Fənn · Ekologiya mühəndisliyi

Ekoloji monitorinq

İF-4180y5 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ətraf mühitin monitorinqinin nəzəri və praktiki əsaslarını, ətraf mühitin keyfiyyətinə nəzarət prinsiplərini və çirklənmə mənbələrinin qiymətləndirilməsi üsullarını öyrədir. Fənn çərçivəsində atmosfer, su və torpaq nümunələrinin götürülməsi və təhlili, monitorinq sistemlərinin növləri, ətraf mühitə antropogen təsirlərin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin monitorinqi və ekoloji nəzarətin təşkili məsələləri öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekoloji monitorinqin məqsədini, növlərini və əsas prinsiplərini izah edir.

  2. CLO 2: Atmosfer, su və torpaq nümunələrinin götürülməsi və analizə hazırlanması üsullarını tətbiq edir.

  3. CLO 3: Ətraf mühitin keyfiyyət göstəricilərini və çirklənmə mənbələrini müəyyən edir.

  4. CLO 4: Ətraf mühitin monitorinqi nəticəsində əldə olunan məlumatları təhlil edir.

  5. CLO 5: Ətraf mühitin vəziyyətini müasir monitorinq metodları və alətləri əsasında qiymətləndirir.

  6. CLO 6: Monitorinq nəticələrinə əsasən ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınması üzrə tədbirləri əsaslandırır.