General information
- Subject code
- MS-0506
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- —
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a)30 saat mühazirə b)15 saat məşğələ
- Out-of-class hours
- a)60 saat sərbəst iş b)75 saat məsləhət
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- presentations
- teamwork
Course learning outcomes (CLO)
CLO 1: Ftn 1. enerji ehtiyyatları və yanacaqlar haqqında məlumatı, on¬¬ların mənşəyi, aqreqat halı, xassələri, və xarakteristikalarını, yanacaq təsərrüfatının avadanlıqlarını, yanacağın yan¬ma prosesini və onun elmi-texniki inkişaf istiqamətlərini izah edə bilir;
CLO 2: Ftn 2. yanacaqların xarakteristikasını, yanma və enerji çevrilmə prosesləri təhlil edə bilir;
CLO 3: Ftn 3. maye və bərk yanar materialların yanma proseslərini, maye və bərk maddələrin yanma xüsusiyyətləri və enerji təhlükəsizliyi məsələlərini qiymətləndirə bilir;
CLO 4: Ftn 4. bərk yanacaq üçün qəbuledici və boşaldıçı quruluşları, istilik elektrik stansiyalarının yanacaq anbarının mexanikləşdirilməsini, yanacaqların istilik elektrik stansiyalarına çatdırıl¬ma¬sı və boşaldılması proseslərini izah edə bilir;
CLO 5: Ftn 5. i̇stilik elektrik stansiyalarının struktur etibarlığı baxımından optimallaşdırılması və səmərəliliyin artırılması yollarını tətbiq etməyi bacarır;
CLO 6: Ftn 6. elektroenergetikada enerji effektivliyinə nail olmaq üçün lentalı konveyerlər, yanacaq qızdırıcıları və onların istilik kostruktiv hesablanma üsullarının, yanacaqların sisternlərdən boşaldılma me¬tod¬¬larının modelləşdirilməsi və mühəndislik hesablamaları aparmaq bacarığı qazanır.
CLO 7: Ftn 7. yanacaqların xarakteristikası və yanma proseslərini, yanacaqlarının çatdırıl¬ma¬sı və ya¬na¬caq təsərrüfatının avadanlıqlarını, elektrik stansiyalarının enerji çevrilmə proseslərini və tətbiq sahələrini müəyyənləşdirə bilir.
CLO 8: Ftn 8. i̇stilik energetikası və elektroenergetikada ekoloji problemləri və tullantıların azaldılması üsullarını dəyərləndirə bilir.
CLO 9: Ftn 9. rəqəmsal idarəetmə və avtomatlaşdırma texnologiyalarının istilik energetikası və elektroenergetikada rolunu başa düşür.
CLO 10: Ftn 10. yeni texnologiyaların elektrik stansiyalarının enerji çevrilmə prosesləriniə inteqrasiyası imkanlarını qiymətləndirməyi bacarır.
CLO 11: Ftn 11. enerji istehsalında dayanıqlılıq və etibarlılıq prinsiplərini tətbiq edə bilir.
CLO 12: Ftn 12. müasir elmi-texniki tədqiqat metodlarını istilik energetikası və elektroenergetikaya tətbiq etmək bacarığına yiyələnir.
Topic plan
- 1.1. fənnin əsas məqsəd və vəzifələriLecture
Fənnin məqsədi, vəzifələri, tərkibi və məzmu¬nu, istilik energetikasının qısa inkişaf tarixi haqqında məlumat verilir.
- 2.2. neft və qaz yanacaqlarının istehsalı və istehlakıLecture
Azərbaycanın neft sənayesinə xarici neft şirkətləri tərəfindən layihələrin həyata keçirilməsi, “əsrin müqaviləsi"nə müvafiq olaraq neft və qaz yanacaqlarının istehsalı, çıxarılan neft və qazın nəql edilməsi haqqında məlumat verilir.
- 3.3. təbii qazın emalı. qazın hidrogen sulfiddən və karbon qazından təmizlənməsi. qazın odorizasiyasıLecture
Təbii qazın emalı. qazın hidrogen sulfiddən və karbon qazından təmizlənməsi haqqında məlumat verilir, qazın odorizasiyası öyrənilir.
- 4.4. kömür, torf və yanar şistlərLecture
Daş kömür, torf və yanar şistlər, onların istehsalı, kimyəvi xarakteristikaları haqqında məlumat verilir.
- 5.5. nüvə yanacaqlarıLecture
Nüvə yanacaqlarının istehalı, nüvə energetikasının inkişafı haqqında məlumat verilir, uran xammalı istehsalının aşağı düşməsinin başlıca səbəbləri göstərilir.
- 6.6. mazut yanacağı ilə işləyən istilik elektrik stansi¬ya-larının yanacaq təsərrüfatıLecture
Mazut yanaсaqları haqqında məlumat verilir, təyinatına görə, mazutun istilik elektrik stansi¬ya-larına nəqlinə görə, mazutların buxar qazanının forsunkasına verilmə üsuluna görə mazut təsərrüfatının tipləri öyrənilir.
- 7.7. maye və bərk yanar materialların yanma prosesləri. mayelərin yanma xüsusiyyətləriLecture
Yanma prosesinin spesifik xüsusiyyətləri, mayelərin alovlanma temperatur hədləri, alovlanan mayelərin kateqoriyaları, istilik alovlanma nəzəriyyəsi, mayelərin yanması zamanı baş verən proseslər öyrənilir.
- 8.8. bərk maddələrin ümumi xarakteristikası. bərk maddələrin yanmasıLecture
Bərk maddələrin ümumi xarakteristikası, bərk maddələrin yanması zamanı baş verən proseslər, bərk maddələrin səthdə yanması, polimerlərin pirolizi öyrənilir.
- 9.9. yanacaqların tərkibi və əsas xarakteristikaları. yanacaqların yandırılmasıLecture
Yanacaqların tərkibi və əsas xarakteristikaları, qaz yanacaqlarının əsas xassələri haqqında məlumat verilir, bərk və ya maye yanacaqların tam yanması üçün lazım olan havanın nəzəri miqdarı təyin olunur.
- 10.10. bərk yanacaq üçün qəbuledici və boşaldıçı quruluş. i̇stilik elektrik stansiyalarının yanacaq anbarı. yanacaq anbarının mexanikləşdirilməsiLecture
İstilik elektrik stansi-ya¬larına gətirilmiş bərk yanacaqlar üçün qəbuledici və boşaldıçı quruluş, yanacaq ehtiyyatı yaratmaq üçün yanacaq təsərrüfatında təşkil olunan yanacaq anbarları, yanacaq anbarının mexanikləşdirilməsi öyrənilir.
- 11.11. mazutların istilik elektrik stansiyalarına çatdırıl¬ma¬sı və boşaldılmasıLecture
Mazutların istilik elektrik stansiyalarına dəmiryolu xətti ilə, su yolu ilə, boru kəmərləri ilə çatdırıl-ma¬sı və boşaldılması, mazut daşınan sisternlərin xarakteriskaları, mazutların vaqonlarda qızdırılması metodları öyrənilir.
- 12.12. lentalı konveyerlərin hesablanmasıLecture
Stasionar lentalı konveyerin hesabatının aparılması üçün ilkin şərtlər göstərilir, lentalı konveyerin saatlıq hesabat məhsuldarlığı, konveyerin lentasının eni və uzunluğu, konveyer lentasını hərəkət etdirən fırladıcı barabanın valında tələb olunan güc hesablanır.
- 13.13. mazutların saxlanılması üçün avadanlıqlarLecture
İstilik elektrik stansi-ya¬larında mazut çənlərinin təsnifatı, mazut çənlərinin lahiyələndirilməsi zamanı istimar kefiyyətləri, yeraltı şaxtasız, şaxtalı və xəndəkli mazut çənləri, qəbuletmə çənlərinin i̇em-də yerləşdirilməsi haqqında məlumat verilir.
- 14.14. mazut qızdırıcıları və onların istilik kostruktiv hesablanması. mazut yanacağının qazana verilməsiLecture
Borulu mazut qızdırıcıları, PM tipli mazut qızdırıcısı, seksiyalı mazut qızdırıcıları, boru-boruda mazut qızdırıcıları haqqında məlumat verilir, mazut qızdırıcılarının istilik kostruktiv hesabı aparılır, mazut yanacağının qazana verilməsinin kombinə olunmuş sxemi izah olunur,
- 15.15. mazutların sisternlərdən boşaldılma me-tod¬¬larıLecture
Mazutların sisternlərdən “açıq buxar” metodu ilə boşaldılması, mazutların sisternlərdən daşına bilən qızdırıcılar vasitəsilə və qapalı istixa¬na-lar¬dan qızdırılma me¬todu ilə boşaldılması, mazutların sisternlərdən elektroinduksion və yük¬¬sək tezlikli qızdırılma metodu ilə boşaldılması haqqında məlumat verilir.
- 16.1. yanma məhsullarının qaz analiziSeminar
Yanacaqların yanması zamanı baş verən proseslər izah olunur, yanma məhsullarının qaz analizi aparılır.
- 17.2. neft məhsulların alışma və yanma temperaturunun təyiniSeminar
Diffuziyalı məşəlin sxemi, açıq səthli rezervuarlarda mayelərin diffuziyalı yanma sxemi, maye tökülmüş açıq səthdə diffuziyalı yanma sxemi, maye buxarlarının kinetik yanma sxemi izah olunur, maye damcısının və sərbəst səthə malik mayelərin yanması zamanı alışma və yanma temperaturu təyini olunur.
- 18.3. maye yanacaqların özlülüyünün təyin edilməsiSeminar
Maye yanacaqların dinamik və kinematik özlülüyünün təyin edilməsi metodları haqqında məlumat verilir.
- 19.4. yanacağın kalorimetrik qiymətlərinin təyiniSeminar
Yanacağın işçi tərkibinə görə aşağı yanma istiliyi, istilik ekvivalent əmsalı hesablanır, kalorimetrik qiymətləri təyin olunur.
- 20.5. yanacağın bir tərkibdən başqa tərkibinə keçmək üçün istifadə edilən əmsalların tə¬yi¬niSeminar
Bərk yanacağın hər hansı bir tərkibdə kütləsi verildikdə onun digər tərkibdəki kütləsinə keçmək üçün keçid əmsalları hesablanır.
- 21.6. lentalı konveyerlərin hesablanmasıSeminar
Lentalı konveyerin saatlıq hesabat məhsuldarlığı, konveyerin lentasının eni və uzunluğu, konveyer lentasını hərəkət etdirən fırladıcı barabanın valında tələb olunan güc hesablanır.
- 22.7. mazut qızdırıcılarının istilik konstruktiv hesabatıSeminar
Mazut qızdırıcısının istilik balans tənliyi verilir, qrafo-analitik metodla mazut qızdırıcısının istilik konstruktiv hesabatı aparılır.
- 23.1. yanacaqlar istehsalı, emalı və istehlakıIndependent work
Azərbaycanın neft sənayesinə xarici neft şirkətləri tərəfindən layihələrin həyata keçirilməsi, “əsrin müqaviləsi"nə müvafiq olaraq neft və qaz yanacaqlarının istehsalı, çıxarılan neft və qazın nəql edilməsi haqqında məlumat verilir.
- 24.2. qaz tənzimləyici stansiyalarIndependent work
Təbii qazın emalı, qazın hidrogen sulfiddən və karbon qazından təmizlənməsi üçün istifadə olunan qaz tənzimləyici stansiyalar haqqında məlumat verilir.
- 25.3. yanacaqların yanma prosesləriIndependent work
Yanacaqların yanma prosesinin spesifik xüsusiyyətləri, mayelərin alovlanma temperatur hədləri, alovlanan mayelərin kateqoriyaları, istilik alovlanma nəzəriyyəsi, mayelərin yanması zamanı baş verən proseslər öyrənilir.
- 26.4. yanacaq təsərrüfatının avadanlıqlarıIndependent work
İstilik elektrik stansi-ya¬larında istifadə olunan yanacaq təsərrüfatının avadanlıqları öyrənilir.
- 27.5. yanacaq qızdırıcılarının istilik kostruktiv hesablanmasıIndependent work
Yanacaq qızdırıcısının istilik balans tənliyi verilir, qrafo-analitik metodla yanacaq qızdırıcısının istilik konstruktiv hesabatı aparılır.
Reading list
- 1. кумсков в.т., покалюк а.и. “топливо и масло электрических станций”,издательство “энергия”, 1969 г.
- 1. кумсков в.т., покалюк а.и. “топливо и масло электрических станций”,издательство “энергия”, 1969 г.
- 3. михайлов н.м., шарков а.т. “физические свойств топлив и борьба с затруднениями на топливоподаче электростанций.” изда¬тельство “энергия”, 1972 г.
- 4. равич м.б. “топливо и эффективность его использования.” издательство “наука”,1971 г.
- 5. картошкин м.д. “топливоподача тепловых электростанций.” м, госэнергоиздат, 1961 г.
- 12. k.m.abdullayev, r.k.məmmədоv, y.i̇.lətifоv “enerji ehtiyat¬ları, elektrik enerjisi istehsalı və ətraf mühit”, bakı, 2007.
- 13. k.m.abdullayev, y.h.yaqubоv “buxar generatоrlarından kurs layihəsi üçün dərs vəsaiti”. bakı, 1984.
- 14. k.m.abdullayev “qazan qurğuları.” bakı. 2010.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |