Fənn · Cihaz mühəndisliyi (bachelor)

Cihazqayırmada yığma və sınaq texnologiyalarıSillabus

İFS-3377m6 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3377m
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
Mühazirə:45 Seminar:15 Laboratoriya:15
Auditoriyadan kənar saatlar
TSİ:63 MRTSİ:42

Fənn haqqında

“Cihazqayırmada yığma və sınaq texnologiyaları” fənni 050604 – “Cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş peşə hazırlığı üzrə seçmə fəndir. Fənnin tədrisində əsas məqsəd maşın və cihazların istehsalında tətbiq edilən müasir yığma və sınaq metodları barəsində tələbələrdə professional biliklər formalaşdırmaq və müvafiq akademik kompetensiyaları inkişaf etdirməkdir. Kurs çərçivəsində sənaye məhsullarının yekun keyfiyyətinə birbaşa təsir edən yığım növləri, əməliyyatların sinifləri, yığma dəqiqliyi və onun əldə olunma üsulları dərindən öyrədilir. Tələbələr cihazların tipik birləşmələrinin, elektron elementlərinin yığılma texnologiyasını və bu proseslərin avtomatlaşdırılması prinsiplərini mənimsəyirlər. Bundan əlavə, proqrama yığma texnoloji proseslərinin layihələndirilməsi, normalaşdırılması, eləcə də cihazların etibarlılığını təmin edən sınaq növlərinin keçirilməsi məsələləri daxildir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • problem-based learning
  • layihə əsaslı öyrənmə
  • təqdimatlar
  • komanda işi
  • case study
  • laboratoriya işi
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1 (Yığma proseslərinin və dəqiqliyinin təhlili): Yığım növlərini, təşkilati formalarını, yığma dəqiqliyinin əldə olunma üsullarını və yığmanın keyfiyyətinə təsir edən amilləri təhlil etmək.

  2. CLO 2: FTN 3 (Sınaq texnologiyaları və standartların tətbiqi): Cihazların sınaq növlərini, keçirilmə qaydalarını və müasir sınaq üsullarını standarta uyğun şəkildə müəyyən edərək tətbiq etmək.

  3. CLO 3: FTN 4 (Texniki nəzarət və etibarlığın təmini): Cihaz birləşmələrinin yığılması zamanı texniki nəzarət vasitələrindən istifadə etməklə məhsulun etibarlı və məhsuldar şəkildə yığılmasını təmin etmək.

  4. CLO 4: FTN 5 (Tətbiqi mühəndislik və inteqrasiya): Ümumpeşə fənlərindən qazanılmış bilikləri cihaz və maşınların ayrı-ayrı hissələrinin yığılma və sınaq ardıcıllığının təşkilində yaradıcı şəkildə inteqrasiya etmək.

Mövzu planı

  1. 1.
    1.Cihazların yığımı və sınağı barəsində əsas anlayışlar. Mühazirə

    1.1.Cihaz birləşmələrinin növləri. 1.2.Yığım növlərinin təsnifatı.

  2. 2.
    1.3.Yığma texnoloji proseslərinin və əməliyyatlarının növləri.Mühazirə

    1.4.Yığmanın təşkilati formaları.

  3. 3.
    Laboratoriya işi №1. Tam və natamam qarşılıqlı əvəzolunma üsulları ilə yığma dəqiqliyinin əldə olunmasıLaboratoriya

    Tam qarşılıqlı əvəzolunma üsulu detalların ən əlverişsiz ölçü hüdudlarında (maksimum/minimum kənarlaşmalarda) belə risk olmadan 100% yığılmasını təmin edir. Natamam (ehtimal) üsulu isə ehtimal nəzəriyyəsinə əsaslanaraq detalların emal toleranslarını genişləndirməyə və istehsalın maya dəyərini aşağı salmağa imkan verir.

  4. 4.
    Cihazların yığımı və sınağı barəsində əsas anlayışlarMəşğələ

    Cihazların yığımı və sınağı barəsində əsas anlayışlar

  5. 5.
    Əhalinin demoqrafik qocalmasının statistik öyrənilməsiMühazirə

    6.1. Əhalinin demoqrafik qocalmasının statistik öyrənilməsinin zəruriliyi¸ sosial-iqtisadi əhəmiyyəti və statistikanın vəzifələri 6.2. Əhalinin demoqrafik qocalması statistikasının göstəricilər sistemi 6.3. Əmək qabliyyətli əhalinin demoqrafik yüklənməsi əmsalları 6.4. Əhalinin demoqrafik qocalmasının indeks metodu ilə təhlili 6.5. Əhalinin demoqrafik qocalmasının statistik təhlilinin əsas istiqamətləri

  6. 6.
    2.6.Tam qarşılıqlı əvəzolunma üsulu ilə yığma. Mühazirə

    2.7.Natamam qarşılıqlı əvəzolunma üsulu ilə yığma. 2.8.Qrup şəklində qarşılıqlı əvəzolunma üsulu ilə yığma.

  7. 7.
    2.9.Tənzimləmə ilə yığma. 2.10.Çatdırma ilə yığma.Mühazirə

    2.11.Yığmanın keyfiyyətinə texniki nəzarət

  8. 8.
    Laboratoriya işi №1. Tam və natamam qarşılıqlı əvəzolunma üsulları ilə yığma dəqiqliyinin əldə olunmasıLaboratoriya

    Tam qarşılıqlı əvəzolunma üsulu detalların ən əlverişsiz ölçü hüdudlarında (maksimum/minimum kənarlaşmalarda) belə risk olmadan 100% yığılmasını təmin edir. Natamam (ehtimal) üsulu isə ehtimal nəzəriyyəsinə əsaslanaraq detalların emal toleranslarını genişləndirməyə və istehsalın maya dəyərini aşağı salmağa imkan verir.

  9. 9.
    Cihazların yığılmasının keyfiyyətiMəşğələ

    Cihazların yığılmasının keyfiyyəti detalların qarşılıqlı mövqelənmə dəqiqliyi, birləşmələrin möhkəmliyi və yığım prosesində daxili gərginliklərin olmaması ilə müəyyən edilir. Bu göstərici cihazın istismar zamanı ölçmə dəqiqliyini, etibarlılığını və ətraf mühit təsirlərinə qarşı uzunömürlülüyünü birbaşa təmin edən əsas amildir.

  10. 10.
    3.Cihazların yığma texnoloji proseslərinin layihələndirilməsi. Mühazirə

    3.1.Verilənlərin analizi. 3.2.İstehsalın növünün təyini. 3.3.Yığmanın təşkilati formasının seçilməsi.

  11. 11.
    3.4.Yığılan məmulun konstruksiyasının texnolojiliyə işlənməsi.Mühazirə

    3.5.Yığım vahidlərinin konstruksiyalarının texnolojiliyi. 3.6.Tipik, qrup yığma texnoloji proseslərinin seçilməsi və ya analoq (oxşar) fərdi yığma texnoloji prosesinin axtarışı.

  12. 12.
    3.7.Yığma texnoloji prosesinin tipikləşdirilməsi mərhələləri.Mühazirə

    3.8.Qrup texnologiyasının mahiyyəti və üstünlüyü. 3.9.Qrup yığım texnologiyasının layihələndirilməsi mərhələləri.

  13. 13.
    Laboratoriya işi №2. Çatdırma və tənzimləmə üsulları ilə yığma dəqiqliyinin əldə olunmasıLaboratoriya

    Çatdırma (uyğunlaşdırma) üsulu yığım dəqiqliyini kompensator kimi nəzərdə tutulmuş xüsusi detalın ölçüsünü mexaniki emalla (yonma, sürtmə) dəqiqləşdirməklə təmin edir. Tənzimləmə üsulunda isə yığım dəqiqliyi detalları yonmadan, tənzimləyici vintlər, contalar və ya hərəkətli kompensatorların mövqeyini dəyişməklə əldə edilir.

  14. 14.
    Cihazların yığma texnoloji proseslərinin layihələndirilməsiMəşğələ

    Cihazların yığma texnoloji proseslərinin layihələndirilməsi konstruktor sənədlərinin təhlili, yığım sxemlərinin işlənməsi və optimal ardıcıllığın müəyyən edilməsi ilə başlanır. Bu prosesdə tələb olunan yığım dəqiqliyi, texnoloji təchizatın seçilməsi və məhsuldarlığın artırılması üçün texniki-iqtisadi əsaslandırmalar aparılır.

  15. 15.
    3.10.Məmulun konstruksiyasının ölçü analizi. Mühazirə

    3.11.Məmulun yığma texnoloji marşrutunun tərtibi. 3.12.Yığma texnoloji əməliyyatlarının işlənməsi.

  16. 16.
    4.Cihazların yığma texnoloji proseslərinin normalaşdırılması.Mühazirə

    4.1.Vaxt, xidmət, işləmə və say normaları. 4.2.Əsas texnoloji vaxt. 4.3.Köməkçi vaxt. 4.4.İş yerinə qulluq vaxtı. 4.5.İşdə fasilə vaxtı. 4.6.Yığma prosesinə olan texnoloji sənədlər.

  17. 17.
    5.Cihazların tipik birləşmələrinin yığılma texnologiyası.Mühazirə

    5.1.Sökülən hərəkətsiz birləşmələrin yığılması. 5.2.Sancaqların quraşdırılması. 5.3.Bolt və vint birləşmələrinin yığılması.

  18. 18.
    Laboratoriya işi №2. Çatdırma və tənzimləmə üsulları ilə yığma dəqiqliyinin əldə olunmasıLaboratoriya

    Çatdırma (uyğunlaşdırma) üsulu yığım dəqiqliyini kompensator kimi nəzərdə tutulmuş xüsusi detalın ölçüsünü mexaniki emalla (yonma, sürtmə) dəqiqləşdirməklə təmin edir. Tənzimləmə üsulunda isə yığım dəqiqliyi detalları yonmadan, tənzimləyici vintlər, contalar və ya hərəkətli kompensatorların mövqeyini dəyişməklə əldə edilir.

  19. 19.
    Cihazların yığma texnoloji proseslərinin normalaşdırılmasıMəşğələ

    Cihazların yığma texnoloji proseslərinin normalaşdırılması yığım əməliyyatlarının yerinə yetirilməsi üçün tələb olunan əsas (texnoloji) və köməkçi vaxt normalarının elmi-analitik metodlarla müəyyən edilməsidir. Bu normalaşdırma istehsalın ritmikliyini təmin edir, əmək tutumunu azaldır və cihazların kütləvi istehsalında işçi qüvvəsindən optimal istifadə olunmasına şərait yaradır.

  20. 20.
    5.4.Sökülməyən hərəkətsiz birləşmələrin yığılması.Mühazirə

    5.5.Temperatur üsullarından istifadə etməklə yığılan birləşmələr.

  21. 21.
    5.6. Detalların plastik deformasiyası üsulu ilə yığılan birləşmələr.Mühazirə

    5.7.Elastik detallardan istifadə etməklə birləşdirmə. 5.8.Uzununa presləmə ilə birləşmələrin yığılması. 5.9.Qaynaq birləşmələri. 5.10.Yapışqanlı birləşmələr.

  22. 22.
    Mövzu 14. Təşkilati və inzibati sənədlər. Elektron sənəd dövriyyəsinin tətbiqiMühazirə

    Mövzuda təşkilati və inzibati sənədlərin növləri, hazırlanması və icrası qaydaları öyrənilir. Əmr, sərəncam, qərar, protokol, akt və digər təşkilati sənədlərin xüsusiyyətləri izah edilir. Elektron sənəd dövriyyəsi sistemləri, rəqəmsal imza və elektron idarəetmənin üstünlükləri praktik nümunələr əsasında təhlil olunur.

  23. 23.
    Laboratoriya işi №3. Qrup şəklində qarşılıqlı əvəzolunma üsulu ilə yığma dəqiqliyinin əldə olunmasıLaboratoriya

    Qrup şəklində qarşılıqlı əvəzolunma (selekativ yığım) üsulu istehsal toleransları geniş olan detalların ölçülərinə görə dəqiq qruplara (çeşidlərə) ayrılaraq eyni qrup daxilində yığılması prosesidir. Bu metod detalların emal xərclərini artırmadan yüksək yığım dəqiqliyi və optimal oturtma (otşeb) boşluqlarını əldə etməyə imkan verir.

  24. 24.
    Cihazların tipik birləşmələrinin yığılma texnologiyasıMəşğələ

    Cihazların tipik birləşmələrinin yığılması (yivli, pərçim, təzyiqlə oturtma, lehimli və yapışqanlı) detalların daxilolma dəqiqliyi, oxdaşlığı və optimal sıxlığı saxlanılmaqla həyata keçirilir. Bu prosesdə xüsusi yığım tərtibatlarından və moment açarlarından istifadə olunaraq gərginliklərin bərabər paylanması, birləşmənin etibarlılığı və hermetikliyi təmin edilir.

  25. 25.
    6.5.Qayış və zəncir ötürmələrinin yığılması. Mühazirə

    6.6.Yastıq düyümlərinin yığılması. 6.7.Sökülən sürüşmə yastıqlarının yığılması. 6.8.Diyirlənmə yastıqlarının dayaqlarının yığılması.

  26. 26.
    7.Cihazların elektron elementlərinin yığılması.Mühazirə

    7.1.Elektron cihaz və düyümlərin yığılması. 7.2.Yarımkeçiricilərin və jqutların montaj texnologiyası. 7.3.Çap lövhələrinin yığılma texnologiyası.

  27. 27.
    8.Cihazların yığılmasının avtomatlaş-dırılması.Mühazirə

    8.1.Avtomatlaşdırılmış yığmanın tətbiq edilmə şərtləri. 8.2.Detalların orientasiyası. 8.3.Avtomatlaşdırılmış yığma texnoloji prosesinin işlənməsi.

  28. 28.
    Laboratoriya işi №4. Məmulun yığma texnoloji prosesinin işlənməsiLaboratoriya

    Məmulun yığma texnoloji prosesinin işlənməsi yığım sxeminin tərtibi, əməliyyatların optimal ardıcıllıqla sıralanması və lazımi texnoloji təchizatın seçilməsi ilə həyata keçirilir. Bu proses hər bir yığım əməliyyatının dəqiq marşrutunu müəyyənləşdirərək məhsulun keyfiyyət standartlarına tam cavab verməsini və minimal əmək tutumu ilə hazırlanmasını təmin edir.

  29. 29.
    Cihazların tipik yığım vahidlərinin yığılmasıMəşğələ

    Cihazların tipik yığım vahidlərinin (dişli çarx mexanizmləri, reduktorlar, ox və val düyünləri) yığılması daxili boşluqların (ləngimələrin), oxdaşlıq və paralellik kənarlaşmalarının dəqiq tənzimlənməsi ilə həyata keçirilir. Bu prosesdə xüsusi kalibrlər və ölçü cihazlarından istifadə edilərək hərəkətli düyünlərin rəvan gedişi, minimal sürtünməsi və yüksək kinematik dəqiqliyi təmin olunur.

  30. 30.
    9.Cihazların sınağı.Mühazirə

    9.1.Sınaqların növləri və onların keçirilmə üsulları. 9.2.Mexaniki sınaqlar. 9.3.Vibrasiyaya davamlılıq və vibrasiya möhkəmliyi sınaqları.

  31. 31.
    9.4.Zərbə möhkəmliyinə və dayanıqlılığına sınaqlar. Mühazirə

    9.5.Xətti yüklənmə təsirinə sınaqlar. 9.6.Akustik səs-küy təsirinə sınaqlar.

  32. 32.
    9.7.İqlim sınaqları.Mühazirə

    9.8.Temperatur sınaqları. 9.9.Nəmə dayanıqlılıq sınaqları.

  33. 33.
    Laboratoriya işi №5. Solid Works və ya Siemens NX proqramında yığım əməliyyatının modelləşdirilməsi.Laboratoriya

    SolidWorks və ya Siemens NX proqramında yığım əməliyyatının modelləşdirilməsi 3D detal modellərinin kinematik və həndəsi əlaqələr (Mates / Constraints) vasitəsilə vahid sistemdə birləşdirilməsi və üst-üstə düşmə xətalarının (Interference Detection) yoxlanılması prosesidir. Bu CAD mühitində dinamik hərəkət sınaqları (Motion Study) və ardıcıl yığım/sökülmə animasiyaları (Exploded View) simulyasiya edilərək fiziki istehsalatdan öncə xətalar tam aradan qaldırılır.

  34. 34.
    Cihazların elektron elementlərinin yığılmasıMəşğələ

    Cihazların elektron elementlərinin yığılması (SMD və THT komponentlər) çap lövhələri (PCB) üzərinə mikrosxem və detalların yüksək dəqiqlikli lehimlənməsi, avtomatlaşdırılmış yerləşdirilməsi və səth montajı (SMT) texnologiyası ilə həyata keçirilir. Bu prosesdə avtomatik optik (AOI) və rentgen nəzarət (AXI) sistemlərindən istifadə olunaraq lehim birləşmələrinin hermetikliyi, elektrik kontaktlarının etibarlılığı və parazit siqnalların qarşısının alınması təmin edilir.

  35. 35.
    Feature EngineeringMühazirə

    Mövzuda maşın öyrənməsi modellərinin proqnozlaşdırma qabiliyyətini və effektivliyini artırmaq üçün mövcud verilənlərdən yeni məna kəsb edən xüsusiyyətlərin yaradılması üsulları, o cümlədən xüsusiyyətlərin seçilməsi, ölçülərin azaldılması, mətn və zaman sıralarından yeni əlamətlərin çıxarılması prinsipləri öyrənilir.

    • Machine Learning və Deep Learning modellərini tətbiq edir.
    • Azure mühitində verilənləri hazırlayır və idarə edir.
  36. 36.
    9.13.Atmosfer, statik, hidravlik təzyiq təsirinə və sukeçirməzliyə sınaqlar.Mühazirə

    9.14.Bioloji və kosmik sınaqlar. 9.15.Biodayanıqlılığa sınaqlar.

  37. 37.
    9.16.Ultraaşağı təzyiq və kriogen temperatur təsirinə sınaqlar. Mühazirə

    9.17.İonlaşdırıcı şüalanma təsirinə sınaqlar. 9.18.Təhlükəsizlik tələblərinə uyğunluq sınaqları.

Ədəbiyyat

  1. 1. Беспалов В.В. Технология сборки машин: учеб. пособие / В.В. Беспалов; НГТУ им. Р.Е. Алексеева. - Нижний Новгород, 2018. – 204 с.
  2. 2. Рахимянов, Х. М. Технология сборки и монтажа : учебное пособие для вузов / Х. М. Рахимянов, Б. А. Красильников, Э. З. Мартынов. — 2-е изд. — Москва : Издательство Юрайт, 2019. — 241 с.
  3. 3.Котельников, В.И. Технология сборки машин и механизмов: комплекс учебно-методических материалов / В.И. Котельников; НГТУ. Нижний Новгород, 2007. – 149с.
  4. 4. Козерук А.С., Фёдорцев Р.В., Шамкалович В.И. и др. Сборка, испытания, эксплуатация и ремонт приборов: Учебное пособие. – Мн.: БГПА, 2000. – 184 с.
  5. 5. Асс Б.А., Уразаев З.Ф., Мясников Б.Я. Сборка, регулировка и испытание авиационных приборов. – М.: Машиностроение, 2009. – 384 c.
  6. 6. Тамаркин М.А. Технология сборочного производства / М.А. Тамаркин, И.В. Давыдова, Э.Э. Тищенко. – Ростов н/Д.: Феникс, 2017. – 270с.
  7. 7. И.М. Морозов, В.Ю. Шамин. Основы технологии сборки в машиностроении: Учебное пособие. Компьютерная версия. — 2-е изд., перер. и доп. — Челябинск: ЮУрГУ, 2016. — 72 с.
  8. 8. Николаенко А.А., Морозов И.М. Проектирование технологических процессов сборки машин: Учебное пособие по курсу «Технология машиностроения». — Челябинск: ЧГТУ, 2005. — 70 с.
  9. 9. Новиков М.П. Основы технологии сборки машин и механизмов. М.: Машиностроение, 2007. — 592 с.
  10. 10. Сборка и монтаж изделий машиностроения: Справочник/Под ред. В.С.Корсакова. М.: Машиностроение, 2003. — 480 с.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5