Fənn · Ekologiya mühəndisliyi
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin nəzəri əsaslarını, prinsiplərini və dayanıqlı su idarəçiliyi yanaşmalarını öyrədir. Fənn çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və planlaşdırılması, suyun keyfiyyətinin idarə olunması, su obyektlərinin mühafizəsi, su qanunvericiliyi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, ictimai iştirakçılıq və su ehtiyatlarının ekoloji, sosial və iqtisadi baxımdan səmərəli idarə edilməsi məsələləri təhlil edilir.
Fənn təlim nəticələri
CLO 1: Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin prinsiplərini, məqsədlərini və əsas yanaşmalarını izah edir.
CLO 2: Su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini, eləcə də çirklənmə mənbələrini təhlil edir.
CLO 3: Su ehtiyatlarının planlaşdırılması, istifadəsi və idarə olunmasında tətbiq olunan metod və texnologiyaları tətbiq edir.
CLO 4: Su ehtiyatlarının idarə edilməsində ekoloji, sosial və iqtisadi amilləri qiymətləndirir.
CLO 5: Su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə yönəlmiş idarəetmə tədbirlərini əsaslandırır.
CLO 6: Su ehtiyatlarının dayanıqlı idarə edilməsinə dair layihə və qərarların hazırlanmasında müasir yanaşmalardan istifadə edir.