Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn üzvi kimyanın nəzəri əsaslarını, üzvi birləşmələrin təsnifatını, nomenklaturasını, izomerliyini və quruluş-xassə əlaqələrini öyrədir. Fənn çərçivəsində üzvi birləşmələrin alınma üsulları, əsas kimyəvi çevrilmə mexanizmləri, fiziki və kimyəvi xassələri, laboratoriyada alınması və ayrılması üsulları, həmçinin sənaye, texnika və canlı orqanizmlərdə tətbiqi və təsiri öyrənilir.
Fənn təlim nəticələri
CLO 1: Üzvi kimyanın əsas anlayışlarını, üzvi birləşmələrin təsnifatını, nomenklaturasını və izomerliyini izah edir.
CLO 2: Üzvi birləşmələrin quruluşu ilə fiziki və kimyəvi xassələri arasındakı əlaqəni təhlil edir.
CLO 3: Üzvi birləşmələrin alınma üsullarını və əsas kimyəvi çevrilmə mexanizmlərini tətbiq edir.
CLO 4: Üzvi maddələrin laboratoriya şəraitində alınması, ayrılması və təmizlənməsi üsullarını yerinə yetirir.
CLO 5: Üzvi birləşmələrin sənaye, texnika və digər sahələrdə tətbiqini qiymətləndirir.
CLO 6: Üzvi birləşmələrin canlı orqanizmlərə və ətraf mühitə təsirini əsaslandırır.