Subject · Information security (master)
Peyk və kosmik kommunikasiya sistemlərinin təhlükəsizliyi
About this subject
Credits
6
Workload
135hours
Semester
Autumn
Academic year
2
Description
Fənn peyk və kosmik kommunikasiya sistemlərində məlumatların, rabitə kanallarının və infrastrukturun təhlükəsizliyinin təmin edilməsinin nəzəri və praktiki əsaslarını əhatə edir. fənn çərçivəsində peyk rabitə sistemlərinin arxitekturası, kosmik və yerüstü seqmentlərin qarşılıqlı əlaqəsi, peyk rabitə kanallarının xüsusiyyətləri və mümkün təhlükəsizlik riskləri öyrənilir. həmçinin siqnalın ələ keçirilməsi, dinlənilməsi, saxtalaşdırılması, müdaxilə və siqnalın sıxışdırılması (jamming), saxta siqnalların yaradılması (spoofing), məlumatların dəyişdirilməsi və peyk sistemlərinə kiberhücumlar kimi təhdidlər nəzərdən keçirilir. kriptoqrafik müdafiə, autentifikasiya, məlumatların məxfiliyi və bütövlüyünün təmin edilməsi, açarların idarə olunması, təhlükəsiz rabitə protokolları və kosmik sistemlərdə kibertəhlükəsizlik tədbirləri də fənnin əsas istiqamətlərini təşkil edir. fənn tələbələrdə peyk və kosmik kommunikasiya sistemlərində təhlükəsizlik risklərini müəyyənləşdirmək, təhdidləri qiymətləndirmək və müasir kriptoqrafik və şəbəkə təhlükəsizliyi mexanizmlərindən istifadə etməklə dayanıqlı və təhlükəsiz rabitə sistemləri qurmaq üzrə bilik və praktiki bacarıqlar formalaşdırır.
Course learning outcomes
CLO 1: Kosmik kommunikasiya sistemlərinin arxitekturasını (yer, kosmos və istifadəçi seqmentləri) təsvir edə və bu sistemlərə qarşı yönəlmiş təhdid növlərini (jamminq, spoofing, siqnal tutulması, dos və s.) təsnif edə bilir;
CLO 2: Peyk əlaqə kanallarında yarana biləcək zəifliklər üzrə tədqiqat sualı formalaşdıra, təhdid modelini (threat model) qura və risklərin qiymətləndirilməsi üçün müvafiq metodologiyanı (stride, DREAD və s.) seçib əsaslandıra bilir;
CLO 3: Kriptoqrafik protokolların (açar mübadiləsi, şifrələmə alqoritmləri) və beynəlxalq standartların (ccsds və s.) iş prinsipini izah edə, onları məhdud resurslu kosmik mühit üçün tətbiq edə və müqayisəli təhlil edə bilir;
CLO 4: Peyk kommunikasiya sistemlərinə yönəlmiş hücum ssenarilərini (spoofing, jamminq, intruziya) proqram vasitələri (sdr, matlab, python) ilə modelləşdirə, əldə edilmiş verilənləri statistik üsullarla işləyə və nəticələri qrafik/vizual formada təqdim edə bilir;
CLO 5: Anomaliya aşkarlama və intruziya aşkarlama sistemlərinin (ids) qurulmasında maşın öyrənməsi metodlarını tətbiq edə, modelin performansını müvafiq metriklər (accuracy, precision, recall, f1-score) əsasında qiymətləndirə bilir;
CLO 6: Real hadisələrin (viasat ka-sat hücumu və digər sənaye presedentləri) texniki-analitik tədqiqini apara, nəticələri elmi hesabat, məqalə və ya layihə şəklində məntiqi strukturda yaza, şifahi və yazılı formada auditoriyaya təqdim edə bilir;
CLO 7: Kosmik kibertəhlükəsizlik sahəsində tədqiqatların aparılmasında etik və hüquqi prinsiplərə (məsələn, radiotezlik siqnallarının yalnız qapalı/ekranlaşdırılmış mühitdə ötürülməsi, GNSS spoofing sınaqlarının heç vaxt açıq efirdə aparılmaması) və metodoloji standartlara riayət etməklə müstəqil və ya komanda halında tədqiqat, layihə və ya dissertasiya işini hazırlaya bilir.