhlükəsinin qiymətləndirilməsində rolu, aşağı və yuxarı alovlanma həddi, temperaturun alovlanmaya təsiri, yanıcı qaz, buxar və tozların hava ilə müəyyən nisbətdə qarışdıqda partlayış yarada bilməsi izah edilir.

    • Alovlanma temperatur hədlərini izah edir. Aşağı və yuxarı alovlanma hədlərini fərqləndirir. Yanıcı maddələrin hansı şəraitdə alışa biləcəyini müəyyən edir. Temperaturun yanğın və partlayış yaranmasına təsirini izah edir. Partlayış təhlükəsi yaradan amilləri sadalayır.
  9. 9.
    9. Bərk maddələrin yanğın təhlükəsi.Mühazirə

    Bərk maddələr haqqında anlayış, bərk maddələrin yanğın təhlükəsinın yanma sürətindən tərkibindən, quruluğundan və səth sahəsindən asılılığı, yanğın təhlükəsinə təsir edən amillərdən asılılığı öyrənilir.

    • Mühazirənin sonunda tələbə: bərk maddələrin yanğın təhlükəsi anlayışını izah edə bilir; bərk maddələrin yanma prosesinin xüsusiyyətlərini müəyyən edə bilir; müxtəlif bərk yanıcı materialların təhlükəlilik dərəcəsini müqayisə edə bilir; yanma və alovlanmaya təsir edən amilləri təhlil edə bilir; yanğın zamanı yaranan təhlükəli məhsulları müəyyən edə bilir; bərk maddələrin saxlanması və istifadəsi zamanı təhlükəsizlik qaydalarını izah edə bilir; yanğından mühafizə tədbirlərini seçə bilir; istehsalatda yanğın təhlükəsinin qiymətləndirilməsini həyata keçirə bilir.
  10. 10.
    10. Alovlanmanın istilik impulsları.Mühazirə

    İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı. Yanma və öz-özünə yanma

    • Mühazirənin sonunda tələbə: istilik impulsu anlayışını izah edə bilir; alovlanma prosesində istiliyin rolunu müəyyən edə bilir; istilik ötürülməsinin əsas növlərini izah edə bilir; istilik impulslarının yanıcı maddələrə təsirini təhlil edə bilir; alovlanmaya səbəb olan istilik mənbələrini müəyyən edə bilir; yanğın təhlükəsinin qiymətləndirilməsində istilik amilindən istifadə edə bilir; istilik təsirlərindən mühafizə üsullarını seçə bilir; yanğın təhlükəsizliyi tədbirlərini tətbiq edə bilir.
  11. 11.
    11. Partlayışların təsnifatı.Mühazirə

    Partlayış haqqında məlumat. Partlayıcı maddələrin kateqoriya ları, həcmli və nöqtəvi partlayış

    • Mühazirənin sonunda tələbə: partlayış anlayışını və yaranma səbəblərini izah edə bilir; partlayışların əsas təsnifatını müəyyən edə bilir; kimyəvi və fiziki partlayışların fərqini izah edə bilir; qaz, buxar və toz partlayışlarının xüsusiyyətlərini təhlil edə bilir; partlayış təhlükəsi yaradan amilləri müəyyən edə bilir; partlayış nəticəsində yaranan təhlükəli təsirləri qiymətləndirə bilir; istehsalatda partlayış təhlükəsizliyi tədbirlərini izah edə bilir; təhlükəli proseslər zamanı mühafizə tədbirlərini seçə bilir.
  12. 12.
    12. Metalların və konstruksiyaların yanmasıMühazirə

    Yanmayan, çətin yanan və yanan materiallar. Odadavamlılıq.

    • Mühazirənin sonunda tələbə: metalların yanma prosesinin xüsusiyyətlərini izah edə bilir; müxtəlif metalların yanğın təhlükəsini müqayisə edə bilir; metalın oksigenlə qarşılıqlı təsiri nəticəsində yaranan prosesləri izah edə bilir; metal konstruksiyalara yüksək temperaturun təsirini təhlil edə bilir; konstruksiyaların möhkəmlik dəyişikliklərini qiymətləndirə bilir; metal konstruksiyaların yanğından mühafizə üsullarını müəyyən edə bilir; yanğın təhlükəsizliyi baxımından metal materialların seçilməsini əsaslandıra bilir; istehsalat və tikinti sahələrində metal konstruksiyaların təhlükəsiz istismar prinsiplərini tətbiq edə bilir.
  13. 13.
    13. Yanğın profilaktikasının əsası və yanğının söndürülməsi.Mühazirə

    Odsöndürücü maddələrin təsnifatı.Yanğının kəsilməsi üsulları.

    • Mühazirənin sonunda tələbə: yanğın profilaktikasının əsas məqsəd və prinsiplərini izah edə bilir; yanğın yaranmasına səbəb olan amilləri müəyyən edə bilir; yanğın təhlükəsinin qarşısının alınması tədbirlərini seçə bilir; yanğının söndürülməsi prinsiplərini izah edə bilir; müxtəlif yanğınsöndürmə vasitələrinin tətbiq sahələrini müəyyən edə bilir; yanğın siniflərini və uyğun söndürmə üsullarını fərqləndirə bilir; ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah edə bilir; istehsalat və məişətdə yanğın təhlükəsizliyi tədbirlərini tətbiq edə bilir.
  14. 14.
    14. Binanın binadaxili qaz, buxar və toz partlayışından mühafizəsi.Mühazirə

    Bina daxilində baş verə biləcək partlayışlar, onların təsirinin azaldılması və xəbərdarlıq tədbirləri

    • Mühazirənin sonunda tələbə: qaz, buxar və toz partlayışlarının yaranma səbəblərini izah edə bilir; partlayış təhlükəli qarışıqların xüsusiyyətlərini müəyyən edə bilir; partlayış təhlükəli zonaları qiymətləndirə bilir; binalarda partlayışdan mühafizə tədbirlərini izah edə bilir; ventilyasiya sistemlərinin təhlükəsizlikdə rolunu açıqlaya bilir; qaz sızmalarının və toz yığılmasının qarşısının alınması üsullarını müəyyən edə bilir; qoruyucu konstruktiv tədbirləri seçə bilir; istehsalat binalarında partlayış təhlükəsizliyi tələblərini tətbiq edə bilir.
  15. 15.
    15. Tezalışan mayelərin köçürülməsi.Mühazirə

    Yanğın-söndürmə qaydaları və vasitələri.Mayelərin öz axını ilə köçürülməsi. Yanğınsöndürmə qaydaları və vasitələri.

    • Mühazirənin sonunda tələbə: tezalışan mayelərin əsas xüsusiyyətlərini izah edə bilir; mayelərin köçürülməsi zamanı yaranan təhlükələri müəyyən edə bilir; yanğın və partlayış risklərini qiymətləndirə bilir; boru kəmərləri və nasos sistemlərinin təhlükəsiz istismar prinsiplərini izah edə bilir; statik elektrikdən qorunma tədbirlərini müəyyən edə bilir; tezalışan mayelərlə işləyərkən təhlükəsizlik qaydalarını tətbiq edə bilir; qəza və sızma hallarında görüləcək tədbirləri izah edə bilir; istehsalat proseslərində yanğın təhlükəsizliyinin təmin edilməsində düzgün qərarlar qəbul edə bilir.
  16. 16.
    Sərbəst işlər sillabusda göstərilib və tələbələr sıra nömrəsinə uyğun mövzuların təqdimatını hazırlayırlarSərbəst iş

    Sərbəst iş zamanı tələbələr verilmiş mövzunun mahiyyətini araşdırır, əsas anlayışları təhlil edir, elmi-texniki məlumatları toplayır və əldə olunan nəticələri sistemləşdirirlər. İş prosesində tələbələr analitik düşünmə, məlumat axtarışı, təhlil aparma və nəticə çıxarma bacarıqlarını inkişaf etdirirlər.

    • Sərbəst işin yerinə yetirilməsi nəticəsində tələbə: verilmiş mövzu üzrə müstəqil araşdırma apara bilir; elmi və texniki məlumatları toplamaq və sistemləşdirmək bacarığı əldə edir; mövzu üzrə əsas anlayışları və qanunauyğunluqları izah edə bilir; müxtəlif məlumat mənbələrindən səmərəli istifadə edə bilir; əldə etdiyi məlumatları təhlil edərək nəticə çıxara bilir; nəzəri bilikləri praktik məsələlərlə əlaqələndirə bilir; təqdimat və yazılı hesabat hazırlamaq bacarığını inkişaf etdirir; müstəqil qərar qəbul etmə və analitik düşünmə qabiliyyətini formalaşdırır.
  17. 17.
    Yanma və partlayış nəzəriyyəsi üzrə məşğələ dərslərində yanma üçün istifadə olunan oksigenin miqdarı, yağın zamanı yaranan külün miqdarının hesablanmasına aid çalışmalar yerinə yetirilir.Məşğələ

    Bu məşğələlərin məqsədi yanma proseslərinin nəzəri əsaslarını öyrənmək, yanma zamanı tələb olunan oksigen miqdarını və proses nəticəsində yaranan məhsulların, o cümlədən külün miqdarını hesablamaq üsullarını mənimsəməkdir. Məşğələ zamanı yanma reaksiyalarının tənlikləri əsasında oksigen sərfinin, havanın tələb olunan miqdarının, yanma məhsullarının həcminin və kütləsinin müəyyən edilməsi üzrə məsələlər həll edilir. Yanacaq tərkibindəki yanar komponentlərin (karbon, hidrogen, kükürd və s.) yanması zamanı gedən proseslər və onların hesablamalara təsiri araşdırılır.

    • Mövzunun öyrənilməsi nəticəsində tələbə: yanma prosesinin əsas qanunauyğunluqlarını izah edə bilir; yanma reaksiyaları üzrə oksigen sərfini hesablaya bilir; havanın nəzəri və faktiki tələb olunan miqdarını müəyyən edə bilir; yanma məhsullarının tərkibini və miqdarını hesablaya bilir; yanacaq tərkibinə əsasən külün miqdarını təyin edə bilir; yanma proseslərinin material balansını tərtib edə bilir; hesablama nəticələrini təhlil edərək prosesin səmərəliliyini qiymətləndirə bilir; yanma prosesləri ilə bağlı texniki məsələlərin həllində nəzəri bilikləri tətbiq edə bilir.

Ədəbiyyat

  1. 1. Rəsulov S.R., Şahpələngova B.Ş. Yanma və partlayış nəzəriyyəsi. Dərslik. Bakı: ADNSU nəşri, 2018, 268 s. 2. Ocaqov H.O. Fövqəladə halların idarə olunması. Bakı: Təhsil, 2011. Dərslik 3. Девисилов В.А., Дроздова Т.И., Скушникова А.И. Теория горения и взрыва. Учебник для вузов. Москва: ИНФРА-М, 2020, 260 с. 4. Тотай А.В., Казаков О.Г. (под ред.) Теория горения и взрыва. Учебник и практикум для вузов. Москва: Юрайт, 2020, 254 с. 5. Тотай А.В., Казаков О.Г. (под ред.) Теория горения и взрыва. Учебник и практикум для СПО. Москва: Юрайт, 2021.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5