Subject · Logistika və nəqliyyat texnologiyaları
Beynəlxalq avtomobil daşımalarıTopics
MS-01126 creditsAutumn semesterElective2025-2026
Topic plan
The subject's topics and the learning outcomes attached to each one.
15 topics
1. Giriş. beynəlxalq avtomobil daşımaları sistem kimi. fənnin predmeti, metodologiyası və tədqiqat obyekti. beynəlxalq avtomobil daşımalarının qlobal və regional nəqliyyat sistemində yeri, digər nəqliyyat növləri ilə müqayisəli üstünlükləri. bazarın strukturu və inkişaf tendensiyaları. azərbaycanın tranzit potensialı. sahədə müasir tədqiqat istiqamətləri.
Lecture2. Beynəlxalq avtomobil daşımalarının hüquqi tənzimlənmə sistemi. hüquq mənbələri və onların iyerarxiyası. BMT avropa i̇qtisadi komissiyasının (unece) əsas konvensiya və sazişləri: cmr, tir, aetr, adr, atp. beynəlxalq təşkilatlar (unece, iru, itf) və milli assosiasiyalar (und, uti̇kad). i̇kitərəfli sazişlər və milli qanunvericilik (azərbaycan və türkiyə).
Lecture3. Bazara giriş və beynəlxalq icazə sistemi. beynəlxalq avtomobil daşımaları bazarına giriş rejimləri. i̇kitərəfli, tranzit və üçüncü ölkə icazələri. ECMT (cemt) çoxtərəfli kvota sistemi. kabotaj məhdudiyyətləri. i̇cazə sisteminin ticarət axınlarına təsiri.
Lecture4. Beynəlxalq avtomobil daşıma müqaviləsi və CMR konvensiyasının tətbiq sahəsi. CMR konvensiyasının (1956) tətbiq şərtləri, müqavilənin tərəfləri və onların hüquq və vəzifələri. ardıcıl daşıyıcılar. daşıma müqaviləsinin alqı-satqı müqaviləsi və incoterms® 2020 qaydaları ilə əlaqəsi.
Lecture5. Cmr konvensiyasına əsasən daşıyıcının məsuliyyəti. məsuliyyətin əsasları, məsuliyyətdən azadolma halları və sübut yükü. məsuliyyətin məhdudlaşdırılması (sdr) və məhdudiyyətin tətbiq edilmədiyi hallar (qəsd və ona bərabər tutulan qüsur). pretenziya və iddia müddətləri.
Lecture6. Cmr qaiməsi və elektron qaimə (e-cmr). CMR qaiməsinin hüquqi funksiyaları, rekvizitləri və nüsxələri. yükün qəbulu zamanı daşıyıcının qeydləri (qeyd-şərtlər) və onların sübut qüvvəsi. e-cmr protokolu (2008), azərbaycanın e-cmr yol xəritəsi və türkiyə təcrübəsi.
Lecture7. Tir sistemi və etir. TIR konvensiyasının (1975) əsas prinsipləri. TIR karnetinin strukturu, tərtibi və dövriyyəsi. beynəlxalq zəmanət zənciri. etir sistemi (əlavə 11). pozuntu halları, TIR əməliyyatının bağlanması və tələblərin irəli sürülməsi.
Lecture8. Gömrük rəsmiləşdirilməsi və sərhəd keçid prosedurları. gömrük rejimləri və tranzit prosedurları. sərhəd keçid məntəqələrində nəzarət və sənədləşdirmə. səlahiyyətli i̇qtisadi operator (aeo) institutu və "bir pəncərə" sistemi. sərhəddə gözləmə müddətlərinin daşıma xərclərinə təsiri.
Lecture9. Sürücülərin əmək rejimi və yol hərəkəti təhlükəsizliyi. AETR sazişi: sürücülük və istirahət müddətləri. rəqəmsal və "ağıllı" taxoqraflar. sürücü yorğunluğu və təhlükəsizlik riskləri. nəzarət mexanizmləri və sanksiyalar. sürücü peşəkarlığına dair tələblər.
Lecture10. Təhlükəli yüklərin daşınması (adr). ADR sazişinin strukturu. təhlükəli yüklərin sinifləri, qablaşdırılması, markalanması və nişanlanması. müşayiət sənədləri, nəqliyyat vasitəsinə və sürücüyə olan tələblər. təhlükəsizlik üzrə məsləhətçi institutu. tunel məhdudiyyətləri.
Lecture11. Tez xarab olan yüklərin daşınması (atp). ATP sazişi üzrə xüsusi nəqliyyat vasitələrinin sinifləri və sertifikatlaşdırılması. temperatur rejiminin izlənməsi və "soyuq zəncir"in bütövlüyü. temperatur rejiminin pozulmasına görə daşıyıcının məsuliyyəti.
Lecture12. Ağırçəkili və irihəcmli yüklərin daşınması. ağırçəkili və irihəcmli yüklər üçün xüsusi icazələr və müşayiət tələbləri. marşrutun tədqiqi və planlaşdırılması. yol infrastrukturunun məhdudiyyətləri. belə daşımaların xərclərinin formalaşması.
Lecture13. Beynəlxalq avtomobil daşımalarının iqtisadiyyatı və tariflər. daşıma xərclərinin strukturu (sabit və dəyişən xərclər). frakt dərəcəsinin formalaşması. boş yürüş, yükgötürmə qabiliyyətindən istifadə əmsalı və digər səmərəlilik göstəriciləri. yük birjaları (freight exchange) və bazar qiymətləri.
Lecture14. Risklərin idarə edilməsi, sığorta və xidmət keyfiyyəti. daşıyıcının CMR üzrə mülki məsuliyyət sığortası və yük sığortası arasındakı fərqlər. TIR zəmanət sistemi. oğurluq, zədələnmə və gecikmə riskləri. daşıma şirkətində risklərin idarə edilməsi və keyfiyyət göstəriciləri (kpi).
Lecture15. Rəqəmsallaşma, dayanıqlılıq və sahənin gələcəyi. telematika, TMS və rəqəmsal sənəd dövriyyəsi. kağızsız ticarət təşəbbüsləri. ekoloji standartlar (euro vi), alternativ yanacaqlar və avtonom nəqliyyat texnologiyaları. sahənin inkişaf perspektivləri.
Lecture