Subject · Information security (master)
Kriptoqrafiyanın əsasları
About this subject
Credits
6
Workload
50hours
Semester
Autumn
Academic year
1
Description
Fənn kriptoqrafiyanın nəzəri əsaslarının, müasir kriptoqrafik metod və alqoritmlərin öyrənilməsinə yönəldilmişdir. fənn çərçivəsində klassik və müasir şifrləmə üsulları, simmetrik və asimmetrik kriptosistemlər, açıq açarlı kriptoqrafiya, rəqəmsal imza, kriptoqrafik heş funksiyaları və kriptoqrafik protokollar öyrənilir. həmçinin des, AES və RSA kimi əsas kriptoqrafik alqoritmlərin iş prinsipləri, açarların idarə edilməsi, autentifikasiya və məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələləri nəzərdən keçirilir. fənn tələbələrdə kriptoqrafik metodların tətbiqi və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri bilik və praktiki bacarıqlar formalaşdırır.
Course learning outcomes
CLO 1: Kriptoqrafiyanın əsas prinsiplərini, simmetrik və asimmetrik şifrələmə mexanizmlərinin iş qaydasını izah edir.
CLO 2: məlumatların məxfiliyini və bütövlüyünü təmin etmək üçün riyazi alqoritmləri və kriptoqrafik protokolları tətbiq edir.
CLO 3: Şifrələmə sistemlərinin və təhlükəsizlik protokollarının zəif tərəflərini müəyyənləşdirmək üçün kriptoanaliz üsullarını analiz edir.
CLO 4: Kriptoqrafik alqoritmlərin praktiki sınaq nəticələrini və təhlükəsizlik auditlərini şərh edir, texniki hesabat hazırlayır.
CLO 5: Komanda şəklində təhlükəsiz proqram təminatı və ya kriptoqrafik layihə hazırlayıb təqdim edir.