Subject · Logistika və nəqliyyat texnologiyaları

Beynəlxalq nəqliyyat sənədlərinin dövriyyəsi və idarə edilməsiTopics

MS-01136 creditsAutumn semesterElective2025-2026

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

15 topics
  1. 1. Giriş. beynəlxalq nəqliyyat sənəd dövriyyəsinin konseptual əsasları. fənnin predmeti, metodologiyası və tədqiqat obyekti. nəqliyyat sənədlərinin təchizat zəncirində funksiyaları: daşıma müqaviləsinin sübutu, yükün qəbulu qəbzi, əmtəə üzərində hüquqi sənəd. beynəlxalq ticarətdə maddi, informasiya və sənəd axınlarının qarşılıqlı əlaqəsi.

    Lecture
  2. 2. Beynəlxalq daşımaların hüquqi tənzimlənmə sistemi. beynəlxalq nəqliyyat hüququnun mənbələri və onların iyerarxiyası. nəqliyyat növləri üzrə əsas konvensiyalar (cmr, cotif/cim, smgs, montreal konvensiyası, haaqa-visbi və hamburq qaydaları). azərbaycan respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlər, milli qanunvericiliklə qarşılıqlı əlaqə.

    Lecture
  3. 3. Incoterms® 2020 qaydaları və nəqliyyat sənədləri arasında qarşılıqlı əlaqə. risk və xərclərin satıcıdan alıcıya keçid anı. tərəflərin sənəd təqdimetmə öhdəlikləri. sənədli akkreditiv şəraitində nəqliyyat sənədlərinə qoyulan tələblər və uyğunsuzluq (discrepancy) halları.

    Lecture
  4. 4. Beynəlxalq avtomobil daşımalarında sənəd dövriyyəsi: CMR qaiməsi. CMR qaiməsinin hüquqi təbiəti, rekvizitləri və nüsxələrinin funksiyaları. daşıyıcının məsuliyyəti, məsuliyyətdən azadolma əsasları və məsuliyyətin məhdudlaşdırılması. CMR konvensiyasına əsasən iddia müddətləri və müdafiə vasitələri.

    Lecture
  5. 5. Tir sistemi və avtomobil daşımalarında tranzit sənədləri. TIR konvensiyası (1975): TIR karnetinin strukturu, dövriyyəsi və zəmanət zənciri. etir sistemi (əlavə 11). beynəlxalq avtomobil daşımalarında icazə sistemi, sürücü və nəqliyyat vasitəsinə aid sənədlər.

    Lecture
  6. 6. Dəmiryolu daşımalarında sənəd dövriyyəsi. cotif/cim və SMGS hüquqi rejimləri, onların müqayisəsi. cim/smgs vahid qaiməsi və onun orta dəhliz (trans-xəzər marşrutu) üzrə daşımalarda tətbiqi. dəmiryolunun məsuliyyəti, iddiaların verilməsi və baxılması qaydası

    Lecture
  7. 7. Hava daşımalarında sənəd dövriyyəsi. hava nəqliyyatını tənzimləyən beynəlxalq təşkilatlar (i̇kao, iata). aviaqaimənin (awb) hüquqi funksiyaları. konsolidasiya edilmiş daşımalar və mawb/hawb sistemi. e-awb və IATA e-freight proqramı.

    Lecture
  8. 8. Dəniz daşımalarında sənəd dövriyyəsi. konosamentin üç əsas funksiyası və növləri (xətti və çarter, təmiz və qeydli, orderli və adlı). dəniz yol qaiməsi (sea waybill). çarter müqavilələri və onların növləri. bakı beynəlxalq dəniz ticarət limanının xəzər tranzit daşımalarındakı rolu.

    Lecture
  9. 9. Ekspeditorluq və multimodal (intermodal) daşımalarda sənəd dövriyyəsi. multimodal daşıma operatorunun hüquqi statusu. şəbəkə və vahid məsuliyyət sistemləri. FIATA sənədləri (fbl, fwb, fcr). konteyner və altlıqlarla (palletlərlə) daşımalarda sənəd tələbləri

    Lecture
  10. 10. Gömrük rəsmiləşdirilməsi və müşayiətedici ticarət sənədləri. gömrük rejimləri və gömrük bəyannaməsi. kommersiya sənədləri: invoys, qablaşdırma vərəqəsi, mənşə sertifikatı. gömrük ödənişləri. "bir pəncərə" sistemi və səlahiyyətli i̇qtisadi operator (aeo) institutu. azərbaycan və türkiyə praktikasının müqayisəsi.

    Lecture
  11. 11. Xüsusi yüklərin daşınmasında sənəd dövriyyəsi. təhlükəli yüklərin daşınmasına dair beynəlxalq tələblər (adr, IMDG məcəlləsi, IATA dgr) və müşayiət sənədləri. ağırçəkili və irihəcmli yüklər üçün xüsusi icazələr. tez xarab olan yüklərin daşınmasına dair sənədlər.

    Lecture
  12. 12. Yüklərin qəbulu, təhvili və iddia prosedurlarının sənədləşdirilməsi. yüklərin markalanması və plomblanması. qəbul-təhvil aktları, çatışmazlıq və zədələnmə aktları. nəqliyyat sığortası sənədləri (sığorta polisi və sertifikatı). pretenziya və iddia sənədlərinin hazırlanması.

    Lecture
  13. 13. Nəqliyyat sənəd dövriyyəsinin rəqəmsallaşması. e-cmr protokolu, etir, e-awb və elektron konosament. elektron sənədlərin hüquqi qüvvəsi (uncitral mletr). blokçeyn əsaslı platformalar. azərbaycanın e-cmr tətbiqi üzrə yol xəritəsi.

    Lecture
  14. 14. Nəqliyyat müəssisəsində sənəd dövriyyəsinin idarə edilməsi. sənəd dövriyyəsinin təşkili, uçot və nəzarət. daşıma haqqı üzrə hesablaşmalar və maliyyə sənədləri. nəqliyyatın idarə edilməsi sistemləri (tms, erp). sənəd risklərinin idarə edilməsi və daxili nəzarət, performans göstəriciləri (kpi).

    Lecture
  15. 15. Beynəlxalq nəqliyyat sənəd dövriyyəsinin inkişaf tendensiyaları. beynəlxalq nəqliyyat dəhlizləri (orta dəhliz, şimal-cənub) kontekstində sənədlərin harmonizasiyası. kağızsız ticarət təşəbbüsləri. sahənin gələcək inkişaf istiqamətləri.

    Lecture