Fənn · Ekologiya mühəndisliyi

Ekoloji hüquq

İFS-4193y6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ekoloji hüququn nəzəri əsaslarını, ətraf mühitin mühafizəsi sahəsində milli və beynəlxalq hüquqi normaları öyrədir. Fənn çərçivəsində ekoloji qanunvericilik, təbii ehtiyatlardan istifadənin hüquqi tənzimlənməsi, ekoloji məsuliyyət, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində hüquqi mexanizmlər təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekoloji hüququn əsas anlayışlarını, prinsiplərini və hüquqi mənbələrini izah edir.

  2. CLO 2: Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq ekoloji konvensiyaları şərh edir.

  3. CLO 3: Ekoloji hüquq münasibətlərinin subyektlərini, obyektlərini və hüquqi məsuliyyət növlərini müəyyən edir.

  4. CLO 4: Ekoloji hüquq normalarını ekoloji problemlərin həllində və hüquqi vəziyyətlərin təhlilində tətbiq edir.

  5. CLO 5: Ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi qərarların və normativ sənədlərin tətbiqini qiymətləndirir.

  6. CLO 6: Ekoloji qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi üzrə hüquqi yanaşmaları əsaslandırır.