Subject · Mechanical engineering (master)
Buxar və qaz turbinlirinin istehsal texnologiyası
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“buxar və qaz turbinlərinin istehsal texnologiyası” fənni magistratura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, enerji maşınqayırması sənayesində müasir idarəetmə sistemlərinin və texnoloji təchizat vasitələrinin tətbiqini öyrədən yüksək peşəkar hazırlıq fənnidir. kurs çərçivəsində yüksək temperatur və dinamik yüklər şəraitində işləyən turbin elementlərinin (rotor, stator, qanadlar, korpus və s.) istehsal texnologiyaları, yüksəktemperaturlu xüsusi ərintilərin emalı və müasir örtüklərin tətbiqinin elmi-mühəndislik əsasları dərindən tədqiq olunur. fənn materialşünaslıq, maşınqayırma texnologiyası və kompüter dəstəkli mühəndislik proqramlarına əsaslanaraq, tələbələrə yüksək dəqiqlikli mexaniki emalın layihələndirilməsi, balanslaşdırma və qeyri-dağıdıcı nəzarət (ndt) metodlarının tətbiqi üzrə kompleks biliklər aşılayır. fənnin əsas məqsədi magistrantlarda ISO və ASME kimi beynəlxalq standartlar çərçivəsində optimal texnoloji qərarlar qəbul etmək və sərbəst yaradıcı layihələndirmə qabiliyyəti formalaşdırmaqdır. yekunda bu kurs, magistrantları müasir enerji qurğularının istehsal proseslərini sənaye səviyyəsində layihələndirə, idarə və optimallaşdıra bilən yüksəkixtisaslı mütəxəssis kimi formalaşdırır.
Course learning outcomes
No learning outcomes have been added.