Ümumi məlumat
- Fənn kodu
- İF-39
- Kredit
- 5
- Tələbənin iş yükü
- 149
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə -15 saat, seminar-30 saat
- Auditoriyadan kənar saatlar
- 105 saat
Fənn haqqında
«Maşın qrafikası» fənni 050601 – «Aerokosmik mühəndislik» ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın ixtisas fənlərinə aid edilir. Ali-texniki məktəblərdə tədris olunan bir sıra ixtisas fənlər içərisində mexaniki profilli istiqamətlərdə tədris olunan «Maşın qrafikası» fənnin xüsusi yeri vardır. Yüksək ixtisaslı texniki kadrların hazırlanmasında əhəmiyyətli rol oynayan bu fənn elektron mühitdə 2D və 3D həndəsi modelləmənin kompüter texnalogiyaları əsasında tərtibinin nəzəri və təcrübü əsaslarının öyrənilməsilə məşğul olur. Müasir maşın qrafikasında, AutoCAD proqramı vasitəsilə sxemlər, qrafiklər və 3D modellər əsasında Konstruktor Sənədlərinin Vahid Sisteminin (KSVS) tələblərinə tam cavab verən İnventor əlavəsilə 2D cizgilərin alınması əsas yer tutur.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Maşın qrafiaksı fənninin predmeti. Autocad proqramının interfeysi. Zolaq və onunla işləmə qaydaları. Model və Layoutla tanışlıq. Yeni faylın açılması və formatın dəyişdirilməsi. Workspace lövhəsi hal sətrinin bəzi komandaları. Dekart və polyar koordinat sistemləri. Mütləq və nisbi koordinatlar.(M)Mühazirə
- 2.Komandalardan istifadə qaydası. Mətnlərin yazılması. Düz xətt, çevrə, ellips və onların parçalarının çəkilməsində istifadə edilən komandalar. Mürəkkəb xətlər (Polixətlər) haqqında ümumi məlumat və komandalar. Table və Spline komandaları. Obyektlərin seçilməsi üsulları Quick select. Redaktəetmə komandaları: Erase, Move, Copy, Rotate, Stretch, Scale, Mirror, Offset, Fillet və s komandaları(M)Mühazirə
- 3.Ölçülərin qoyulmasında istifadə edilən komandalar: Linear, Aligned, Angular, Diametr, Radius, Ordinate, Dimjogged, Dimarc, Mleader və s. Mətn, ölçü, Paralel xətlər və cədvəl stili. Layer komandası ilə qatların yaradılması və onlardan istifadə qaydası. Şablonun yaradılması və yadda saxlanması. Cizgilərin çapı.(M) Mühazirə
- 4.Parametrik layihələndirmədə haqqında. Prinsipial elektrik sxeminin qrafiki elementləri və tərtibi ardıcıllığı. Auto CAD proqramında blokların yaradılması və redaktəsi. Bloklardan istifadə etməklə elektrik sxeminin tərtibi.(M)Mühazirə
- 5.3d Modeling –lə tanışlıq. 3d modelin növləri. Üçölçülü koordinat sistemləri haqqında ümumi məlumat. UCS-in komandaları. 3d osnap və DUCS-la tanışlıq. 2d və 3d-ə istifadə edilən komandalar. 3d Altobyektlər. Box, Cylinder, Cone, Sphere, Pyramid, Wedge və Torus komandaları. 3d Mirror, 3d align, 3d Move, 3d Rotate, 3d Scale və 3d Array komandaları. Mürəkkəb üçölçülü komandalar. Extrude, Revolve, Helix, Sweep, Loft, Polysolid komandaları. (M)Mühazirə
- 6.Iki və daha çox solidlərin redaktəsi Union, Subtract, İntersect, İnterfere komandaları. Slice, Thicken, Convert to solid, Convert to surface komandaları. Tillərin redaktəsi: extract edges, imprint, color edges, copy edges komandaları. Presspull, Extrude face, copy face, color face, delete face, offset face, move face, taper face, rotatae face. Separate, Shell komandaları.(M)Mühazirə
- 7.2dwireframe, Hidden, Realistic, Conceptual və s. komandalar. Arxa fonun dəyişdirilməsi. Materiallar və tekstura haqqında və onların komandaları. Solid view, Solid drawing, Solid profile və Flat shot komandaları. İşıq effectləri. İşıqların növləri və tətbiqi haqqında. Kameradan istifadə qaydaları. Renderin tətbiqi və parametrlərinin idarə edilməsi. Kamera ilə animasiyanan yaradılması.(M)Mühazirə
- 8.AutoCAD proqramında 3D modeldən İnventor əlavəsinin tətbiqilə 2D cizgilərin alınması və çapı.(M)Mühazirə
- 9.Autocad la tanışlıq. Autocad proqramının interfeysi. Zolaq və onunla işləmə qaydaları. Model və Layout –la tanışlıq. Yeni faylın açılması və formatın dəyişdirilməsi. Mövzuya aid məşğələ.(S)Məşğələ
- 10.Mütləq və nisbi koordinatlardan istifadə etməklə sadə çertyojların çəkilməsi. Sərbəst iş № 1-in izahı (1-ci tapşırıq)(S)Məşğələ
- 11.Künc ştampının (əsas yazılar) çəkilməsinə aid məşğələ.(S)Məşğələ
- 12.Obyektlərin seçilməsi üsulları və redaktəetmə əmrlərilə tanışlıq. Sadə konturların çəkilməsi.Sərbəst iş № 1-in izahı (2-ci tapşırıq)(S)Məşğələ
- 13.Konturların çəkilməsinə aid məşğələ.(S)Məşğələ
- 14.Mürəkkəb konturların çəkilməsinə aid məşğələ. Sərbəst iş № 2-in izahı (1-ci tapşırıq)(S)Məşğələ
- 15.Konturlarda ölçülərin qoyulmasına aid məşğələ. Mətn və ölçü stillərinin yaradılması.(S)Məşğələ
- 16.Konturların çəkilməsinə aid məşğələ. Sərbəst iş № 2-in izahı (2-ci tapşırıq)(S)Məşğələ
- 17.Prametrik layihələndirmədə istifadə edilən əmrlərdən istifadə etməklə Konus və slindirin açılışına aid məşğələ. Sərbəst iş № 3-ün izahı (1-ci tapşırıq)(S)Məşğələ
- 18.Prametrik layihələndirmədə istifadə edilən əmrlərdən istifadə etməklə Konus və slindirin açılışına aid məşğələ. Sərbəst iş № 3-ün izahı (1-ci tapşırıq)(S)Məşğələ
- 19.3d Modeling –lə tanışlıq. 3d modelin növləri. Üçölçülü koordinat sistemləri haqqında ümumi məlumat. UCS-in komandaları. 3d osnap və DUCS-la tanışlıq. 2d və 3d-ə istifadə edilən komandalar. 3d obyektlərin çəkilməsinə aid məşğələ. Sərbəst iş № 4-ün izahı (1-ci tapşırıq) (S)Məşğələ
- 20.Mürəkkəb üçölçülü komandalar. Extrude, Revolve, Helix, Sweep, Loft, Polysolid komandalarına aid məşğələ. Sərbəst iş № 4-ün izahı (2-ci tapşırıq) (S) Məşğələ
- 21.3D modelləməyə aid məşğələ. Sərbəst iş № 5-in izahı (1-ci tapşırıq)(S) Məşğələ
- 22.3D modeldən realistik rastr şəkillərin alınmasına aid məşğələ. Sərbəst iş № 5-in izahı (2-ci tapşırıq) (S) Məşğələ
- 23.AutoCAD proqramında 3D modeldən İnventor əlavəsinin tətbiqilə 2D cizgilərin alınması və çapına aid məşğələ. (S)Məşğələ
- 24.1-ci tapşırıq: A4 formatında künc ştampının çəkilməsiSərbəst iş
- 25.2-ci tapşırıq: Yastı fiqurların şəkilməsi. Polar Array komandasının tətbiqilə.Sərbəst iş
- 26.3-cü tapşırıq: Sadə konturların çəkilməsi Sərbəst iş
- 27.4-cü tapşırıq: Mürəkkəb konturların çəkilməsiSərbəst iş
- 28.5-ci tapşırıq: Sadə 3D modelin hər üç proyeksiyasının qurulmasıSərbəst iş
- 29.6-cı tapşırıq: 2D modeldən 3D modelin qurulması.Sərbəst iş
- 30.7-ci tapşırıq: Verilmiş qrafa uyğun prinsipial elektrik sxeminin tərtib edilməsi. Sərbəst iş
- 31.8-ci tapşırıq: Parametrik düz dairəvi silindirin və konusun tərtibi.Sərbəst iş
- 32.9-cu tapşırıq: Naturadan verilmiş detalın 3D modellənməsi material, teksturanın mənimsədilməsi. İşıq və kameranın tərtibilə renderlənməsi və rastr formatda yadda saxlanması. (tapşırıqlar detal laboratoriyasandan verilir).Sərbəst iş
- 33.10-cu tapşırıq: 3D modeldən inventor əlavəsinin tətbiqilə cizgilərin alınması.Sərbəst iş
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |