Fənn · Ekologiya mühəndisliyi

Əmək mühafizəsi

İFS-4189y6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn əmək mühafizəsinin nəzəri əsaslarını, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi prinsiplərini öyrədir. Fənn çərçivəsində əməyin mühafizəsi üzrə qanunvericilik, istehsalat risklərinin qiymətləndirilməsi, peşə təhlükələri, fərdi və kollektiv mühafizə vasitələri, istehsalat qəzalarının qarşısının alınması və fövqəladə hallarda təhlükəsizlik tədbirləri öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Əmək mühafizəsinin əsas anlayışlarını, prinsiplərini və normativ-hüquqi əsaslarını izah edir.

  2. CLO 2: İstehsalat mühitində təhlükəli və zərərli amilləri müəyyən edir.

  3. CLO 3: Peşə risklərinin qiymətləndirilməsi üsullarını tətbiq edir.

  4. CLO 4: Fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi və istifadəsini əsaslandırır.

  5. CLO 5: İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması tədbirlərini qiymətləndirir.

  6. CLO 6: Fövqəladə hallarda əmək təhlükəsizliyi tələblərinə uyğun davranış qaydalarını tətbiq edir.