Subject · Information security (master)
Zərərli proqramların analizi
About this subject
Credits
6
Workload
135hours
Semester
Spring
Academic year
1
Description
Bu praktiki fənn zərərli proqram təminatının aşkarlanması, təhlili və davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsi üzrə nəzəri biliklərin praktiki tətbiqinə yönəlmişdir. fənn çərçivəsində viruslar, troyanlar, ransomware, spyware və digər zərərli proqram növlərinin xüsusiyyətləri, yayılma mexanizmləri və sistemlərə təsirləri araşdırılır. statik və dinamik analiz metodları, faylların strukturunun yoxlanılması, indikatorların müəyyən edilməsi, proseslərin, şəbəkə əlaqələrinin və sistem dəyişikliklərinin monitorinqi öyrənilir. həmçinin izolyasiya olunmuş laboratoriya mühitində zərərli proqram nümunələrinin təhlükəsiz təhlili, davranış nəticələrinin sənədləşdirilməsi, ioc indikatorlarının müəyyənləşdirilməsi və aşkarlanmış təhdidlərə qarşı müdafiə tədbirlərinin hazırlanması üzrə praktiki bacarıqlar formalaşdırılır. praktiki işlər zamanı kibertəhlükəsizlik etikası və laboratoriya təhlükəsizliyi qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilir.
Course learning outcomes
CLO 1: Zərərli proqramların əsas anlayışlarını, təsnifatını (trojan, ransomware, spyware, worm və s.), yayılma yollarını və hücum məqsədlərini fərqləndirə və izah edə bilir
CLO 2: Zərərli faylların ilkin triage qiymətləndirilməsini aparır, statik analiz vasitələri ilə (hash, file type, strings, metadata, IOC çıxarışı) ilkin nəticələr əldə edə bilir;
CLO 3: Explain the legal requirements for protecting personal data, state secrets, confidential information, and professional, commercial, investigative, and judicial secrets, as well as the liability measures applicable to violations of relevant legislation.
CLO 4: Təhlükəsiz analiz mühiti (vm arxitekturası, izolasiya, snapshot strategiyası, log toplama planı) qura bilir və dinamik analiz prosesini (sandbox, procmon, wireshark və s.) təhlükəsiz şəkildə icra edə bilir;
CLO 5: Davranış (behavior) analizi əsasında zərərli proqramın funksional imkanlarını (persistency, c2, lateral movement, data exfiltration və s.) müəyyənləşdirir, ioc-ləri və ttp-ləri çıxarır və MITRE att&ck kimi çərçivələrlə xəritələyə bilir;
CLO 6: Analiz nəticələrini peşəkar formatda hesabatlaşdırır: tapıntıları əsaslandırır, risk/təsir qiymətləndirir, tövsiyə olunan müdafiə tədbirlərini və reaksiya addımlarını təqdim edir; komanda şəklində işləmə və etik-hüquqi çərçivəyə uyğun davranış bacarığına malikdir. yuxarıda qeyd edilən təlim nəticələrinə nail olmaq üçün tələbənin öyrənməli olduqları və əldə edəcəyi bacarıqlara dair aşağıdakı məqsədlər müəyyən edilmişdir: