Ümumi məlumat
- Fənn kodu
- İF-3941y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- seminar-60 saat
- Auditoriyadan kənar saatlar
- 60 saat
Fənn haqqında
«Mühəndis qrafikası və dizayn» fənni – mühəndis qrafikasınının bütün bölmə¬lərini və kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Mühəndis qrafikası və dizayn»nın öyrənil¬mə¬sində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə cizgilərin realistik 3D modellərin alınması, 2D cizgilərin çəkilməsi, hesablan¬ması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Mühəndis qrafikası və dizayn» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şrift¬lər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. (S) Dizayn haqqında məlumat. Qrafikanın növləri. Rənglər. Autocad proqramının interfeysi. Hal sərtinin komandaları. Line və Mtext komandalarından istifadə etməklə künc ştampının çəkilməsi.(S)Məşğələ
- 2.AutoCAD proqramında koordinat sistemləri haqqında. DRAW lövhəsinin bəzi komandaları. Sadə 2D fiqurların çəkilməsinə aid məşğələ. (S)Məşğələ
- 3.Obyektlərin seçilməsi qaydaları və Modify lövhəsinin bəzi ko¬mandaları. Ölçülərin qoyulması (Dimension alət lövhəsi). Sadə konturların çəkilməsinə aid məşğələ.(S)Məşğələ
- 4.Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sərbət işin tap¬şı¬rıqlarının verilməsi və izahı (1-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
- 5.Mürəkkəb konturların çəkilməsinə aid məşğələ.(S)Məşğələ
- 6.Ovalın qurulması. Maillik və konusluğun qurulması (xətkeş və pərgardan və ya AutoCAD proqramından istifadə etməklə sərbəst işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında) (S)Məşğələ
- 7.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal pro-yeksiyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-üi məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
- 8.Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ. (S)Məşğələ
- 9.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). (S)Məşğələ
- 10.Çoxüzlü səthlərin (prizma, piramida) çertyojda təsviri. Nöqtə və xəttin çoxüzlü mənsub olması. Çoxüzlülərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). Sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ, ənənəvi üsulla və AutoCAD proq¬ramında)(S)Məşğələ
- 11.Fırlanma səthlərinin çertyojda təsviri. Nöqtə və xəttin fırlanma səthlərinə (silindr, konus) mənsub olmasına dair məşğələ. Fır¬lanma səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). (S)Məşğələ
- 12.Çoxüzlü və fırlanma səthlərindən ibarət modellərin proyek¬si¬yalarının qurulmasına aid məşğələ.(S)Məşğələ
- 13.Görünüşlər. Əsas, əlavə və yerli görünüşlər. Sadə fəza fiqur¬larının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. (S)Məşğələ
- 14.GÇertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə kə¬sik¬lər verməklə, iki görünüşə görə üçüncü görünüşün qurul¬masına aid FT yerinə yetirilməsi. Sərbəst işin tapşırıq¬la¬rının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
- 15.Autocad proqramında ölçü və mətn stillərinin yaradılması. Modelin verilmiş iki görünüşünə görə üçüncü görünüşünün qurulması və lazımı kəsilkərin veriməsinə aid məşğələ.(S)Məşğələ
- 16.Naturadan verilmiş detalın lazımı görünüşlərinin və kəsiklərinin verilməsinə aid məşğələ. (S)Məşğələ
- 17.Aksonometrik proyeksiyalar haqqında. Kvadrat, çevrənin və natu¬radan verilmiş detalın aksonometrik proyeksiyaları. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-cı məsələ, ənənəvi üsulla və AutoCAD proqramında). (S)Məşğələ
- 18.Üçölçülü koordinat sistemi. İKS haqqında məlumat. 3D modellərin qurulmasında və redaktəsində istifadə edilən komandalar. Görü¬nüşlərin idarə edilməsi. Sadə 3D modelləmə.(S)Məşğələ
- 19.FT əsasında naturadan verilmiş detalın aksonometrik proeksiya¬larının qurulmasına aid məşğələ. AutoCad proqramında realistik 3D modelin qurulması.(S)Məşğələ
- 20.Birləşmələr haqda ümumi məlumat. Yivlər, növləri, tətbiq sahələri və çertyojda təsviri. Yivli birləşmələr və onun elementlərinin ciz¬gilərinin tərtibi (bolt, qayka, vint). Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (7-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında). (S)Məşğələ
- 21.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt birləşməsinin tərtibi. Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (8-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında). (S)Məşğələ
- 22.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə vint və sancaq birləşməsinin tərtibinə aid məşğələ. (S) Məşğələ
- 23.Sökülməyən birləşmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid FT yerinə yetirilməsi. (S)Məşğələ
- 24.Dişli çarx, zəncir və qayış ötürmələrinin çertyojda təsviri. Diyirlənmə yastıqlarının, işğillərin, şlislərin və pərçimlərin çertyojda təsviri. (S)Məşğələ
- 25.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcılləğı. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (9-cu məsələ ənənəvi üsulla tərtibi) .(S)Məşğələ
- 26.Yığımın ümumi görünüş cizgisi. Yığımın yerinə yetirilməsi ardıcıllığı. Naturada yığım vahidi ilə tanışlıq və onun detallarının eskizlərinin tərtibinə dair fərdi tapşırıqların yerinə yetirilməsi. Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (10-cu məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S) Məşğələ
- 27.Naturadan detalın 3D modelinin kompüterdə qurulması. Modellərə material və teksturanın tətbiqi. İşıq effektlərinin verilməsi. Kameradan istifadə etməklə renderləmə. (S)Məşğələ
- 28.Yığımda istifadə edilən şərtiliklər. Kinematik sxemlər. Təsnifat cədvəlinin tərtibi qaydası. (S)Məşğələ
- 29.Yığım vahidinin ümumi görünüş cizgisinin oxunmasına, his¬sə¬lən¬məsinə, yığım vahidi detalının kompüterdə 3D modelinin qurul¬masına və kameranın tətbiqilə renderləmə və animasiyaya aid məşğələ. (S)Məşğələ
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |