General information
- Subject code
- MM-1405
- Credits
- 6
- Student workload
- 135
- Semester
- Spring semester
- Academic year
- 1
- Subject type
- Mandatory
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- Mühazirə:30 Seminar: 15
- Out-of-class hours
- TSİ: 90 MRTSİ: 60
About the subject
Kibertəhlükəsizlik hüququ fənni informasiya və kommunikasiya texnologiyalarının istifadəsi zamanı yaranan hüquqi münasibətləri, kibertəhlükəsizlik sahəsində hüquqi tələbləri və informasiya resurslarının hüquqi mühafizəsi prinsiplərini əhatə edir. fənn çərçivəsində kibercinayətkarlıq, fərdi məlumatların və məxfiliyin qorunması, informasiya sistemlərinə qanunsuz giriş, məlumatların qanunsuz əldə edilməsi və istifadəsi ilə bağlı hüquqi məsələlər öyrənilir. həmçinin informasiya təhlükəsizliyi üzrə hüquqi məsuliyyət, elektron sübutların toplanması və istifadəsi, kibertəhlükəsizlik insidentlərinin hüquqi aspektləri, təşkilatların informasiya sistemlərinin qorunması ilə bağlı öhdəlikləri və kiberməkanda beynəlxalq hüquqi əməkdaşlıq məsələləri nəzərdən keçirilir. tələbələr kibertəhlükəsizlik fəaliyyətinin hüquqi çərçivəsini təhlil etmək, əsas hüquqi riskləri müəyyənləşdirmək və informasiya təhlükəsizliyi tədbirlərinin hüquqi tələblərə uyğunluğunu qiymətləndirmək bacarıqları əldə edirlər.
Teaching methods
- lecture
- seminar
- presentations
- interactive discussion
Course learning outcomes (CLO)
CLO 1: İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.
CLO 2: Azərbaycan respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyasəti ilə bağlı biliklərə yiyələnməlidir.
CLO 3: İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələblərini bilməlidir.
CLO 4: Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbləri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyələnməlidir.
CLO 5: Fərdi məlumatların, eləcə də dövlət sirri təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sirrinin mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini bilməli, eləcə də mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.
CLO 6: Kibercinayətlərin anlayışı, təsnifatı və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çağırışlar və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.
Topic plan
- 1.Azərbaycan respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün strategiyasıLecture
Strategiya, ölkədə informasiya və kibertəhlükəsizliyin təmin edilməsi, risklərin azaldılması və müasir texnoloji təhlükələrə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə müəyyən edilmiş əsas prioritetlər və fəaliyyət planıdır
- 2.İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunLecture
Qanun, azərbaycanda informasiya resurslarının toplanması, emalı, saxlanması və qorunmasını tənzimləyir, informasiyanın təhlükəsizliyini təmin etmək və hüquqi mexanizmləri müəyyən etmək məqsədi daşıyır
- 3.Kibercinayətkarlıq haqqında budapeşt konvensiyasıLecture
Budapeşt konvensiyası, kibercinayətkarlığın qarşısını almaq, cinayətləri müəyyənləşdirmək və beynəlxalq hüquqi əməkdaşlığı təşviq etmək məqsədilə qəbul edilmiş beynəlxalq hüquqi sənəddir
- 4.Azərbaycan respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarıLecture
Qaydalar, ölkədə kritik informasiya infrastrukturuna aid obyektlərin müəyyən edilməsi, onların kibertəhlükələrdən qorunması və davamlı fəaliyyətinin təmin olunması üzrə təşkilati və texniki tədbirləri müəyyən edən normativ sənəddir
- 5.Telekommunikasiya haqqında qanunLecture
Qanun, azərbaycan respublikasında telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, rabitə xidmətlərinin göstərilməsi, operatorların fəaliyyəti və istifadəçilərin hüquqlarının qorunmasını tənzimləyir
- 6.Fərdi məlumatlar haqqında qanunLecture
Qanun, azərbaycan respublikasında fiziki şəxslərə aid məlumatların toplanması, emalı, saxlanması və qorunmasının hüquqi əsaslarını müəyyən edir, şəxsi məlumatların məxfiliyinin və təhlükəsizliyinin təmin olunmasını tənzimləyir
- 7.Dövlət informasiya ehtiyatlarının və sistemlərinin nümunəvi əsasnaməsiLecture
Əsasnamə, dövlət informasiya ehtiyatlarının və informasiya sistemlərinin yaradılması, idarə olunması, istifadəsi və mühafizəsinin təşkilati-hüquqi prinsiplərini müəyyən edən normativ sənəddir
- 8.“dövlət sirri haqqında” qanunLecture
Qanun, dövlət sirrinin müəyyən edilməsi, mühafizəsi və istifadəsi qaydalarını, məxfi məlumatların qorunması üzrə hüquqi və təşkilati əsasları, həmçinin bu sahədə məsuliyyət məsələlərini tənzimləyən normativ-hüquqi aktdır
- 9.Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarıLecture
Qaydalar, dövlət informasiya ehtiyatlarının və sistemlərinin yaradılması, idarə olunması, digər sistemlərlə inteqrasiyası və məlumatların arxivləşdirilməsi proseslərinin təşkilati və texniki əsaslarını müəyyən edən normativ sənəddir
- 10.Məlumat azadlığı haqqında qanunLecture
Qanun, məlumatın əldə edilməsi və yayılması azadlığının təmin edilməsini, dövlət orqanlarının və digər qurumların məlumat təqdim etmək öhdəliklərini, habelə informasiya əldə etmək hüququnun həyata keçirilməsi qaydalarını müəyyən edən normativ-hüquqi aktdır
- 11.İnformasiya əldə etmək haqqında qanunLecture
Qanun, dövlət orqanlarının və digər informasiya sahiblərinin malik olduqları məlumatların əldə olunması qaydalarını, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi mexanizmlərini və bu sahədə şəffaflığın artırılması prinsiplərini müəyyən edən normativ-hüquqi aktdır
- 12.Milli təhlükəsizlik haqqında qanunLecture
Qanun, azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinə dair hüquqi əsasları müəyyən edir, dövlətin təhlükəsizlik strategiyalarını, təhlükəsizlik orqanlarının fəaliyyətini və vətəndaşların müdafiəsini tənzimləyir
- 13.Sübut zənciri (chain of custody)Lecture
Sübut zənciri, hər hansı bir məlumatın, sübutun və ya materialın toplanmasından başlayaraq saxlanması, ötürülməsi və təqdim edilməsinə qədər bütövlüyünün və dəyişdirilmədiyinin təmin olunması üçün tətbiq olunan prosedurlar və sənədləşmə prosesidir
- 14.İdarəetmə, risk və uyğunluqLecture
Kiber təhlükəsizliyə proaktiv və strateji yanaşma qəbul etməklə təşkilatların zərərli fəaliyyətlərin yaratdığı riskləri minimuma endirilməsi
- 15.Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında 108+ konvensiyasıLecture
Konvensiya, fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə toplanması, emalı və saxlanması zamanı fiziki şəxslərin hüquq və məxfiliyinin qorunmasını təmin edən beynəlxalq hüquqi sənəddir
Reading list
- İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun
- Fərdi məlumatlar haqqında qanun
- Telekommunikasiya haqqında qanun
- Məlumat azadlığı haqqında qanun
- İnformasiya əldə etmək haqqında qanun
- Milli təhlükəsizlik haqqında qanun
- Dövlət sirri haqqında qanun
- Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları
- Dövlət informasiya ehtiyatlarının və sistemlərinin nümunəvi əsasnaməsi
- Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |