Fənn · Ekologiya mühəndisliyi

Çirkab suların təmizlənməsi

İFS-41101y6 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn çirkab suların yaranma mənbələrini, tərkibini və onların ətraf mühitə təsirini, həmçinin çirkab suların təmizlənməsinin müasir üsul və texnologiyalarını öyrədir. Fənn çərçivəsində mexaniki, fiziki-kimyəvi və bioloji təmizləmə prosesləri, təmizləyici qurğuların iş prinsipləri, təmizlənmiş suyun keyfiyyət göstəriciləri və ekoloji tələblər təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Çirkab suların yaranma mənbələrini, tərkibini və ətraf mühitə təsirlərini izah edir.

  2. CLO 2: Çirkab suların keyfiyyət göstəricilərini və çirklənmə səviyyəsini müəyyən edir.

  3. CLO 3: Çirkab suların mexaniki, fiziki-kimyəvi və bioloji təmizlənmə üsullarını tətbiq edir.

  4. CLO 4: Çirkab suların təmizlənməsi proseslərinin səmərəliliyini qiymətləndirir.

  5. CLO 5: Təmizlənmiş suların təkrar istifadəsi və utilizasiyası üzrə yanaşmaları əsaslandırır.

  6. CLO 6: Çirkab suların təmizlənməsi sistemlərinin layihələndirilməsi və istismarına dair texniki həlləri təklif edir.