Subject · Logistika və nəqliyyat texnologiyaları
Daşıma proseslərinin təşkili və idarə edilməsiTopics
MM-01016 creditsAutumn semesterMandatory2025-2026
Topic plan
The subject's topics and the learning outcomes attached to each one.
15 topics
1. Giriş. daşıma prosesi sistem kimi. fənnin predmeti, metodologiyası və tədqiqat obyekti. nəqliyyat sisteminin strukturu və daşıma prosesinin sistem yanaşması ilə modelləşdirilməsi. daşıma prosesinin təchizat zəncirində və milli iqtisadiyyatda yeri. sahədə müasir tədqiqat istiqamətləri.
Lecture2. Daşıma prosesinin strukturu, iştirakçıları və idarəetmə səviyyələri. daşıma prosesinin mərhələləri və texnoloji strukturu. i̇ştirakçılar: yükgöndərən, daşıyıcı, ekspeditor, logistika provayderləri (3pl, 4pl) və onların müqavilə münasibətləri. strateji, taktiki və operativ idarəetmə səviyyələrində qərarlar.
Lecture3. Nəqliyyat növlərinin müqayisəli təhlili və seçimi. nəqliyyat növlərinin texniki-iqtisadi göstəriciləri və rəqabət üstünlükləri. daşımaların nəqliyyat növləri üzrə bölgüsü (modal split). nəqliyyat növünün seçilməsində çoxmeyarlı qərarqəbuletmə metodları. case study: konkret yük axını üçün nəqliyyat növünün əsaslandırılması.
Lecture4. Yük axınlarının təhlili və daşıma tələbatının proqnozlaşdırılması. yük axınlarının strukturu, kartoqramları və qeyri-bərabərlik əmsalları. proqnozlaşdırma metodları: zaman sıraları, hərəkətli orta, eksponensial hamarlama, reqressiya təhlili. proqnoz dəqiqliyinin qiymətləndirilməsi (mad, mape).
Lecture5. Daşıma prosesinin planlaşdırılmasında optimallaşdırma modelləri. nəqliyyat məsələsi və xətti proqramlaşdırma. təyinat məsələsi. nəqliyyat vasitələrinin yüklər və marşrutlar üzrə bölüşdürülməsi. MS excel solver vasitəsilə optimallaşdırma məsələlərinin həlli.
Lecture6. Marşrutların layihələndirilməsi və optimallaşdırılması. kommivoyajor məsələsi (tsp) və nəqliyyat vasitələrinin marşrutlaşdırılması məsələsi (vrp), o cümlədən vaxt pəncərələri ilə (vrptw). evristik metodlar: klark-rayt "qənaət" alqoritmi, ən yaxın qonşu metodu. marşrut optimallaşdırması üzrə proqram təminatı
Lecture7. Nəqliyyat vasitələrinin istismar göstəriciləri və park idarəetməsi. texniki hazırlıq, buraxılış, yürüşdən və yükgötürmə qabiliyyətindən istifadə əmsalları. nəqliyyat vasitəsinin məhsuldarlığı. parkın strukturunun optimallaşdırılması və nəqliyyat vasitələrinin əvəzlənməsi siyasəti (həyat dövrü xərcləri).
Lecture8. Yük terminallarının işinin və yükləmə-boşaltma proseslərinin təşkili. terminalın texnoloji prosesi və qəbul-təhvil prosedurları. kütləvi xidmət nəzəriyyəsi (növbə modelləri) əsasında yükləmə-boşaltma postlarının sayının hesablanması. cross-docking texnologiyası. terminal əməliyyatlarının nəqliyyat prosesi ilə sinxronlaşdırılması.
Lecture9. Logistika mərkəzləri və distribusiya şəbəkəsinin layihələndirilməsi. logistika mərkəzlərinin funksiyaları və tipologiyası. mərkəzin yerləşdirilməsi metodları ("ağırlıq mərkəzi" metodu). mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş distribusiya sistemləri. "son mil" (last mile) çatdırılmasının təşkili.
Lecture10. Sərnişin daşımalarının təşkili və idarə edilməsi. sərnişin tələbinin tədqiqi metodları. marşrut şəbəkəsinin layihələndirilməsi, hərəkət cədvəli və intervalların hesablanması. xidmət səviyyəsinin göstəriciləri. dayanıqlı şəhər mobilliyi planlaşdırılması (sump) yanaşması.
Lecture11. Daşıma proseslərinin idarə edilməsində informasiya texnologiyaları. nəqliyyatın idarə edilməsi sistemləri (tms), GPS izləmə və telematika. elektron məlumat mübadiləsi (edi) və təchizat zəncirində real vaxt rejimində şəffaflıq. məlumatlara əsaslanan idarəetmə və "rəqəmsal əkiz" konsepsiyası.
Lecture12. Multimodal və kombinə edilmiş daşımaların təşkili. multimodal daşıma prosesinin koordinasiyası və nəqliyyat növləri arasında sinxronlaşdırma. terminal interfeysləri və konteynerləşdirmə. beynəlxalq nəqliyyat dəhlizləri (orta dəhliz) üzrə daşıma proseslərinin təşkili təcrübəsi.
Lecture13. Daşıma xərcləri, tariflər və iqtisadi səmərəlilik. daşıma xərclərinin strukturu (sabit və dəyişən xərclər). fəaliyyətə əsaslanan xərc uçotu (abc). tarif siyasəti və tariflərin formalaşması metodları. ümumi sahiblik dəyəri (tco) və rentabellik təhlili.
Lecture14. Daşıma proseslərinin keyfiyyəti və performansının idarə edilməsi. performans göstəriciləri (kpi): vaxtında və tam çatdırılma (otif), dövr müddəti, ton-km üzrə xərc. SCOR modeli və benchmarkinq. xidmət səviyyəsi müqavilələri (sla). davamlı təkmilləşdirmə metodları (pdca, lean).
Lecture15. Dayanıqlı nəqliyyat, təhlükəsizlik və daşıma proseslərinin gələcəyi. daşıma proseslərində emissiyaların hesablanması və azaldılması, "yaşıl" logistika. nəqliyyat təhlükəsizliyinin təmin edilməsi. elektrikləşmə, avtonom nəqliyyat və süni intellektin daşıma proseslərinə təsiri. sərbəst işlərin (layihələrin) təqdimatı və müzakirəsi
Lecture