Subject · Information security (master)

Rəqəmsal kriminalistikanın əsasları

MS-14016 creditsSpring semesterMandatory1

About this subject

Credits

6

Workload

135hours

Semester

Spring

Academic year

1

Description

Rəqəmsal kriminalistikanın əsasları fənni tələbələrdə rəqəmsal cinayətlərin araşdırılması, elektron sübutların aşkarlanması, toplanması, qorunması və təhlili üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. fənn çərçivəsində rəqəmsal kriminalistikanın əsas prinsipləri, kriminalistik prosesin mərhələləri, kompüter və mobil qurğulardan, şəbəkələrdən və bulud mühitlərindən rəqəmsal sübutların əldə edilməsi, sübutların bütövlüyünün və etibarlılığının təmin olunması, fayl sistemləri və metadatanın təhlili, silinmiş məlumatların bərpası, jurnal və sistem izlərinin araşdırılması, zərərli proqram təminatının kriminalistik analizi, eləcə də insidentlərin araşdırılması metodları öyrənilir. həmçinin rəqəmsal sübutların sənədləşdirilməsi, məhkəmə ekspertizası tələbləri, sübutların saxlanma zənciri (chain of custody) və kriminalistik alətlərdən istifadə prinsipləri nəzərdən keçirilir.

Course learning outcomes

  1. CLO 1: Rəqəmsal kriminalistik üçün zəruri məlumatların qorunması üçün kriptoqrafik şifrləmə üsullarının tətbiqi, təhlükəsiz məlumat mübadiləsi üçün elektron imza, açarların idarə edilməsi sistemlərinitətbiq edir.

  2. CLO 2: It presents the results of laboratory work in the form of a technical report and justifies the obtained results in terms of chemical technology.

  3. CLO 3: Kiberhücumlar zamanı ilkin cavab tədbirlərinin həyata keçirir, zərərverici proqramların (malware analysis) davranışını analiz edir, hücum zəncirinin (kill chain) qurulması və həyata keçirilməsini təhlil edir.

  4. CLO 4: Ftk, encase, autopsy, cellebrite, x-ways forensics kimi proqramlarla, SIEM (splunk, qradar və s.) sistemləri ilə işləyir, forensik analiz, loq faylların və şəbəkə trafikinin, metadata və zaman məlumatlarını analiz edir.

  5. CLO 5: Kompüterlər, mobil cihazlar, serverlər və digər rəqəmsal daşıyıcılardan sübutları toplayır və qoruyur, itmiş məlumatları, şifrələnmiş və silinmiş faylları analiz və bərpa edir, sübutlar zəncirinin qoruyur, rəqəmsal sübutları məhkəmədə qəbul edilə biləcək səviyyədə sənədləşdirir, əldə edilən sübutları hüquqi və etik əsaslara uyğun emal edir.

  6. CLO 6: Təhqiqat düşüncəsi və sübutlara əsaslanan qərar verir, cinayət hadisələrinin rəqəmsal izlərini bərpa edir və analiz edilərək məntiqi nəticələr çıxarır, məhkəmə ekspertizası üçün texniki hesabatlar yazır, etik davranış və şəxsi məlumatların qorunması prinsiplərinə riayət edir, rəqəmsal sübutların qanuni statusu, məxfi və şəxsi məlumatların qorunması qanunvericiliyini bilir, milli və beynəlxalq hüquq normalarına uyğun təhqiqat aparır, cinayət və kibercinayət kontekstində sübutları istifadə edir.