Ümumi məlumat
- Fənn kodu
- ÜF2518y-050601-DE
- Kredit
- 4
- Tələbənin iş yükü
- 60
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Alman
- Auditoriyadaxili saatlar
- a) 0 saat - mühazirə b) 60 saat - seminar
- Auditoriyadan kənar saatlar
- a) 45 saat - sərbəst iş b) 15 saat - hazırlıq
Fənn haqqında
• Ali məktəblərdə tədris edilən hər bir fən, tələbələrin bilik, bacarıq və kompetensiyalarını artırmaq məqsədi daşıyır. Xarici dil tədrisinin də bu kontekstdə çoxsaylı əhəmiyyəti vardır. Xarici dilin öyrədilməsi, tələbələrin dünya görüşünü genişləndirmək, akademik araşdırmalarda iştirak etmək, işgüzar ünsiyyət bacarıqlarını inkiaf etdirmək və beynəlxalq səviyyədə çalışmaq imkanlarını artırmaq kimi çoxsaylı məqsədlər daşıyır. • Xarici dil tədrisinin əsas məqsədi tələbələrə dildən istif adə etmə bacarıqlarını qazandırmaq, şifahi və yazılı ünsiyyət bacarıqlarını inkiaf etdirmək və akademik mühitdə, eləcə də işgüzar aləmdə sərbəst ünsiyyət qurmaq üçün lazım olan dil biliklərini formalaşdırmaqdan ibarətdir. • Xarici dil tədrisinin praktik məqsədi tələbələrə şəxsi və peşəkar inkişaflarında xarici dil bacarıqlarından səmirəli istifadə etmə imkanları yaratmaqdan ibarətdir. Bu məqsədlə ali məktəbi bitirən hər bir tələbə aşağıdakı bacarıq və vərdişlərə yiyələnməlidir: • Canlı nitqi və lentə yazılmış 4-5 dəqiqəlik səs materiallarını, dəqiqədə 80- 100 sözdən ibarət olan nitqi başa düşmə bacarığı; • Proqramda nəzərdə tutulan mövzular üzərində diskussiya apara bilərək fikrini açıq ifadə etmə bacarığı; • Xarici dildə istiqamətləndirilmiş kommunikativ səriştənin formalaşdırılması; • Beynəlxalq mühitə inteqrasiya etmək üçün xarici dili mədəniyyətlərarası ünsiyyət vasitəsi kimi istifadə etmə bacarığı; • Xarici dildə öyrənilən ölkələrdə istifadə olunan rəsmi sənədlərin (proqram çərçivəsində) tərtibat qaydalarını öyrənmə bacarığı; • Ünisiyyətə xas olan etika qaydalarını öyrənərək praktikada istifadə etmə bacarığı; • Xarici dildə məruzələr, təqdimatlar, diskussiyalar, dəyirmi masa, seminar və digər akademik tədbirlərdə iştirak edərək şifahi və yazılı ünsiyyət bacarıqlarını inkiaf etdirmək; • Elmi-populyar və elmi-texniki ünsiyyət üçün tezislər və elmi məqalələr yazmaq bacarığı; • Xarici dildə elmi ədəbiyyatları oxuyub anlamaq, akademik araşdırmalar üçün lazım olan mənbələri tapmaq və təhlil etmək; • Fərqli baxışları başa düşmək, qiymətləndirmək və əsaslandırılma bacarıqlarını şəkiləndirmək. • Xarici dilin tədrisində innovativ texnologiyaların istifadəsi, tələbələrin peşəkar və akademik bacarıqlarını inkiaf etdirmək üçün vacib amildir. Rəqəmsal texnologiyalar, interaktiv tədris metodları, onlayn resurslardan istifadə bu prosesdə önəmli rol oynayır. Xarici dil biliklərinin artırılması, beynəlxalq iş bazarında peşəkar kadrların hazırlanmasına önəmli töhfə verəcəkdir.
Tədris metodları
- komanda işi
- layihə əsaslı öyrənmə
- problem-based learning
- interaktiv müzakirə
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |