Fənn · Ekologiya mühəndisliyi

Ekoloji monitorinq

4180y8 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

8

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ətraf mühitin monitorinqinin nəzəri və praktiki əsaslarını, ətraf mühitin keyfiyyətinə nəzarət prinsiplərini və çirklənmə mənbələrinin qiymətləndirilməsi üsullarını öyrədir. Fənn çərçivəsində atmosfer, su və torpaq nümunələrinin götürülməsi və təhlili, monitorinq sistemlərinin növləri, ətraf mühitə antropogen təsirlərin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin monitorinqi və ekoloji nəzarətin təşkili məsələləri öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekoloji monitorinqin məqsədini, vəzifələrini, prinsiplərini və əsas növlərini izah edə biləcək. Atmosfer havası, su, torpaq və bioloji resursların ekoloji vəziyyətini qiymətləndirmə üsullarını tətbiq edə biləcək. Ətraf mühitdən nümunələrin götürülməsi, hazırlanması və analizinin əsas prinsiplərini tətbiq edə biləcək. Ekoloji göstəricilər və monitorinq məlumatlarını toplamaq, sistemləşdirmək və təhlil etmək bacarığını nümayiş etdirə biləcək. Çirkləndirici maddələrin mənbələrini, yayılma xüsusiyyətlərini və ətraf mühitə təsirini müəyyən edə biləcək. Müasir cihaz və informasiya texnologiyalarından istifadə etməklə ekoloji monitorinq nəticələrini qiymətləndirə və təqdim edə biləcək. Monitorinq nəticələrinə əsaslanaraq ətraf mühitin mühafizəsi və ekoloji risklərin azaldılması üzrə tədbirlər hazırlaya biləcək.