Fənn · Ekologiya mühəndisliyi

Ümumi ekologiya

İF-4178y7 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ekologiyanın nəzəri əsaslarını, canlı orqanizmlərlə ətraf mühit arasında qarşılıqlı əlaqələri və ekoloji sistemlərin fəaliyyət qanunauyğunluqlarını öyrədir. Fənn çərçivəsində ekoloji amillər, populyasiyalar, biosenozlar, ekosistemlər və biosferin quruluşu, dinamikası, həmçinin təbiət–cəmiyyət münasibətləri və müasir ekoloji problemlər təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekologiyanın əsas anlayışlarını, qanunlarını və prinsiplərini izah edir.

  2. CLO 2: Canlı orqanizmlərlə ətraf mühit arasındakı qarşılıqlı əlaqələri təhlil edir.

  3. CLO 3: Populyasiya, biosenoz, ekosistem və biosferin quruluşunu və funksiyalarını xarakterizə edir.

  4. CLO 4: Ekoloji amillərin canlı orqanizmlərə və ekosistemlərə təsirini qiymətləndirir.

  5. CLO 5: Ekosistemlərdə maddə və enerji dövranını, ekoloji tarazlığın qorunması mexanizmlərini şərh edir.

  6. CLO 6: Müasir ekoloji problemlərin yaranma səbəblərini və onların həlli istiqamətlərini əsaslandırır.