Fənn · Aerokosmik mühəndislik

Mülki müdafiəMövzu planı

İF-4153y-Aerokosmik3 kreditPayız semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

33 mövzu
  1. 1. Mülki müdafiənin əsasları

    Mühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri.

  2. 2. Fövqəladə hallar və onların xarakteristikası 1

    Mühazirə

    FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi. Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları.

  3. 3. Fövqəladə hallar və onların xarakteristikası 2

    Mühazirə

    Hərbi xarakterli FH. Nüvə silahı. Kimyəvi silah. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallar.

  4. 4. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 1

    Mühazirə

    Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları.

  5. 5. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 2

    Mühazirə

    MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları.

  6. 6. FH-da əhalinin mühafizəsinin əsasları.

    Mühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması.

  7. 7. Fərdi mühafizə vəsaitləri

    Mühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı.

  8. 8. Mülki müdafiənin mühafizə qurğuları. 1

    Mühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi.

  9. 9. Mülki müdafiənin mühafizə qurğuları 2

    Mühazirə

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi.

  10. 10. FH-da əhalinin köçürülməsi

    Mühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi.

  11. 11. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 1

    Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu.

  12. 12. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 2

    Mühazirə

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri.

  13. 13. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2

    Mühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması.

  14. 14. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1

    Mühazirə

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər.

  15. 15. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının nüvə partla-yışının zərbə dalğasının,işıq şüalanmasının təsirinə görə qiymətləndirilməsi metodikası. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər.

  16. 16. 1. Fövqəladə hallar və onların xarakteristikası

    Məşğələ

    Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi. Məsələ həlli. KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi. Məsələ həlli.

  17. 17. 2. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Məşğələ

    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi

  18. 18. 3. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Məşğələ

    Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi. Məsələ həlli.

  19. 19. 4. Fərdi mühafizə vəsaitləri

    Məşğələ

    Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mü-hafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

  20. 20. 5. Mülki müdafiənin mühafizə qurğuları.

    Məşğələ

    MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləş-dirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları.

  21. 21. 6. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Məşğələ

    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli.

  22. 22. 7. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1

    Məşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırıl-ması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.

  23. 23. 8. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2

    Məşğələ

    Tam və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri.

  24. 24. 1. Dozimetrik cihazlar.

    Sərbəst iş
  25. 25. 2. Fərdi mühafizə vasitələri.

    Sərbəst iş
  26. 26. 3. Radiasiya təhlükəli obyektlərdə qəzalar.

    Sərbəst iş
  27. 27. 4. Mühafizə qurğuları və onların istifadəsi.

    Sərbəst iş
  28. 28. 5. Zəlzələlər.

    Sərbəst iş
  29. 29. 6. Fövqəladə hallarda əhalinin köçürülməsi.

    Sərbəst iş
  30. 30. 7. Qasırğa, fırtına, tufan, çovğun, burağan.

    Sərbəst iş
  31. 31. 8. FH-da sənaye obyektlərin işinin dayanıqlığı.

    Sərbəst iş
  32. 32. 9. Fərdi dozimetrlər komplekti.

    Sərbəst iş
  33. 33. 10. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Sərbəst iş