Subject · Information security (master)
Kompüter şəbəkələrinin təhlükəsizliyi
About this subject
Credits
6
Workload
135hours
Semester
Autumn
Academic year
1
Description
Fənn kompüter şəbəkələrində məlumatların və şəbəkə resurslarının təhlükəsizliyinin təmin edilməsi prinsiplərini əhatə edir. fənn çərçivəsində şəbəkə təhlükəsizliyinin əsas anlayışları, təhlükə və hücum növləri, şəbəkə arxitekturasının təhlükəsizliyi, autentifikasiya və avtorizasiya mexanizmləri, şifrələmə üsulları, təhlükəsizlik protokolları, firewall, ids/ips, VPN və şəbəkə seqmentasiyası öyrənilir. həmçinin dos/ddos, ARP spoofing, DNS hücumları, man-in-the-middle və digər şəbəkə hücumlarının aşkarlanması və qarşısının alınması üsulları nəzərdən keçirilir. tələbələr şəbəkə təhlükəsizliyinin monitorinqi, təhlükəsizlik hadisələrinin analizi və mühafizə mexanizmlərinin tətbiqi üzrə praktiki bacarıqlar əldə edirlər.
Course learning outcomes
CLO 1: Şəbəkə təhlükəsizliyinin əsas anlayışlarını (risk, təhdid, zəiflik, istismar) və OSI modeli üzrə şəbəkə avadanlıqlarının iş prinsiplərini izah edir.
CLO 2: Şəbəkə avadanlıqlarında təhlükəsiz idarəetmə protokollarını (ssh, snmpv3, radius/tacacs+) və port təhlükəsizliyi mexanizmlərini tətbiq edir.
CLO 3: Nat/pat, DHCP snooping, ARP inspection, vrrp/hsrp mexanizmlərinin şəbəkə təhlükəsizliyinə təsirini analiz edir.
CLO 4: Şəbəkə hücumlarını təsnif edir, qarşı tədbirlər hazırlayır və nəticələri (si̇ əsaslı həllər daxil olmaqla) komanda şəklində təqdim edir.