Fənn · Marketinq

Rəqəmsal Marketinq

İF-62002Y6 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Rəqəmsal marketinq fənni rəqəmsal mühitdə marketinq fəaliyyətinin təşkili, idarə edilməsi və qiymətləndirilməsinin nəzəri və praktiki əsaslarını əhatə edir. Fənn çərçivəsində rəqəmsal marketinqin əsas anlayışları və prinsipləri, rəqəmsal istehlakçı davranışı, hədəf auditoriyanın müəyyənləşdirilməsi, veb-sayt və axtarış sistemlərinin marketinqdə rolu, SEO və SEM, sosial media marketinqi, məzmun marketinqi, e-poçt marketinqi, mobil marketinq, onlayn reklam, influenser marketinqi və rəqəmsal marketinq analitikası öyrənilir. Həmçinin rəqəmsal marketinq strategiyasının və kampaniyalarının hazırlanması, büdcələşdirilməsi, KPI-ların müəyyən edilməsi və marketinq fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi məsələlərinə diqqət yetirilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fənnin Təlim Nəticələri: Tələbələr fənni bitirdikdə aşağıdakı təlim nəticələrinə yiyələnəcək: (Blum taksonomiyası feilləri əsasında ölçüləbilən meyarlar) • FTN1: Rəqəmsal marketinqin əsas anlayışlarını, prinsiplərini, alətlərini və müasir rəqəmsal marketinq kanallarının xüsusiyyətlərini izah edir. • FTN2: Hədəf auditoriyanı və rəqəmsal istehlakçı davranışını təhlil edir, uyğun rəqəmsal kanalları və kommunikasiya vasitələrini müəyyən edir. • FTN3: Sosial media, axtarış sistemləri, e-poçt marketinqi, məzmun marketinqi və digər rəqəmsal kanallardan istifadə etməklə rəqəmsal marketinq kampaniyaları hazırlayır. • FTN4: Rəqəmsal marketinq strategiyası və planının hazırlanmasında müvafiq metod, alət və analitika vasitələrindən istifadə edir. • FTN5: Rəqəmsal marketinq fəaliyyətinin nəticələrini əsas performans göstəriciləri (KPI) və analitik məlumatlar əsasında qiymətləndirir, kampaniyaların effektivliyinin artırılması üçün təkliflər hazırlayır.