Fənn · Cihaz mühəndisliyi (bachelor)
Cihaz texnologiyası
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Cihaz texnologiyası” fənni 050604-“Cihaz mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş peşə hazırlığı üzrə seçmə fəndir. Fənnin tədrisində əsas məqsəd tələbələrdə maşın və cihazların istehsalında istifadə olunan müasir metodlar barəsində peşəkar, sistemli biliklər formalaşdırmaq və akademik kompetensiyaları inkişaf etdirməkdir. Kurs istehsal olunan cihazların keyfiyyət və dəqiqliyinin yüksəldilməsi, eləcə də emal dəqiqliyinə təsir edən amillərin tədqiqi yolu ilə yığma əməktutumunun azaldılması yollarını öyrədir. Tədris müddətində cihazların yayları, sferblat və şkalaları, platformaları, həmçinin elastik həssas elementləri və optik detallarının hazırlanma texnologiyaları geniş şəkildə mənimsənilir. Bundan əlavə, proqrama elektron cihaz elementlərinin, nazik lövhəli və yarımkeçirici inteqral mikrosxemlərin istehsalı ilə yanaşı, sürətli prototipləşdirmə (RP) texnologiyalarının cihazqayırmada tətbiqi məsələləri daxildir.
Fənn təlim nəticələri
CLO 1: FTN 1 (Dəqiqlik və keyfiyyət amillərinin təhlili): Cihaz detal və hissələrinin (pəstah, mexaniki emal, yığma) dəqiqliyinə və istismar keyfiyyətinə təsir edən texnoloji amilləri tədqiq və təhlil etmək.
CLO 2: FTN 2 (Xüsusi detal və elementlərin istehsal texnologiyası): Cihazların yayları, şkala/sferblatları, platforma və körpüləri, elastik həssas və optik detalları, eləcə də elektron elementlərinin hazırlanma və yığma texnologiyalarını mənimsəmək və tətbiq etmək.
CLO 3: FTN 3 (Müasir üsul və proqressiv texnologiyaların tətbiqi): Cihazqayırma istehsalında əmək məhsuldarlığını artıran, əmək tutumunu azaldan yeni proqressiv texnoloji metodları və sürətli prototipləşdirmə üsullarını müəyyən edib istifadə etmək.
CLO 4: FTN 4 (Qarşılıqlı əvəzolunma və yığma prosesinin optimallaşdırılması): Yığma zamanı uyuşdurma işlərini aradan qaldırmaq və detalların qarşılıqlı əvəzolunmasını təmin etmək üçün yüksək dəqiqlikli emal və avtomatlaşdırılmış istehsal proseslərini planlaşdırmaq.
CLO 5: FTN 5 (Konstruksiya və layihələndirmə bacarıqları): Mütərəqqi texnologiyaların işlənməsi və cihazların konstruksiyasının yaradılması üçün ümumpeşə fənlərindən əldə olunan bilikləri yaradıcı və mühəndislik fəaliyyətində inteqrasiya etmək.