Subject · Information security (master)
Yeni nəsil sənaye kommunikasiya sistemlərinin təhlükəsizliyi
About this subject
Credits
6
Workload
135hours
Semester
Autumn
Academic year
2
Description
Yeni nəsil sənaye kommunikasiya sistemlərinin təhlükəsizliyi fənni tələbələrdə müasir sənaye kommunikasiya sistemlərinin, sənaye şəbəkələrinin və onların təhlükəsizlik mexanizmlərinin öyrənilməsi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. fənn çərçivəsində sənaye idarəetmə sistemlərinin (ics/scada), sənaye protokollarının, iot və iiot texnologiyalarının təhlükəsizliyi, şəbəkə arxitekturalarının qorunması, kibertəhlükələrin və hücum vektorlarının təhlili, girişə nəzarət, autentifikasiya, şifrələmə, monitorinq və təhlükəsizlik tədbirləri araşdırılır. həmçinin sənaye sistemlərində risklərin idarə edilməsi, insidentlərin aşkarlanması və cavab tədbirləri, məlumatların bütövlüyü və məxfiliyinin təmin edilməsi, müasir təhlükəsizlik standartları və sənaye infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məsələlərinə diqqət yetirilir.
Course learning outcomes
CLO 1: Yeni nəsil sənaye kommunikasiya sistemlərinin (industry 4.0/5.0, iiot, ot/ics, scada, sənaye 5g şəbəkələri) arxitekturasını və komponentlərini təsvir edə, bu sistemlərə qarşı yönələn təhdid növlərini (protokol zəiflikləri, cihaz səviyyəsində hücumlar, şəbəkə seqmentasiyasının pozulması və s.) təsnif edə bilir;
CLO 2: Sənaye kommunikasiya infrastrukturuna qarşı yönələn təhdidlər üzrə tədqiqat sualı formalaşdıra, hücum ssenarilərinə dair hipotezlər qura və ot/it konvergensiyası şəraitində risklərin qiymətləndirilməsi üçün metodoloji çərçivə dizayn edə bilir;
CLO 3: Sənaye kommunikasiya sistemlərinin təhlükəsizliyinə dair beynəlxalq standartları (iec 62443, NIST SP 800-82, isa/iec standartları), akademik ədəbiyyatı və sənaye hesabatlarını sistemli şəkildə araşdıra, əldə edilən biliklər əsasında tədqiqat çərçivəsini formalaşdıra bilir;
CLO 4: Sənaye protokollarının (modbus, profinet, OPC ua, MQTT və s.) trafik monitorinqi, hücum siqnaturlarının aşkarlanması və anomaliya analizi üçün müvafiq alət və metodları tətbiq edə, əldə edilmiş verilənləri statistik üsullarla işləyə və vizuallaşdıra bilir;
CLO 5: Sənaye kommunikasiya sistemlərinin mühafizəsi üçün müdafiə mexanizmlərini (şəbəkə seqmentasiyası, sıfır etibar (zero trust) arxitekturası, kriptoqrafik protokollar, təhlükəsiz uzaqdan giriş həlləri) layihələndirə və effektivliyini qiymətləndirə bilir;
CLO 6: Real sənaye kibertəhlükəsizlik hadisələrinin (kritik infrastrukturlara qarşı hücumlar, case study-lər) texniki-analitik təhlilini aparır, nəticələri elmi hesabat və ya layihə şəklində məntiqi strukturda yaza, şifahi və yazılı formada auditoriyaya təqdim edə bilir;
CLO 7: Sənaye kommunikasiya sistemlərinin təhlükəsizliyi sahəsində tədqiqatların aparılmasında etik prinsiplərə (kritik infrastrukturda icazəsiz sınaqların qadağan olunması, əməliyyat təhlükəsizliyinin qorunması) və metodoloji standartlara riayət etməklə müstəqil və ya komanda halında tədqiqat, layihə və ya dissertasiya işini hazırlaya bilir.