Fənn · Ekologiya mühəndisliyi

Analitik kimya və instrumental analiz

İF-3039y4 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənni öyrənən tələbə klassik (vəsfı və miqdarı kimyəvi analiz) və instrumental (optiki, elektrokimyəvi və xromatoqrafik) analiz metodları vasitəsilə maddənin vəsfı və miqdarı tərkibinin tədqiqi üsulları haqqında geniş bilik əldə edəcək.

Fənn təlim nəticələri

  1. CLO 1: Analitik kimyanın əsas anlayışlarını, metodlarını və nəzəri prinsiplərini izah edir.

  2. CLO 2: Keyfiyyət və kəmiyyət analizinin əsas üsullarını tətbiq edir.

  3. CLO 3: Analitik analizlərdə istifadə olunan laboratoriya avadanlıqları və instrumental cihazların iş prinsiplərini izah edir.

  4. CLO 4: Analiz üçün nümunələrin götürülməsi, hazırlanması və ölçmə proseslərini düzgün həyata keçirir.

  5. CLO 5: Analitik ölçmələrin nəticələrini statistik üsullarla qiymətləndirir, dəqiqliyini və etibarlılığını təhlil edir.

  6. CLO 6: Analitik tədqiqatların nəticələrini şərh edir və laboratoriya təhlükəsizliyi qaydalarına uyğun hesabat hazırlayır.