Fənn · Ekologiya mühəndisliyi

Ətraf mühitə təsirin qiymətləndirilməsi

İF-4179y6 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ətraf mühitə təsirin qiymətləndirilməsinin nəzəri və praktiki əsaslarını, ekoloji qanunvericiliyi və normativ tələbləri öyrədir. Fənn çərçivəsində layihələrin və istehsal fəaliyyətinin ətraf mühitə təsirlərinin müəyyən edilməsi və qiymətləndirilməsi, atmosferə və su hövzələrinə atılan çirkləndirici maddələrin hesablanması, ekoloji risklərin təhlili, ekoloji-iqtisadi qiymətləndirmə və ekoloji qərar qəbuletmə prinsipləri öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədini, prinsiplərini və mərhələlərini izah edir.

  2. CLO 2: Layihələrin ətraf mühitə mümkün təsirlərini və ekoloji risklərini müəyyən edir.

  3. CLO 3: Ətraf mühit komponentləri üzrə məlumatları təhlil edir.

  4. CLO 4: Ətraf mühitə təsirlərin qiymətləndirilməsi üçün əsas metod və hesablamaları tətbiq edir.

  5. CLO 5: Ətraf mühitə mənfi təsirlərin azaldılması üzrə tədbirləri qiymətləndirir.

  6. CLO 6: Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatın əsas bölmələrini hazırlayır.