Fənn · Ekologiya mühəndisliyi
Texniki xarici dil (ingilis)
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn tələbələrdə texniki və peşəkar ingilis dili üzrə oxu, yazı, dinləmə və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirir. Fənn çərçivəsində texniki terminologiyadan istifadə, ixtisas yönümlü mətnlərin təhlili, peşəkar ünsiyyət və texniki sənədlərin hazırlanmasının əsas prinsipləri öyrədilir.
Fənn təlim nəticələri
CLO 1: İxtisas sahəsinə aid ingilisdilli peşəkar terminologiyanı izah edir.
CLO 2: İxtisas üzrə elmi və texniki mətnləri təhlil edir.
CLO 3: İxtisas sahəsinə aid məlumatları xarici dildə şifahi və yazılı formada təqdim edir.
CLO 4: Peşəkar ünsiyyətdə xarici dildə texniki terminologiyadan istifadə edir.
CLO 5: Ekologiya mühəndisliyi sahəsində beynəlxalq elmi və texniki mənbələrdən istifadə edir.
CLO 6: İxtisas üzrə texniki sənədləri və hesabatları xarici dildə hazırlayır.