Fənn · Ekologiya mühəndisliyi

Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı

İF-4181y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn tullantısız istehsal prinsiplərini, sənaye tullantılarının yaranma səbəblərini və onların ətraf mühitə təsirini öyrədir. Fənn çərçivəsində istehsal və istehlak tullantılarının azaldılması, təkrar emalı və rekuperasiya üsulları, xüsusilə neft emalı və neft-kimya sənayesində qaz, maye və bərk tullantıların idarə edilməsi, çirkab suların təkrar istifadəsi və resurslardan səmərəli istifadə prinsipləri təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Tullantısız istehsalın prinsiplərini, məqsədini və ətraf mühitin mühafizəsində rolunu izah edir.

  2. CLO 2: İstehsal və istehlak tullantılarının növlərini, yaranma səbəblərini və xüsusiyyətlərini müəyyən edir.

  3. CLO 3: Müxtəlif sənaye sahələrində yaranan qaz, maye və bərk tullantıların təkrar emalı və rekuperasiya üsullarını tətbiq edir.

  4. CLO 4: Tullantıların idarə olunması və təkrar emalı texnologiyalarının səmərəliliyini qiymətləndirir.

  5. CLO 5: Sənaye proseslərində tullantıların azaldılması və resurslardan səmərəli istifadə üzrə tədbirləri əsaslandırır.

  6. CLO 6: Tullantısız istehsal prinsiplərinə uyğun ekoloji və dayanıqlı texnoloji həlləri təklif edir.