Subject · Information security (master)

Şəbəkə monitorinqi sistemləri

MS-14086 creditsAutumn semesterElective2

About this subject

Credits

6

Workload

135hours

Semester

Autumn

Academic year

2

Description

Fənn şəbəkə infrastrukturunun monitorinqi, şəbəkə resurslarının vəziyyətinin və performans göstəricilərinin izlənilməsi, təhlükəsizlik hadisələrinin aşkarlanması və təhlili üzrə nəzəri və praktiki biliklərin formalaşdırılmasını nəzərdə tutur. fənn çərçivəsində şəbəkə monitorinqinin əsas prinsipləri, monitorinq sistemlərinin arxitekturası, trafik və şəbəkə avadanlıqlarının fəaliyyətinin izlənilməsi, jurnal (log) məlumatlarının toplanması və təhlili, performans və əlçatanlıq göstəricilərinin qiymətləndirilməsi öyrənilir. həmçinin şəbəkə anomaliyalarının, nasazlıqların, şübhəli fəaliyyətlərin və təhlükəsizlik insidentlərinin müəyyənləşdirilməsi, xəbərdarlıq mexanizmləri və monitorinq nəticələrinin vizuallaşdırılması üsulları nəzərdən keçirilir. fənn tələbələrdə şəbəkə vəziyyətini real vaxt rejimində izləmək, problemləri operativ müəyyənləşdirmək, monitorinq nəticələrini təhlil etmək və şəbəkənin etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması üzrə praktiki bacarıqlar formalaşdırır.

Course learning outcomes

  1. CLO 1: Şəbəkə monitorinqinin əsas anlayışlarını, məqsədlərini, prinsiplərini və müasir şəbəkə monitorinq sistemlərinin arxitekturasını izah edə bilmək.

  2. CLO 2: Şəbəkə avadanlıqlarının və xidmətlərinin vəziyyətini qiymətləndirmək üçün ping, traceroute, snmp, netflow/ipfix və syslog kimi monitorinq texnologiyalarından istifadə edə bilmək.

  3. CLO 3: Şəbəkə trafikini analiz etmək, bandwidth, throughput, latency, jitter və packet loss kimi performans göstəricilərini müəyyənləşdirmək və qiymətləndirmək.

  4. CLO 4: Wireshark, zabbix və digər şəbəkə monitorinq vasitələrindən istifadə etməklə şəbəkə infrastrukturunun monitorinqini və problemlərin diaqnostikasını həyata keçirə bilmək.

  5. CLO 5: Şəbəkə monitorinqi zamanı aşkarlanan anomaliyaları, təhlükəsizlik hadisələrini və potensial hücumları müəyyənləşdirmək, ids/ips və SIEM sistemləri ilə inteqrasiyanın əsas prinsiplərini tətbiq edə bilmək.

  6. CLO 6: Şəbəkə monitorinqinin nəticələrini təhlil etmək, monitorinq hesabatları hazırlamaq və şəbəkənin etibarlılığının, əlçatanlığının, performansının və təhlükəsizliyinin artırılması üzrə əsaslandırılmış texniki təkliflər irəli sürə bilmək.