Fənn · Aerokosmik mühəndislik

Yerüstü sistemlərin radioelektron kompleksləri

İF4552x8 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

8

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Fənnin tədrisi dövründə 050601–“Aerokosmik mühəndislik” ixtisası üzrə tələbələrə proqrama uyğun olaraq aşağıda qeyd edilən sahələr öyrədilir: - yerüstü radioelektron komplekslərin əsas prinsiplərini, həmçinin onlardan istifadə olunma xüsusiyyətlərini, təyinatlarını və başlıca vəzifələrini; - yerüstü sistemlərdə rabitənin əsas xüsusiyyətlərni öyrənməklə və onlara qoyulan tələblərin müəyyən edilməsi bacarıqlarına yiyələnmələrini sərbəst sürətdə təyin etmələrini; - radioelektron komplekslərin təyinatını, əsas imkanları və vəzifələrini, həmçinin onların istismarı qaydalarını öyrənilməsini. Fənnin tədrisi yerüstü sistemlərin radioelektron kommplekslərinin iş prinsipləri və onların yerinə yetirdikləri proseslər üzərində qurulur.

Fənn təlim nəticələri

  1. CLO 1: Yerüstü sistemlərdə rabitənin əsas xüsusiyyətlərini, onlara qoyulan tələbləri tətbiq edir.

  2. CLO 2: Yerüstü sistemlərdə radiorabitənin təşkili prinsiplərini müəyyən edə bilir.

  3. CLO 3: Yerüstü sistemlərin radiostansiyaların iş prinsiplərini analiz edir.

  4. CLO 4: Mobil rabitə sistemlərinin komplekslərini müəyyən edir.

  5. CLO 5: Radiorele rabitə sistemlərinin komplekslərinin müəyyənləşdirilməsi bacarıqlarına yiyələnir.

  6. CLO 6: Yerüstü radiolokasiya sistemlərinin komplekslərini müəyyən edir.