Fənn · Ekologiya mühəndisliyi

Ekologiya mühəndisliyi

İF-4175y6 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Ekologiya mühəndisliyi fənni tələbələrə ətraf mühitin mühafizəsinin mühəndislik əsaslarını, ətraf mühit komponentlərinin çirklənmə mənbələrini və onların qarşısının alınması üsullarını öyrədir. Fənn atmosfer, hidrosfer və litosferin mühafizəsi, çirkab sularının təmizlənməsi, fiziki çirklənmə amillərinin (səs-küy, vibrasiya, radiasiya və s.) ekoloji təsirləri, yanğın və partlayış təhlükəsizliyi, ekoloji ekspertiza, audit, sertifikatlaşdırma və ekoloji risklərin qiymətləndirilməsi mövzularını əhatə edir. Fənnin sonunda tələbələr ətraf mühitin mühafizəsi sahəsində mühəndislik yanaşmalarını tətbiq etmək və ekoloji problemləri qiymətləndirmək bacarıqlarına yiyələnirlər.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekologiya mühəndisliyinin əsas anlayışlarını, prinsiplərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Ətraf mühit komponentlərinə təsir edən çirklənmə mənbələrini və ekoloji problemləri müəyyən edir.

  3. CLO 3: Ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınması üsullarını tətbiq edir.

  4. CLO 4: Ekoloji riskləri və antropogen fəaliyyətin ətraf mühitə təsirlərini qiymətləndirir.

  5. CLO 5: Ekoloji monitorinq və ekoloji idarəetmə metodlarından istifadə edir.

  6. CLO 6: Dayanıqlı inkişaf prinsiplərinə uyğun ekoloji mühəndislik həllərini əsaslandırır.