General information
- Subject code
- MS-1419
- Credits
- 6
- Student workload
- 135
- Semester
- Spring semester
- Academic year
- 1
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- 30 saat mühazirə 15 saat praktiki/laboratoriya
- Out-of-class hours
- 60 saat sərbəst iş və layihə fəaliyyəti
About the subject
Bu fənn blokçeyn texnologiyalarının nəzəri əsaslarının, iş prinsiplərinin və tətbiq sahələrinin öyrənilməsini nəzərdə tutur. fənn çərçivəsində paylanmış reyestr texnologiyaları, blokların strukturu, kriptoqrafik heş funksiyaları, rəqəmsal imza, konsensus alqoritmləri və blokçeyn şəbəkələrinin arxitekturası araşdırılır. eyni zamanda, ictimai və özəl blokçeyn şəbəkələri, ağıllı müqavilələr (smart contracts), mərkəzləşdirilməmiş tətbiqlər (dapps), kriptovalyutalar və rəqəmsal aktivlərin idarə olunması prinsipləri öyrənilir. fənn tələbələrdə blokçeyn sistemlərinin təhlükəsizlik mexanizmlərini, məlumatların bütövlüyünün və şəffaflığının təmin edilməsi üsullarını, mövcud təhlükəsizlik risklərini və zəifliklərini təhlil etmək, həmçinin blokçeyn texnologiyalarının maliyyə, sənaye, logistika və informasiya təhlükəsizliyi sahələrində tətbiqi üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.
Teaching methods
- lecture
- seminar
- presentations
- teamwork
- project-based learning
Course learning outcomes (CLO)
CLO 1: Paylanmış reyestrlər (dlt), blok strukturları və konsensus alqoritmləri (proof of work, proof of stake, BFT və s.) haqqında biliyə malik olur, blokçeyn şəbəkələrinin layihələndirilməsi, növləri (public, private, consortium) və funksional modelləri ilə işləyir.
CLO 2: Rəqəmsal aktivlərin iqtisadiyyatı, token modelləri, defi (decentralized finance) konseptləri, kriptovalyuta birjaları və rəqəmsal pul kisələri ilə işləyir.
CLO 3: Ethereum, hyperledger, solana, cardano və s. platformalarda smart müqavilələri (solidity, rust, vyper dillərində) yaza bilir.
CLO 4: Dapp-ları (decentralized applications) layihələndirir və inkişaf etdirir, blokçeyn üzərində avtomatlaşdırılmış hüquqi və maliyyə proseslərini formalaşdırır.
CLO 5: Smart müqavilələrdə zəiflikləri (reentrancy, integer overflow/underflow, access control və s.) təhlil edir, blokçeyn texnologiyalarında təhlükəsizlik risklərini təhlil edir və hücum modelləri (51% attack, sybil attack, DAO hack və s.) ilə işləyir.
CLO 6: Kriptovalyutaların və blokçeyn texnologiyalarının tənzimlənməsi üzrə beynəlxalq və lokal hüquqi normalarını bilir, AML (anti-money laundering), KYC (know your customer) və vergi tələblərinə uyğunluğunu nizamlayır, kriptovalyutaların və blokçeyn texnologiyalarının reallaşdırılması zamanı məlumatların məxfiliyinin qorunması üçün kriptoqrafik şifrələmə üsullarını elektron imza alqoritmlərini tətbiq edir.
Topic plan
- 1.Blokçeynə giriş və əsas anlayışlarLecture
Blokçeynin yaranması, məqsədi, əsas xüsusiyyətləri və tətbiq sahələri izah olunur. mərkəzləşdirilmiş, paylanmış və mərkəzləşdirilməmiş sistemlər müqayisə edilir; şəffaflıq, dəyişdirilməzlik, izlənəbilənlik və etimad modelləri nəzərdən keçirilir.
- 2.Paylanmış reyestrlər və blokçeyn arxitekturasıLecture
Dlt anlayışı, qovşaqlar, peer-to-peer şəbəkələr, blokların başlığı və məzmunu, tranzaksiyalar, zaman nişanları və heş əlaqələri öyrənilir. public, private və consortium şəbəkələrinin fərqləri, üstünlükləri və məhdudiyyətləri təhlil edilir.
- 3.Kriptoqrafik əsaslar: heş funksiyaları və elektron imzaLecture
Kriptoqrafik heş funksiyaları, açıq və məxfi açarlar, rəqəmsal imza, açar cütlərinin yaradılması və imzanın yoxlanılması prinsipləri araşdırılır. kriptoqrafiyanın blokçeyn tranzaksiyalarının bütövlüyü və autentikliyində rolu izah olunur.
- 4.Tranzaksiyalar, blokların yaradılması və təsdiqlənməsiLecture
Tranzaksiyanın yaradılması, imzalanması, şəbəkəyə ötürülməsi, yoxlanılması və bloka daxil edilməsi mərhələləri öyrənilir. blokların əlaqələndirilməsi, merkle ağacları, təsdiqlər və zəncirin bütövlüyünün yoxlanılması nəzərdən keçirilir.
- 5.Konsensus alqoritmləriLecture
Proof of work, proof of stake, delegated proof of stake və byzantine fault tolerance ailəsinə aid yanaşmaların iş prinsipləri müqayisə edilir. konsensusun təhlükəsizlik, performans, enerji sərfiyyatı, mərkəzləşmə və dayanıqlılıqla əlaqəsi qiymətləndirilir.
- 6.Blokçeyn şəbəkələrinin modelləri və layihələndirilməsiLecture
Public, private və consortium blokçeyn modelləri, icazəsiz və icazəli giriş, idarəetmə və iştirakçı rolları araşdırılır. tətbiqin tələblərinə uyğun şəbəkə modelinin seçilməsi, qovşaqların yerləşdirilməsi və giriş siyasətlərinin planlaşdırılması öyrənilir.
- 7.Kriptovalyutalar, rəqəmsal aktivlər və token iqtisadiyyatıLecture
Kriptovalyutaların və tokenlərin təyinatı, fungible və non-fungible tokenlər, token emissiyası, təklif və tələb amilləri, tokenomika və aktivlərin rəqəmsallaşdırılması təhlil edilir. rəqəmsal aktivlərin riskləri və dəyərinin dəyişkənliyi müzakirə olunur.
- 8.Rəqəmsal pul kisələri və açarların idarə olunmasıLecture
İsti və soyuq pul kisələri, custodial və non-custodial modellər, seed phrase, şəxsi açarların qorunması, ehtiyat nüsxə və bərpa prosedurları öyrənilir. fişinq, açar itkisi və icazəsiz əməliyyat risklərinin azaldılması yolları araşdırılır.
- 9.Defi və kriptovalyuta birjalarıLecture
Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş birjaların iş prinsipləri, likvidlik hovuzları, avtomatlaşdırılmış bazar yaradıcıları, kreditləşmə və staking mexanizmləri izah olunur. defi sistemlərində likvidlik, oracle, smart müqavilə və bazar riskləri təhlil edilir.
- 10.. smart müqavilələr və proqramlaşdırma platformalarıLecture
Smart müqavilələrin quruluşu, həyat dövrü və tətbiq sahələri öyrənilir. ethereum, hyperledger, solana və cardano platformalarının xüsusiyyətləri müqayisə edilir; solidity, rust və vyper dillərinin imkanları və tətbiq kontekstləri təqdim olunur.
- 11.Smart müqavilələrin hazırlanması və sınaqdan keçirilməsiLecture
Sadə smart müqavilənin yazılması, kompilyasiyası, test şəbəkəsinə yerləşdirilməsi və funksional testləri yerinə yetirilir. hadisələr, funksiyalar, dəyişənlər, giriş parametrləri və müqavilə ilə qarşılıqlı əlaqə prinsipləri tətbiq edilir.
- 12.Mərkəzləşdirilməmiş tətbiqlər (dapp)Lecture
Dapp arxitekturası, istifadəçi interfeysi, smart müqavilə və blokçeyn qatı arasındakı əlaqə araşdırılır. web3 kitabxanaları, pul kisəsi ilə bağlantı, tranzaksiyanın göndərilməsi və nəticələrin interfeysdə göstərilməsi üzrə ümumi yanaşmalar öyrənilir.
- 13.Blokçeyn təhlükəsizliyi və hücum modelləriLecture
51% hücumu, sybil hücumu, eclipse hücumu, private key oğurluğu və digər təhdidlər nəzərdən keçirilir. şəbəkə, konsensus, istifadəçi və tətbiq səviyyəsində risklər təhlil edilir, təhlükəsizlik nəzarətləri və insidentlərin qarşısının alınması tədbirləri müəyyənləşdirilir.
- 14.Smart müqavilə zəiflikləri və təhlükəsizlik auditiLecture
Reentrancy, girişə nəzarət səhvləri, integer overflow/underflow, yanlış təsdiqləmə və xarici çağırışlarla bağlı zəifliklər öyrənilir. təhlükəsiz kodlaşdırma, testlər, statik təhlil, audit yoxlama siyahıları və zəifliklərin laboratoriya mühitində təhlükəsiz nümayişi həyata keçirilir.
- 15.Hüquqi uyğunluq, məxfilik və yekun layihəLecture
Aml/kyc tələbləri, vergi və normativ uyğunluq, məlumatların qorunması, elektron imza və kriptoqrafik şifrələmə mexanizmləri müzakirə edilir. tələbələr blokçeyn əsaslı kiçik layihə hazırlayır, təhlükəsizlik və uyğunluq risklərini qiymətləndirir, nəticələri təqdim edirlər.
Reading list
- Satoshi nakamoto. bitcoin: a peer-to-peer electronic cash system, 2008.
- Andreas m. antonopoulos. mastering bitcoin: unlocking digital cryptocurrencies. o’reilly media.
- Arvind narayanan et al. bitcoin and cryptocurrency technologies: a comprehensive introduction. princeton university press.
- Nistir 8202. blockchain technology overview. national institute of standards and technology.
- Ethereum developer documentation:(opens in a new tab)
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |