Fənn · Ekologiya mühəndisliyi

İqlim dəyişmələri və qlobal istiləşmə

İF-4183y5 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn iqlim dəyişmələri və qlobal istiləşmənin yaranma səbəblərini, onların ekosistemlərə, biomüxtəlifliyə və cəmiyyətə təsirlərini öyrədir. Fənn çərçivəsində istixana qazları emissiyaları, atmosferin mühafizəsi, iqlim dəyişmələrinin azaldılması və uyğunlaşma tədbirləri, beynəlxalq iqlim sazişləri, eləcə də Azərbaycanın iqlim siyasəti və dayanıqlı inkişaf istiqamətləri təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: İqlim dəyişmələri və qlobal istiləşmənin əsas səbəblərini, mexanizmlərini və nəticələrini izah edir.

  2. CLO 2: İstixana qazlarının emissiyalarının ekosistemlərə və insan fəaliyyətinə təsirlərini təhlil edir.

  3. CLO 3: İqlim dəyişmələrinin biomüxtəlifliyə, təbii ehtiyatlara və sosial-iqtisadi sahələrə təsirlərini qiymətləndirir.

  4. CLO 4: İqlim dəyişmələrinin azaldılması (mitiqasiya) və uyğunlaşma (adaptasiya) tədbirlərini tətbiq edir.

  5. CLO 5: İqlim dəyişmələri ilə bağlı beynəlxalq sazişləri və milli siyasətləri şərh edir.

  6. CLO 6: İqlim dəyişmələrinin təsirlərinin azaldılmasına yönəlmiş dayanıqlı həlləri əsaslandırır.